DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp Zelenskini "tarixin ən yaxşı taciri" adlandırıb

© AP Photo / Mark Schiefelbein Vladimir Zelenski, arxiv
 Vladimir Zelenski, arxiv - Sputnik Azərbaycan, 1920, 28.09.2024
Abunə olmaq
Zelenskinin ABŞ-a hər səfəri onun milyardlarla dollar alması ilə başa çatır.
BAKI, 28 sentyabr — Sputnik. Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Ukrayna lideri Vladimir Zelenskini "tarixin ən yaxşı taciri" adlandırıb.
"Aif.ru" saytı bu barədə yazıb.
Trampın sözlərinə görə, Zelenskinin ABŞ-a hər səfəri onun milyardlarla dollar alması ilə başa çatır. O qeyd edib ki, Ukrayna prezidenti səfərlərindən sonra 60 milyard dollara çatan məbləğlə yola düzəlir.
Tramp, həmçinin əlavə edib ki, Zelenski qarşıdan gələn seçkilərdə demokratları dəstəkləyir, çünki onlardan maliyyə yardımı alır. O, seçkidə qalib gələrsə, ilk növbədə həm Zelenski, həm də Rusiya Federasiyasının rəhbəri Vladimir Putinlə əlaqə saxlayıb, tərəfləri sülh sazişi bağlamağa çağırmaq niyyətindədir.
Bundan əvvəl Zelenski bildirib ki, Trampın Ukraynadakı münaqişəyə son qoymaq planı yoxdur.
Xəbər lenti
0