https://sputnik.az/20240928/ukraynanin-rusiyaya-qarsi-plani-iflasa-ugrayib-467625959.html
Ukraynanın Rusiyaya qarşı planı iflasa uğrayıb
Ukraynanın Rusiyaya qarşı planı iflasa uğrayıb
Sputnik Azərbaycan
"The Washington Post" yazıb ki, Ukrayna ABŞ-ı Rusiyaya qarşı zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa inandıra bilməyib. 28.09.2024, Sputnik Azərbaycan
2024-09-28T22:12+0400
2024-09-28T22:12+0400
2024-09-28T22:12+0400
rusiya
ukrayna
abş
dmitri peskov
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0e/466672602_0:160:3072:1888_1920x0_80_0_0_9d5f27332379ab91c6b68619d7c663c5.jpg
BAKI, 28 sentyabr — Sputnik. Ukraynalı siyasətçilər ABŞ-ı Qərbin uzaqmənzilli raketləri ilə Rusiyaya qarşı zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa inandıra bilməyiblər. Bu barədə "RİA Novosti" agentliyi "The Washington Post"a istinadən xəbər verib. "Ağ Evin və Təhlükəsizlik Departamentinin rəsmilərinin sözlərinə görə, Ukrayna rəhbərliyi Rusiyadakı raketlərin mümkün hədəflərinin Kiyevin qələbəyə aparan yoluna əhəmiyyətli dərəcədə təsir edəcəyinə dair inandırıcı arqument təqdim etməyib", - materialda deyilir. Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda deyib ki, NATO ölkələri hazırda təkcə Kiyev tərəfindən Qərbin uzaqmənzilli silahlarından istifadənin mümkünlüyünü müzakirə etmir, əslində, onlar Ukrayna münaqişəsində birbaşa iştirak edib-etməmək barədə qərar verirlər. Dövlət rəhbəri əlavə edib ki, Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı onun mahiyyətini dəyişəcək, Rusiya bu yolla ona yaradılan təhdidlərə əsaslanaraq lazımi qərarlar verməyə məcbur olacaq. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Rusiyanın bu əraziyə yeni hücumlara mümkün reaksiyası ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, "müvafiq əks tədbirlər görən və buna hazırlaşan"dövlət başçısı və hərbçilər bundan xəbərdardır. Peskov həmçinin qeyd edib ki, Putinin Qərb silahı ilə Rusiyanın dərinliklərinə endirdiyi zərbələrin nəticələri ilə bağlı bəyanatı son dərəcə aydındır və onun nəzərdə tutulan tərəflərə çatdığına heç bir şübhə yoxdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0e/466672602_171:0:2902:2048_1920x0_80_0_0_c49a518dc5fa0cd9df223eff2cee62b4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, ukrayna, abş, dmitri peskov, rusiya prezidenti vladimir putin, vladimir putin
rusiya, ukrayna, abş, dmitri peskov, rusiya prezidenti vladimir putin, vladimir putin
Ukraynanın Rusiyaya qarşı planı iflasa uğrayıb
"The Washington Post" yazıb ki, Ukrayna ABŞ-ı Rusiyaya qarşı zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa inandıra bilməyib.
BAKI, 28 sentyabr — Sputnik. Ukraynalı siyasətçilər ABŞ-ı Qərbin uzaqmənzilli raketləri ilə Rusiyaya qarşı zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa inandıra bilməyiblər.
Bu barədə "RİA Novosti" agentliyi "The Washington Post"a istinadən xəbər verib.
"Ağ Evin və Təhlükəsizlik Departamentinin rəsmilərinin sözlərinə görə, Ukrayna rəhbərliyi Rusiyadakı raketlərin mümkün hədəflərinin Kiyevin qələbəyə aparan yoluna əhəmiyyətli dərəcədə təsir edəcəyinə dair inandırıcı arqument təqdim etməyib", - materialda deyilir.
Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda deyib ki, NATO ölkələri hazırda təkcə Kiyev tərəfindən Qərbin uzaqmənzilli silahlarından istifadənin mümkünlüyünü müzakirə etmir, əslində, onlar Ukrayna münaqişəsində birbaşa iştirak edib-etməmək barədə qərar verirlər. Dövlət rəhbəri əlavə edib ki, Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı onun mahiyyətini dəyişəcək, Rusiya bu yolla ona yaradılan təhdidlərə əsaslanaraq lazımi qərarlar verməyə məcbur olacaq.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Rusiyanın bu əraziyə yeni hücumlara mümkün reaksiyası ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, "müvafiq əks tədbirlər görən və buna hazırlaşan"dövlət başçısı və hərbçilər bundan xəbərdardır. Peskov həmçinin qeyd edib ki, Putinin Qərb silahı ilə Rusiyanın dərinliklərinə endirdiyi zərbələrin nəticələri ilə bağlı bəyanatı son dərəcə aydındır və onun nəzərdə tutulan tərəflərə çatdığına heç bir şübhə yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.