DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ nüvə silahı ilə təhlükəli asteroidlərin trayektoriyasının dəyişdirilməsini təklif edib

© iStock.com / celafonKosmosda partlayış, arxiv
Kosmosda partlayış, arxiv - Sputnik Azərbaycan, 1920, 29.09.2024
Abunə olmaq
Alimlər partlayış nəticəsində yaranacaq böyük miqdarda rentgen şüalarının asteroidin trayektoriyasına təsirini öyrənməyə çalışıblar.
BAKI, 29 sentyabr - Sputnik. ABŞ-nin Nyu-Meksiko ştatındakı Sandia Milli Laboratoriyasının alimləri nüvə silahından istifadə edərək Yer kürəsini təhdid edən asteroidlərin trayektoriyasını dəyişməyin yolunu tapıblar. Araşdırmanın nəticələri barədə RİA Novosti Nature jurnalına istinadən məlumat yayıb.

“Fizik Natan Mur və onun həmkarları bir asteroid yaxınlığında nüvə bombası partladıqda nə baş verə biləcəyini simulyasiya etmək üçün bir təcrübə hazırladılar. Əvvəllər alimlər qazın genişlənməsi nəticəsində yaranan və asteroidi dəf edən bombanın zərbə dalğasının nəbzini tədqiq edirdilər. Bununla belə, Murun komandası iddia edir ki, partlayışdan yayılan böyük miqdarda rentgen şüaları asteroidin trayektoriyasının dəyişməsinə daha ciddi təsir göstərəcək”, - nəşr yazır.

Xüsusi qurğudan istifadə edərək alimlər, təcrübə zamanı 12 millimetr ölçülü, silikon və kvarsdan hazırlanmış "asteroidlərin" yarısını kəsən rentgen şüalarının emissiyasını simulyasiya ediblər.
Radiasiya "asteroidlərin" səthinin bir hissəsini buxarlandırıb və yaranan qaz hissəciklərini saniyədə 69,5 və 70,3 metrə qədər sürətləndirib.
Qeyd olunur ki, indi alimlər təkrar sınaqlar keçirmək istəyirlər və günlərin bir günü təcrübənin kosmosda da təkrar olunmasına ümid edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0