https://sputnik.az/20240929/azerbaycanda-ikiillik-mektebler-fealiyyete-basladi-yeni-eksperiment-ne-ved-edir-467596325.html
Azərbaycanda ikiillik məktəblər fəaliyyətə başladı-Yeni eksperiment nə vəd edir?
Azərbaycanda ikiillik məktəblər fəaliyyətə başladı-Yeni eksperiment nə vəd edir?
Sputnik Azərbaycan
Etibar Əliyev bildirib ki, bəzi məktəblərdən təhsilin digər pillələrinin yığışdırılmsı yaxşı hal deyil. 29.09.2024, Sputnik Azərbaycan
2024-09-29T14:15+0400
2024-09-29T14:15+0400
2024-09-29T15:22+0400
məktəb
təhsil
dövlət imtahan mərkəzi
elm və təhsil nazirliyi
layihə
pilot
ix sinif
buraxılış sinifləri
təmayül
valideyn
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0e/461312727_0:111:2121:1304_1920x0_80_0_0_1ab50c0ca39078d728d5aaa37fedef74.jpg
BAKI, 29 sentyabr — Sputnik. "Gələcəkdə ali məktəblərə qəbulda imtahan modeli dəyişərsə, X-XI siniflərin bir məktəbə yığılması, təmayülləşmə səmərə verməyə bilər". Bunu Sputnik Azərbaycan-a açıqlamasında son günlər bəzi məktəblərin yenidən təşkil olunması, tam orta təhsil səviyyəsi üzrə yalnız X-XI siniflər üçün fəaliyyət göstərməsinə münasibət bildirən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib. "Oğlu olanlar ağ çadıra, qızı olanlar qara çadıra" Ekspert deyib ki, artıq həm regionlarda, həmçinin də Bakıda bir neçə ümumtəhsil müəssisəsində bu yenilik tətbiq olunub. Qeyd edək ki, ölkəmizdə bəzi məktəblərin fəaliyyəti yenidən təşkil olunur. Belə məktəblərdə yalnız X-XI siniflərin şagirdləri təhsil alacaq. Digər siniflər isə başqa məktəblərə yerləşdirilir. Bu, yenilik valideynlər tərəfindən narazılıqla qarşılanıb. İki və üç övladı eyni məktəbdə təhsil alan valideynlər uşaqlarının başqa təhsil müəssisələrinə yerləşdirildiyindən şikayətlənirlər. Valideynlərin iddasına görə, yenidən təşkil olunmuş məktəblərin X-XI siniflərinə isə IX sinif buraxılış imtahanlarında 150 baldan aşağı nəticə göstərən şagirdlər qəbul edilmir. Bu günlərdə Sumqayıt şəhəri 37 saylı məktəbdə anoloji hadisə baş verib. Valideynlər mətbuata açıqlamalarında bildiriblər ki, Sumqayıt şəhəri 37 saylı məktəbdə IX sinif buraxılış imtahanında 150 baldan çox nəticə göstərən şagirdləri qovurlar.Abşeron-Xızı Regional Təhsil İdarəsindən isə bildirilib ki, 2024/2025-ci tədris ilində bir sıra məktəblər təmayül tədris planları əsasında tam orta təhsil səviyyəsi üzrə (X-XI siniflər) təşkil edilir və ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında yüksək bal toplayan şagirdlər cəlb edilirlər.Sumqayıt şəhər 37 saylı məktəbdə IX sinif buraxılış imtahanlarında 150-dən yuxarı bal toplayan şagirdlər üçün valideynlərin razılığı ilə yaxınlıqda yerləşən tam orta təhsil layihəsi üzrə fəaliyyət göstərən 27 nömrəli tam orta məktəbə yerdəyişmə edilməsi təklif olunub. Xatırladaq ki, bunabənzər hadisə bir müddət öncə Şəkidəki 6 nömrəli tam orta məktəbdə də baş vermişdi. Şəki şəhər 6 nömrəli tam orta məktəb yenidən təşkil edildiyindən, bu məktəbə yalnız 9-cu sinif buraxılış imtahanlarında yüksək bal toplayan şagirdlərə X-XI siniflər üzrə təhsillərini davam etdirməsinə icazə verilmişdi.Aşağı bal toplayan və IX sinifdən aşağı siniflər isə digər məktəblərə yerləşdirilmişdi. Şəki-Zaqatala Regional Təhsil İdarəsi məsələ ilə bağlı məlumat yayaraq bildirmişdi ki, yenidən təşkil edilən məktəbdə şagirdlər tam orta təhsil səviyyəsində uğur qazanmaları üçün mükəmməl şərait və müasir tədris metodları ilə təmin olunacaqlar. Burada tədris prosesini həyata keçirən pedaqoji heyət yüksək akademik göstəricilərə malik, təcrübəli və peşəkar müəllimlər arasından seçiləcək. MÜTDA cavab verməkdən niyə imtina edir? Regional təhsil idarələrinin açıqlamalarından da belə məlum olur ki, fəaliyyəti yenidən təşkil olunan, yalnız X-XI sinflər üzrə təhsil verən məktəblərə, digər ümumtəhsil müəssisələri ilə müqayisədə daha savadlı müəllimlər cəlb olunacaq. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) bəzi məktəblərin fəaliyyətinin yenidən təşkil olunması, yeni təmayülləşmə ilə bağlı bu ilin avqust ayının 30-da ünvanladığımız sorğu isə üzərindən 15 iş günündən çox müddət keçməsinə baxmayaraq cavabsız qaldı. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirdilər ki, bununla bağlı yaxın vaxtlarda ictimaiyyətə geniş açıqlama veriləcək. Sputnik Azərbaycan-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, fəaliyyəti yenidən təşkil olunan məktəblərdə tədris prosesi qrupdan asılı olaraq həftəlik 37 saat olmaqla 8 fənni əhatə edən proqramla tədris olunacaq. Həmin məktəbdə şagirdlər dövlət tərəfindən isti yeməklə təmin olunacaq. Məktəbdə oxuyacaq bütün şagirdlər həm dərslik, həm də dərsdənkənar vəsaitlə və eyni zamanda nootbukla təmin ediləcək. Bu şagirdlərə dərslər və məşğələlər nüfuzlu və yüksək bal toplamış müəllimlər tərəfindən tədris olunacaq.Qeyd edək ki, pilot layihəyə cəlb olunan məktəblərdə oxuyacaq şagirdlərin ali məktəbə yüksək balla daxil olmasına zəmanət veriləcək. Bunun məktəblərdə X-XI siniflərin təhsildən yayınaraq repetitorlara üz tutmasının qarşısını alacağı bildirilir. İmtahan modeli dəyişərsə, yenilik səmərəsiz olacaq! Təhsil eksperti Elçin Əfəndi isə deyir ki, bir neçə məktəbin sırf X-XI siniflər üzrə ayrılması bir eksprimentdir. Təmayülləşmənin bu metodunun nə qədər effektiv olacağını isə zaman göstərəcək. Yeni təmayülləşmə üsulu nə vəd edir? Ekspert təhsil sistemində müəllimlərin biliyinə görə seçilərək müəyyən məktəblərə yönəldilməsinin də düzgün olmadığı qənaətindədir. Digər ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təmayülləşmə adlanan bu proses, tədris formasının tətbiqi ilə bağlıdır və qlobal trendlərə əsaslanaraq təhsilin daha ixtisaslaşmış istiqamətlərdə inkişafını təmin etmək məqsədi daşıyır. Ekspert deyir ki, təmayülləşmə üzrə təhsil verən məktəblərin sayı 400-ə yaxın idi, yenilik ümumi məktəb sayının təxminən 9%-ini əhatə edir. Bu proses tədricən genişlənir və hər il daha çox məktəb təmayülləşməyə yönəlir. Məqsəd şagirdlərin təhsillərini ixtisaslaşmış təhsil ocaqlarında daha dərindən inkişaf etdirməkdir. O ki qaldı valideynlərin narazılığına, K.Əsədov bildirir ki, valideynlərin əsas narazılığı övladlarının fərqli məktəblərdə təhsil almasıdır. Çünki bu, logistika və ailənin gündəlik işlərini planlaşdırmada çətinliklər yaradır:Xarici təcrübə K.Əsədov deyir ki, Finlandiya və Almaniya təhsil sistemləri dünya üzrə yüksək səviyyəli təmayülləşmə təcrübəsinə malikdir. "Məsələn, Almaniyada "Gymnasium" adlı məktəblər daha akademik yönümlü şagirdlər üçün nəzərdə tutulub. Digər məktəblər isə peşə təhsili üzrə ixtisaslaşır. Finlandiyada isə təhsil şagirdlərin fərdi maraqlarına uyğun istiqamətləndirilir, bu da təhsilin keyfiyyətini artırır. Finlandiyada təmayülləşmə daha çevikdir, hər bir şagirdin maraq dairəsinə və qabiliyyətlərinə uyğun olaraq fərdiləşdirilmiş yanaşma tətbiq olunur. ABŞ-da da orta məktəblərin bir çoxu "magnet schools" və "charter schools" adlı xüsusi ixtisaslaşmış məktəblərdir. Bu məktəblər müəyyən sahələr üzrə, məsələn, incəsənət, texnologiya və elm istiqamətində ixtisaslaşır və şagirdlər bu məktəblərdə öz potensiallarını maksimum inkişaf etdirmək üçün daha əlverişli imkanlara malik olurlar", - ekspert bildirir. Təmayülləşən siniflərin nəticələri yüksəkdir Həmsöhbətimiz bildirir ki, Azərbaycanda 11 illik təhsilin tətbiqi üzrə müasir statistik məlumatlar ölkədə ümumtəhsil məktəblərinin 10%-dən çoxunun təmayülləşdiyini göstərir. Onun sözlərinə görə, şagirdlərin 30%-ə yaxını təmayül siniflərinə yönəldilib, bu da onların təhsillərində daha ixtisaslaşmış yanaşmaya şərait yaradır:"Qlobal statistikaya əsasən, təmayülləşmə sistemində təhsil alan şagirdlərin akademik nəticələri ümumi təhsil verən məktəblərdə oxuyanlarla müqayisədə daha yüksəkdir. Valideyn narazılıqları təhsil prosesindəki yeniliklərin təşkilatçılıq və idarəetmə məsələlərindən qaynaqlanır. Lakin təmayülləşmənin uzunmüddətli faydaları şagirdlərin gələcək akademik və peşəkar həyatında daha yüksək səviyyədə ixtisaslaşmasına gətirib çıxara bilər. Azərbaycan təhsil sisteminin daha müasir, qlobal trendlərə uyğunlaşdırılması təhsilin keyfiyyətini artırmağa yönəlib. Bununla belə, yerli təcrübədə belə dəyişikliklərin praktik icrası zamanı daha çox valideynlərə dəstək göstərmək və effektiv kommunikasiya yolları inkişaf etdirmək vacibdir. Beləliklə, Azərbaycanda məktəblərin təmayülləşməsi şagirdlərə daha spesifik və ixtisaslaşmış təhsil almaq imkanı yaradır. Bununla belə, praktik problemlərin həlli və valideynlərin narahatlıqlarının diqqətlə nəzərə alınması vacibdir. Dünya təcrübəsi göstərir ki, təmayülləşmə təhsil keyfiyyətini artırır və şagirdlərin gələcək karyeralarına daha güclü təməl yaradır". "Məktəbdə təhsil tam olmaldıır" Təhsil üzrə ekspert, keçmiş millət vəkili Etibar Əliyev isə təhsildə bu yeniliyi müsbət hal kimi qiymətləndirmədiyini söyləyib. O, bildirib ki, məktəbdə təhsil tam olmaldır. Şagirdlər məktəbdə təhsilin bütün pillələri üzrə təhsil ala bilməlidirlər. Sabiq deputat ibtidai təhsil, orta və tam orta təhsil pillələrinin hamısının bir məktəbdə cəmləşməli olduğunu söyləyir. Həmsöhbətimiz bunun təhsildə tamamlayıcı funksiya daşıdığını bildirib. Müsahibimiz onu da qeyd edib ki, məktəbin əsas funksiyası proqramların şagirdlərə mənimsənilməsidir:"Bunu nə üçün yerinə yetirə bilmədiklərinin səbəblərini ,Elm Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi birgə müzakirə etməlidir. Mən, hələ ki, bu iki qurum arasında belə bir dialoqun şahidi olmamışam".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0e/461312727_118:0:2003:1414_1920x0_80_0_0_276519acad077e5f9f4c1dc7b5d018b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəb, dövlət imtahan mərkəzi, elm və təhsil nazirliyi, layihə, pilot, ix sinif, buraxılış sinifləri, təmayül, valideyn, şagird, azərbaycan
məktəb, dövlət imtahan mərkəzi, elm və təhsil nazirliyi, layihə, pilot, ix sinif, buraxılış sinifləri, təmayül, valideyn, şagird, azərbaycan
Azərbaycanda ikiillik məktəblər fəaliyyətə başladı-Yeni eksperiment nə vəd edir?
14:15 29.09.2024 (Yenilənib: 15:22 29.09.2024) Etibar Əliyev bildirib ki, bəzi məktəblərdən təhsilin digər pillələrinin yığışdırılmsı yaxşı hal deyil.
BAKI, 29 sentyabr — Sputnik. "Gələcəkdə ali məktəblərə qəbulda imtahan modeli dəyişərsə, X-XI siniflərin bir məktəbə yığılması, təmayülləşmə səmərə verməyə bilər". Bunu Sputnik Azərbaycan-a açıqlamasında son günlər bəzi məktəblərin yenidən təşkil olunması, tam orta təhsil səviyyəsi üzrə yalnız X-XI siniflər üçün fəaliyyət göstərməsinə münasibət bildirən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib.
"Oğlu olanlar ağ çadıra, qızı olanlar qara çadıra"
Ekspert deyib ki, artıq həm regionlarda, həmçinin də Bakıda bir neçə ümumtəhsil müəssisəsində bu yenilik tətbiq olunub.
Qeyd edək ki, ölkəmizdə bəzi məktəblərin fəaliyyəti yenidən təşkil olunur. Belə məktəblərdə yalnız X-XI siniflərin şagirdləri təhsil alacaq. Digər siniflər isə başqa məktəblərə yerləşdirilir. Bu, yenilik valideynlər tərəfindən narazılıqla qarşılanıb. İki və üç övladı eyni məktəbdə təhsil alan valideynlər uşaqlarının başqa təhsil müəssisələrinə yerləşdirildiyindən şikayətlənirlər. Valideynlərin iddasına görə, yenidən təşkil olunmuş məktəblərin X-XI siniflərinə isə IX sinif buraxılış imtahanlarında 150 baldan aşağı nəticə göstərən şagirdlər qəbul edilmir.
Bu günlərdə Sumqayıt şəhəri 37 saylı məktəbdə anoloji hadisə baş verib. Valideynlər mətbuata açıqlamalarında bildiriblər ki, Sumqayıt şəhəri 37 saylı məktəbdə IX sinif buraxılış imtahanında 150 baldan çox nəticə göstərən şagirdləri qovurlar.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən isə bildirilib ki, 2024/2025-ci tədris ilində bir sıra məktəblər təmayül tədris planları əsasında tam orta təhsil səviyyəsi üzrə (X-XI siniflər) təşkil edilir və ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında yüksək bal toplayan şagirdlər cəlb edilirlər.
Sumqayıt şəhər 37 saylı məktəbdə IX sinif buraxılış imtahanlarında 150-dən yuxarı bal toplayan şagirdlər üçün valideynlərin razılığı ilə yaxınlıqda yerləşən tam orta təhsil layihəsi üzrə fəaliyyət göstərən 27 nömrəli tam orta məktəbə yerdəyişmə edilməsi təklif olunub.
Xatırladaq ki, bunabənzər hadisə bir müddət öncə Şəkidəki 6 nömrəli tam orta məktəbdə də baş vermişdi. Şəki şəhər 6 nömrəli tam orta məktəb yenidən təşkil edildiyindən, bu məktəbə yalnız 9-cu sinif buraxılış imtahanlarında yüksək bal toplayan şagirdlərə X-XI siniflər üzrə təhsillərini davam etdirməsinə icazə verilmişdi.
Aşağı bal toplayan və IX sinifdən aşağı siniflər isə digər məktəblərə yerləşdirilmişdi. Şəki-Zaqatala Regional Təhsil İdarəsi məsələ ilə bağlı məlumat yayaraq bildirmişdi ki, yenidən təşkil edilən məktəbdə şagirdlər tam orta təhsil səviyyəsində uğur qazanmaları üçün mükəmməl şərait və müasir tədris metodları ilə təmin olunacaqlar. Burada tədris prosesini həyata keçirən pedaqoji heyət yüksək akademik göstəricilərə malik, təcrübəli və peşəkar müəllimlər arasından seçiləcək.
MÜTDA cavab verməkdən niyə imtina edir?
Regional təhsil idarələrinin açıqlamalarından da belə məlum olur ki, fəaliyyəti yenidən təşkil olunan, yalnız X-XI sinflər üzrə təhsil verən məktəblərə, digər ümumtəhsil müəssisələri ilə müqayisədə daha savadlı müəllimlər cəlb olunacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) bəzi məktəblərin fəaliyyətinin yenidən təşkil olunması, yeni təmayülləşmə ilə bağlı bu ilin avqust ayının 30-da ünvanladığımız sorğu isə üzərindən 15 iş günündən çox müddət keçməsinə baxmayaraq cavabsız qaldı. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirdilər ki, bununla bağlı yaxın vaxtlarda ictimaiyyətə geniş açıqlama veriləcək.
Sputnik Azərbaycan-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, fəaliyyəti yenidən təşkil olunan məktəblərdə tədris prosesi qrupdan asılı olaraq həftəlik 37 saat olmaqla 8 fənni əhatə edən proqramla tədris olunacaq. Həmin məktəbdə şagirdlər dövlət tərəfindən isti yeməklə təmin olunacaq. Məktəbdə oxuyacaq bütün şagirdlər həm dərslik, həm də dərsdənkənar vəsaitlə və eyni zamanda nootbukla təmin ediləcək. Bu şagirdlərə dərslər və məşğələlər nüfuzlu və yüksək bal toplamış müəllimlər tərəfindən tədris olunacaq.
Qeyd edək ki, pilot layihəyə cəlb olunan məktəblərdə oxuyacaq şagirdlərin ali məktəbə yüksək balla daxil olmasına zəmanət veriləcək. Bunun məktəblərdə X-XI siniflərin təhsildən yayınaraq repetitorlara üz tutmasının qarşısını alacağı bildirilir.
İmtahan modeli dəyişərsə, yenilik səmərəsiz olacaq!
Təhsil eksperti Elçin Əfəndi isə deyir ki, bir neçə məktəbin sırf X-XI siniflər üzrə ayrılması bir eksprimentdir. Təmayülləşmənin bu metodunun nə qədər effektiv olacağını isə zaman göstərəcək.
"Qarşıdakı dövrdə qəbul formatı dəyişərsə, bu metod effekt verməyə də bilər. Bundan başqa, bu valideynlər üçün də problem yaradır. Valideyn övladına məktəb seçəndə evinə yaxın olan ümumtəhsil müəssisəsinə üstünlük verir. Təmayülləşməyə görə şagirdləri başqa məktəblərə yerləşdirmək də düzgün addım deyil. Ona görə də, valideynlərin də narazılığı haqlıdır. Bunu hər məktəbin özündə təşkil etmək daha yaxşı olardı. X-XI siniflərin vahid məktəblərə yığılması səmərə verməyə də bilər", - deyə Elçin Əfəndi bildirib.
Yeni təmayülləşmə üsulu nə vəd edir?
Ekspert təhsil sistemində müəllimlərin biliyinə görə seçilərək müəyyən məktəblərə yönəldilməsinin də düzgün olmadığı qənaətindədir.
Digər ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təmayülləşmə adlanan bu proses, tədris formasının tətbiqi ilə bağlıdır və qlobal trendlərə əsaslanaraq təhsilin daha ixtisaslaşmış istiqamətlərdə inkişafını təmin etmək məqsədi daşıyır.
"Azərbaycanda məktəblərin yenidən təşkil olunması, 11 illik məktəblərdə yalnız X-XI siniflərin tədrisinin davam etməsi və digər siniflərin başqa məktəblərə köçürülməsi son dövrlərdə təhsil sistemindəki yeniliklərdən biridir. Təmayülləşmə dedikdə şagirdlərin X sinifdən etibarən ixtisas sahələrinə yönəldilməsi nəzərdə tutulur. Bu yanaşma daha çox şagirdlərin maraq və qabiliyyətlərinə uyğun təhsil almalarını təmin etmək məqsədilə tətbiq olunur. Məktəblərin təmayül üzrə ixtisaslaşması dünya təhsil sistemlərində də geniş şəkildə istifadə olunan bir mexanizmdir. Bu prosesin Azərbaycanda da tətbiq olunması şagirdlərin ali təhsil seçimlərində daha hazırlıqlı olmasına şərait yaratmaq üçün nəzərdə tutulub", - deyə Kamran əsədov bildirib.
Ekspert deyir ki, təmayülləşmə üzrə təhsil verən məktəblərin sayı 400-ə yaxın idi, yenilik ümumi məktəb sayının təxminən 9%-ini əhatə edir. Bu proses tədricən genişlənir və hər il daha çox məktəb təmayülləşməyə yönəlir. Məqsəd şagirdlərin təhsillərini ixtisaslaşmış təhsil ocaqlarında daha dərindən inkişaf etdirməkdir.
O ki qaldı valideynlərin narazılığına, K.Əsədov bildirir ki, valideynlərin əsas narazılığı övladlarının fərqli məktəblərdə təhsil almasıdır. Çünki bu, logistika və ailənin gündəlik işlərini planlaşdırmada çətinliklər yaradır:
"Məsələn, Bakı şəhərində yerləşən məktəblərdə bu dəyişikliklər valideynlərin bir məktəbdən digərinə getmək üçün daha çox vaxt sərf etməsinə səbəb olub, şəhərin tıxac problemi də buna əlavə yük yaradır. Amma bunun müsbət tərəfi ondadır ki, şagirdlər təmayül siniflərində öz ixtisaslarına uyğun daha dərin biliklər əldə edirlər. Məsələn, elmi təmayüllü siniflərdə şagirdlər riyaziyyat, fizika və kimya kimi fənlərə daha çox fokuslanır, bu da onlara gələcəkdə texniki və mühəndislik ixtisaslarını seçməyə kömək edir. İctimai təmayüllü siniflərdə isə tarix, coğrafiya və hüquq sahələri üzrə daha dərindən tədris həyata keçirilir".
K.Əsədov deyir ki, Finlandiya və Almaniya təhsil sistemləri dünya üzrə yüksək səviyyəli təmayülləşmə təcrübəsinə malikdir.
"Məsələn, Almaniyada "Gymnasium" adlı məktəblər daha akademik yönümlü şagirdlər üçün nəzərdə tutulub. Digər məktəblər isə peşə təhsili üzrə ixtisaslaşır. Finlandiyada isə təhsil şagirdlərin fərdi maraqlarına uyğun istiqamətləndirilir, bu da təhsilin keyfiyyətini artırır. Finlandiyada təmayülləşmə daha çevikdir, hər bir şagirdin maraq dairəsinə və qabiliyyətlərinə uyğun olaraq fərdiləşdirilmiş yanaşma tətbiq olunur. ABŞ-da da orta məktəblərin bir çoxu "magnet schools" və "charter schools" adlı xüsusi ixtisaslaşmış məktəblərdir. Bu məktəblər müəyyən sahələr üzrə, məsələn, incəsənət, texnologiya və elm istiqamətində ixtisaslaşır və şagirdlər bu məktəblərdə öz potensiallarını maksimum inkişaf etdirmək üçün daha əlverişli imkanlara malik olurlar", - ekspert bildirir.
Təmayülləşən siniflərin nəticələri yüksəkdir
Həmsöhbətimiz bildirir ki, Azərbaycanda 11 illik təhsilin tətbiqi üzrə müasir statistik məlumatlar ölkədə ümumtəhsil məktəblərinin 10%-dən çoxunun təmayülləşdiyini göstərir. Onun sözlərinə görə, şagirdlərin 30%-ə yaxını təmayül siniflərinə yönəldilib, bu da onların təhsillərində daha ixtisaslaşmış yanaşmaya şərait yaradır:
"Qlobal statistikaya əsasən, təmayülləşmə sistemində təhsil alan şagirdlərin akademik nəticələri ümumi təhsil verən məktəblərdə oxuyanlarla müqayisədə daha yüksəkdir. Valideyn narazılıqları təhsil prosesindəki yeniliklərin təşkilatçılıq və idarəetmə məsələlərindən qaynaqlanır. Lakin təmayülləşmənin uzunmüddətli faydaları şagirdlərin gələcək akademik və peşəkar həyatında daha yüksək səviyyədə ixtisaslaşmasına gətirib çıxara bilər. Azərbaycan təhsil sisteminin daha müasir, qlobal trendlərə uyğunlaşdırılması təhsilin keyfiyyətini artırmağa yönəlib. Bununla belə, yerli təcrübədə belə dəyişikliklərin praktik icrası zamanı daha çox valideynlərə dəstək göstərmək və effektiv kommunikasiya yolları inkişaf etdirmək vacibdir. Beləliklə, Azərbaycanda məktəblərin təmayülləşməsi şagirdlərə daha spesifik və ixtisaslaşmış təhsil almaq imkanı yaradır. Bununla belə, praktik problemlərin həlli və valideynlərin narahatlıqlarının diqqətlə nəzərə alınması vacibdir. Dünya təcrübəsi göstərir ki, təmayülləşmə təhsil keyfiyyətini artırır və şagirdlərin gələcək karyeralarına daha güclü təməl yaradır".
"Məktəbdə təhsil tam olmaldıır"
Təhsil üzrə ekspert, keçmiş millət vəkili Etibar Əliyev isə təhsildə bu yeniliyi müsbət hal kimi qiymətləndirmədiyini söyləyib. O, bildirib ki, məktəbdə təhsil tam olmaldır. Şagirdlər məktəbdə təhsilin bütün pillələri üzrə təhsil ala bilməlidirlər. Sabiq deputat ibtidai təhsil, orta və tam orta təhsil pillələrinin hamısının bir məktəbdə cəmləşməli olduğunu söyləyir. Həmsöhbətimiz bunun təhsildə tamamlayıcı funksiya daşıdığını bildirib.
"Məktəblərdən təhsilin digər pillələrinin yığışdırılmsı yaxşı hal deyil. Məktəb eksriment yeri deyil. Məktəb kifayət qədər konservativ bir yerdir. Məktəbdə şagirdlərin fiziki hazırlığı, tərbiyəsi və təlimi təşkil edilməlidir. Axı məktəb test tapşırığının yerinə yetirildiyi məkan deyil. Əgər bunu X-XI siniflərin məktəbdən yayınmasının qarşısını almaq üçün ediblərsə, deməli məktəb tərbiyəvi funksiyasını itirib. Azərbaycanda 2013-cü ildə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası qəbul olunub. Həmin sənəddə 11 il ərzində yuxrarı siniflərdə təmayülləşmə prosesinin həyata keçirilməsi nəzərdə tutulurdu. Belə çıxır ki, onda təmayülləşmə prosesi həyata keçirilməyib. Əslində məktəblərdə təmayülləşmə prosesi sürətlə getməliydi", - Etibar Əliyev bildirib.
Müsahibimiz onu da qeyd edib ki, məktəbin əsas funksiyası proqramların şagirdlərə mənimsənilməsidir:
"Bunu nə üçün yerinə yetirə bilmədiklərinin səbəblərini ,Elm Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi birgə müzakirə etməlidir. Mən, hələ ki, bu iki qurum arasında belə bir dialoqun şahidi olmamışam".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.