https://sputnik.az/20240929/nqilabi-kesf---xercengin-mualicesinde-esl-sicrayis-ola-biler-467470651.html
İnqilabi kəşf - Xərçəngin müalicəsində əsl sıçrayış ola bilər
İnqilabi kəşf - Xərçəngin müalicəsində əsl sıçrayış ola bilər
Sputnik Azərbaycan
Yeni metodun insanların müalicəsində potensialını qiymətləndirmək üçün tədqiqatçılar laboratoriyada insan hüceyrələri üzərində uğurlu sınaqlar aparıblar. 29.09.2024, Sputnik Azərbaycan
2024-09-29T22:53+0400
2024-09-29T22:53+0400
2024-09-29T22:53+0400
xərçəng
dünya xəbərləri
müalicə
kəşf
onkoloji xəstəlik
xərçəng şişi
isveç
hüceyrə
tədqiqat
laboratoriya
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1b/426070930_0:160:3073:1888_1920x0_80_0_0_5141fb761b04c0dcaa69361e43225289.jpg
BAKI, 29 sentyabr — Sputnik. İsveç alimləri xərçəngin müalicəsində inqilabi metod hazırlayıblar. "Science" jurnalının məlumatına görə, Lund Universitetinin tədqiqatçıları bədxassəli şiş hüceyrələrini aldadaraq, onların özlərinə hücum etməsini təmin ediblər. Metodun mahiyyəti xərçəng hüceyrələrini xüsusi bir immun hüceyrə növünə - cDC1-ə yenidən proqramlaşdırmaqdır. Bu dəyişdirilmiş hüceyrələr bədxassəli şişləri məhv etmək üçün şişin qoruyucu maneəsini məhv edə bilir. Metodun effektivliyi bir sıra təcrübələrlə təsdiqlənib. Belə ki, əvvəlcə yenidən proqramlaşdırılmış hüceyrələr xərçəng şişi hüceyrələrinə yeridilib. Bu uğurlu sınaqdan sonra təcrübə siçanlarda təkrarlanıb. Burada yeni metodun immunoterapiya ilə birləşməsi şişlərin böyüməsinin və yayılmasının qarşısını almaqda müsbət nəticələr göstərib. Alimlər qeyd ediblər ki, müalicə həm də eksperimental heyvanlarda şişlərin təkrar yaranmasına qarşı qorunma təmin edib. Yeni metodun insanların müalicəsində potensialını qiymətləndirmək üçün tədqiqatçılar laboratoriyada insan hüceyrələri üzərində uğurlu sınaqlar aparıblar. Alimlər hesab edirlər ki, onların bu inqilabi kəşfi xərçəngin müalicəsində əsl sıçrayış ola bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1b/426070930_170:0:2901:2048_1920x0_80_0_0_82b8de2d6ce3ee5ada3a25a97c213e3c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xərçəng, müalicə, kəşf, onkoloji xəstəlik, xərçəng şişi, isveç, hüceyrə, tədqiqat, laboratoriya
xərçəng, müalicə, kəşf, onkoloji xəstəlik, xərçəng şişi, isveç, hüceyrə, tədqiqat, laboratoriya
İnqilabi kəşf - Xərçəngin müalicəsində əsl sıçrayış ola bilər
Yeni metodun insanların müalicəsində potensialını qiymətləndirmək üçün tədqiqatçılar laboratoriyada insan hüceyrələri üzərində uğurlu sınaqlar aparıblar.
BAKI, 29 sentyabr — Sputnik. İsveç alimləri xərçəngin müalicəsində inqilabi metod hazırlayıblar. "Science" jurnalının məlumatına görə, Lund Universitetinin tədqiqatçıları bədxassəli şiş hüceyrələrini aldadaraq, onların özlərinə hücum etməsini təmin ediblər.
Metodun mahiyyəti xərçəng hüceyrələrini xüsusi bir immun hüceyrə növünə - cDC1-ə yenidən proqramlaşdırmaqdır. Bu dəyişdirilmiş hüceyrələr bədxassəli şişləri məhv etmək üçün şişin qoruyucu maneəsini məhv edə bilir.
Metodun effektivliyi bir sıra təcrübələrlə təsdiqlənib. Belə ki, əvvəlcə yenidən proqramlaşdırılmış hüceyrələr xərçəng şişi hüceyrələrinə yeridilib. Bu uğurlu sınaqdan sonra təcrübə siçanlarda təkrarlanıb. Burada yeni metodun immunoterapiya ilə birləşməsi şişlərin böyüməsinin və yayılmasının qarşısını almaqda müsbət nəticələr göstərib.
Alimlər qeyd ediblər ki, müalicə həm də eksperimental heyvanlarda şişlərin təkrar yaranmasına qarşı qorunma təmin edib.
Yeni metodun insanların müalicəsində potensialını qiymətləndirmək üçün tədqiqatçılar laboratoriyada insan hüceyrələri üzərində uğurlu sınaqlar aparıblar. Alimlər hesab edirlər ki, onların bu inqilabi kəşfi xərçəngin müalicəsində əsl sıçrayış ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.