https://sputnik.az/20240929/beynelxalq-lal-karlar-gunudur-467730048.html
Beynəlxalq Lal-Karlar Günüdür
Beynəlxalq Lal-Karlar Günüdür
Sputnik Azərbaycan
Dünyada təqribən 466 milyon nəfər eşitmə problemlərindən əziyyət çəkir. 29.09.2024, Sputnik Azərbaycan
2024-09-29T12:09+0400
2024-09-29T12:09+0400
2024-09-29T12:09+0400
dünya xəbərləri
lal
lal-kar
gün
https://cdnn1.img.sputnik.az/img/07e7/09/16/458860409_0:0:2400:1350_1920x0_80_0_0_d527cf16e495efca79202b75b9d8c794.jpg
BAKI, 29 sentyabr - Sputnik. Hər il sentyabrın son bazar günü Beynəlxalq Lal-Karlar Günü kimi qeyd edilir.Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, həmin gün 1951-ci ildə Lal-Karların Dünya Federasiyasının yaradılması şərəfinə təsis edilib və onun başlıca hədəfi karların üzləşdikləri gündəlik problemlərlə bağlı cəmiyyətin məlumatlandırılmasıdır.1760-cı ildə Fransada rahib de-Lepe Parisdə lal-karlar üçün ilk məktəbin əsasını qoyub. O, mimikalarla danışıq üsulunun banisi, jest dilinin böyük tərəfdarı idi.Statistikaya görə, dünyada təxminən 466 milyon nəfər eşitmə problemlərindən əziyyət çəkir. Bu, dünya əhalisinin 5 faizindən çoxu deməkdir və onların yarıdan çoxu eşitmə qabiliyyətinin itirilməsindən əziyyət çəkir. Eşitmə problemləri daha çox travma, xəstəlik və ya anadangəlmə çatışmazlıqlar nəticəsində yaranır.Lal-karların qapalı və ünsiyyətsiz olduqları barədə deyilənlər həqiqətə uyğun deyil. Halbuki lal-kar olmasına baxmayaraq, onlarca məşhurun adlarını sadalamaq mümkündür. Məsələn, İntibah dövrünün şairi Pyer de Ronsarı “fransız şairlərinin şahzadəsi” adlandırırdılar, o həm də gözəl qılıncoynadan və rəqqas idi.Tarixdə başqa məşhurların da adı var. Məsələn, fransız yazıçısı Viktor Hüqo, bəstəkar Lüdviq van Bethoven, italyan rəssamı Antonio Stanoli, fransız heykəltəraşı Klod-Andre Desen, fransız filosofu və yazıçısı Jan Jak Russo və başqalarının adlarını çəkmək olar.Hər il Beynəlxalq Lal-Karlar Federasiyasının çağırışı ilə eşitmə pozulmasından əziyyət çəkən insanların problemlərinə siyasətçilərin, hakimiyyət nümayəndələrinin, kütləvi-informasiya vasitələri işçilərinin və ictimaiyyətin diqqətini yönəltmək üçün müxtəlif tədbirlər keçirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/16/458860409_267:0:2400:1600_1920x0_80_0_0_7bc1d27a2ab56bb05f70e0ad241ed783.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lal, lal-kar, gün
Beynəlxalq Lal-Karlar Günüdür
Dünyada təqribən 466 milyon nəfər eşitmə problemlərindən əziyyət çəkir.
BAKI, 29 sentyabr - Sputnik. Hər il sentyabrın son bazar günü Beynəlxalq Lal-Karlar Günü kimi qeyd edilir.
Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, həmin gün 1951-ci ildə Lal-Karların Dünya Federasiyasının yaradılması şərəfinə təsis edilib və onun başlıca hədəfi karların üzləşdikləri gündəlik problemlərlə bağlı cəmiyyətin məlumatlandırılmasıdır.
1760-cı ildə Fransada rahib de-Lepe Parisdə lal-karlar üçün ilk məktəbin əsasını qoyub. O, mimikalarla danışıq üsulunun banisi, jest dilinin böyük tərəfdarı idi.
Statistikaya görə, dünyada təxminən 466 milyon nəfər eşitmə problemlərindən əziyyət çəkir. Bu, dünya əhalisinin 5 faizindən çoxu deməkdir və onların yarıdan çoxu eşitmə qabiliyyətinin itirilməsindən əziyyət çəkir. Eşitmə problemləri daha çox travma, xəstəlik və ya anadangəlmə çatışmazlıqlar nəticəsində yaranır.
Lal-karların qapalı və ünsiyyətsiz olduqları barədə deyilənlər həqiqətə uyğun deyil. Halbuki lal-kar olmasına baxmayaraq, onlarca məşhurun adlarını sadalamaq mümkündür. Məsələn, İntibah dövrünün şairi Pyer de Ronsarı “fransız şairlərinin şahzadəsi” adlandırırdılar, o həm də gözəl qılıncoynadan və rəqqas idi.
Tarixdə başqa məşhurların da adı var. Məsələn, fransız yazıçısı Viktor Hüqo, bəstəkar Lüdviq van Bethoven, italyan rəssamı Antonio Stanoli, fransız heykəltəraşı Klod-Andre Desen, fransız filosofu və yazıçısı Jan Jak Russo və başqalarının adlarını çəkmək olar.
Hər il Beynəlxalq Lal-Karlar Federasiyasının çağırışı ilə eşitmə pozulmasından əziyyət çəkən insanların problemlərinə siyasətçilərin, hakimiyyət nümayəndələrinin, kütləvi-informasiya vasitələri işçilərinin və ictimaiyyətin diqqətini yönəltmək üçün müxtəlif tədbirlər keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.