https://sputnik.az/20240929/ak-a-nin-umumi-birja-bazari-konsepsiyasi-oktyabrda-qebul-edilecek-460176861.html
AİK: Aİİ-nin ümumi birja bazarı konsepsiyası oktyabrda qəbul ediləcək
AİK: Aİİ-nin ümumi birja bazarı konsepsiyası oktyabrda qəbul ediləcək
Sputnik Azərbaycan
Bu konsepsiyanın həyata keçirilməsi üçün xüsusi proqram hazırlanıb və o çərçivədə ümumi qiymət göstəricilərinin yaradılması məsələsinə baxılacaq. 29.09.2024, Sputnik Azərbaycan
2024-09-29T09:29+0400
2024-09-29T09:29+0400
2024-09-30T17:19+0400
aii
iqtisadiyyat
konsepsiya
avrasiya iqtisadi ittifaqı
birja
https://cdnn1.img.sputnik.az/img/07e8/09/17/467602647_0:0:3006:1691_1920x0_80_0_0_58e60f0857972a45114e7582c44ffb39.jpg
BAKI, 29 sentyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi birja bazarı konsepsiyası oktyabrda qəbul ediləcək, bundan sonra birja ticarəti üçün lazımi infrastrukturun yaradılması üzrə işlərə başlanılacaq. Bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) Rəqabət və antiinhisar tənzimlənməsi şurasının üzvü Maksim Yermoloviç bildirib. “Aİİ-nin ümumi valyuta bazarı konsepsiyası yüksək səviyyədə hazırdır, biz onun yaxın gələcəkdə - bu ilin oktyabrında Avrasiya Hökumətlərarası Şurasında təsdiqini gözləyirik”, - o, Rusiyada Enerji Həftəsi çərçivəsində keçirilən sessiyada çıxışı zamanı deyib. Yermoloviçin sözlərinə görə, konsepsiyanın qəbulu ilə AİK ittifaqda ümumi birja bazarının formalaşdırılması mərhələlərinə başlayacaq.“Biz Aİİ-yə üzv ölkələrin sərbəst mübadilə ticarəti üçün bütün zəruri infrastrukturun yaradılması məsələlərini həll etməyə başlayacağıq”, - deyə Yermoloviç əlavə edib."Bu konsepsiyanın həyata keçirilməsi üçün xüsusi proqram hazırlanıb və onun çərçivəsində vahid qiymət göstəricilərinin formalaşdırılması məsələsinə daha da baxılacaq”, - deyə o, yekunlaşdırıb.Bundan əvvəl Aİİ-nin ümumi birja bazarının hazırlanmasında da iştirak edən Sankt-Peterburq Beynəlxalq Əmtəə və Xammal Birjası məlumat vermişdi ki, hazırda enerji mallarının ümumi bazara daxil edilməsi məsələsi mübahisəli olaraq qalır.Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Onun iştirakçıları Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Bu, malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti ilə ən böyük iqtisadi birliklərdən biridir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/17/467602647_18:0:2749:2048_1920x0_80_0_0_d09a94678b858f1ea571c8d4bd748331.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
aii, konsepsiya, avrasiya iqtisadi ittifaqı, birja
aii, konsepsiya, avrasiya iqtisadi ittifaqı, birja
AİK: Aİİ-nin ümumi birja bazarı konsepsiyası oktyabrda qəbul ediləcək
09:29 29.09.2024 (Yenilənib: 17:19 30.09.2024) Bu konsepsiyanın həyata keçirilməsi üçün xüsusi proqram hazırlanıb və o çərçivədə ümumi qiymət göstəricilərinin yaradılması məsələsinə baxılacaq.
BAKI, 29 sentyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi birja bazarı konsepsiyası oktyabrda qəbul ediləcək, bundan sonra birja ticarəti üçün lazımi infrastrukturun yaradılması üzrə işlərə başlanılacaq. Bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) Rəqabət və antiinhisar tənzimlənməsi şurasının üzvü Maksim Yermoloviç bildirib.
“Aİİ-nin ümumi valyuta bazarı konsepsiyası yüksək səviyyədə hazırdır, biz onun yaxın gələcəkdə - bu ilin oktyabrında Avrasiya Hökumətlərarası Şurasında təsdiqini gözləyirik”, - o, Rusiyada Enerji Həftəsi çərçivəsində keçirilən sessiyada çıxışı zamanı deyib.
Yermoloviçin sözlərinə görə, konsepsiyanın qəbulu ilə AİK ittifaqda ümumi birja bazarının formalaşdırılması mərhələlərinə başlayacaq.
“Biz Aİİ-yə üzv ölkələrin sərbəst mübadilə ticarəti üçün bütün zəruri infrastrukturun yaradılması məsələlərini həll etməyə başlayacağıq”, - deyə Yermoloviç əlavə edib.
"Bu konsepsiyanın həyata keçirilməsi üçün xüsusi proqram hazırlanıb və onun çərçivəsində vahid qiymət göstəricilərinin formalaşdırılması məsələsinə daha da baxılacaq”, - deyə o, yekunlaşdırıb.
Bundan əvvəl Aİİ-nin ümumi birja bazarının hazırlanmasında da iştirak edən Sankt-Peterburq Beynəlxalq Əmtəə və Xammal Birjası məlumat vermişdi ki, hazırda enerji mallarının ümumi bazara daxil edilməsi məsələsi mübahisəli olaraq qalır.
Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Onun iştirakçıları Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Bu, malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti ilə ən böyük iqtisadi birliklərdən biridir.