https://sputnik.az/20240928/srailde-hizbullahla-gerginlikden-sonra-ilk-defe-heyecan-siqnallari-seslenir-467650971.html
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqlayıb
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqlayıb
Sputnik Azərbaycan
Livanın cənubuna endirilən aviazərbələr nəticəsində “Hizbullah” komandirləri və yaraqlıları zərərsizləşdirilib. 28.09.2024, Sputnik Azərbaycan
2024-09-28T11:30+0400
2024-09-28T11:30+0400
2024-09-28T14:06+0400
israil
dünya xəbərləri
həmas
livan
"hizbullah"
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1c/467722454_0:0:3072:1728_1920x0_80_0_0_6587ec9937745e98b773bded1779cbf0.jpg
BAKI, 28 sentyabr — Sputnik. İsrail Müdafiə Qüvvələri “Hizbullah” hərəkatının raket bölməsinin komandiri Məhəmməd Əli İsmayıl və onun müavini Hüseyn Əhməd İsmayılın öldürüldüyünü bəyan edib.Bu barədə İsrail ordusunun mətbuat xidmətinin bəyanatında deyilir.Qeyd olunub ki, Livanın cənubuna endirilən aviazərbələr nəticəsində həmçinin digər “Hizbullah” komandirləri və yaraqlıları da zərərsizləşdirilib.Vurğulanıb ki, Məhəmməd Əli İsmayıl çərşənbə günü İsrail ərazisinə raketlərin buraxılması, ölkənin mərkəzinə yer-yer tipli raketinin atılması da daxil olmaqla, çoxsaylı terror hücumlarının idarə edilməsinə məsul olub (Report).25.09.24, 18:58İsraildə "Hizbullah"la gərginlikdən sonra ilk dəfə həyəcan siqnalları səslənirİsraildə - Təl-Əviv və Netaniyada hava hücumu sirenləri səslənir. Təfərrüatları "RİA Novosti" öz müxbirlərinə və şahidlərinə istinadən xəbər verib. Oxşar səslər İsrailin mərkəzi hissəsində yerləşən bir çox başqa şəhərlərdə də eşidilir. "Tseva Adom" raket xəbərdarlığı sistemi xəbər verib ki, həyəcan siqnalı paytaxtla Netaniya arasında yerləşən yaşayış məntəqələrində işə salınıb. İsraillə Livanın "Hizbullah" hərəkatı arasında münaqişənin yenidən kəskinləşməsinin başlanmasından bəri ilk dəfə sirenaların işə düşdüyü dəqiqləşdirilib. Mümkün nəticələrlə bağlı hələlik heç bir məlumat ortaya çıxmayıb. Bundan əvvəl bildirilmişdi ki, sentyabrın 23-də İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə kütləvi hücumlara başlayıb. Bir çox dövlətlər tərəfləri dərhal atəşkəsə çağırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1c/467722454_88:0:2819:2048_1920x0_80_0_0_15c60e89723c78bd72708eedbf486c17.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
israil, həmas, livan, "hizbullah"
israil, həmas, livan, "hizbullah"
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqlayıb
11:30 28.09.2024 (Yenilənib: 14:06 28.09.2024) Livanın cənubuna endirilən aviazərbələr nəticəsində “Hizbullah” komandirləri və yaraqlıları zərərsizləşdirilib.
BAKI, 28 sentyabr — Sputnik. İsrail Müdafiə Qüvvələri “Hizbullah” hərəkatının raket bölməsinin komandiri Məhəmməd Əli İsmayıl və onun müavini Hüseyn Əhməd İsmayılın öldürüldüyünü bəyan edib.
Bu barədə İsrail ordusunun mətbuat xidmətinin bəyanatında deyilir.
Qeyd olunub ki, Livanın cənubuna endirilən aviazərbələr nəticəsində həmçinin digər “Hizbullah” komandirləri və yaraqlıları da zərərsizləşdirilib.
Vurğulanıb ki, Məhəmməd Əli İsmayıl çərşənbə günü İsrail ərazisinə raketlərin buraxılması, ölkənin mərkəzinə yer-yer tipli raketinin atılması da daxil olmaqla, çoxsaylı terror hücumlarının idarə edilməsinə məsul olub (Report).
İsraildə "Hizbullah"la gərginlikdən sonra ilk dəfə həyəcan siqnalları səslənir
İsraildə - Təl-Əviv və Netaniyada hava hücumu sirenləri səslənir.
Təfərrüatları "RİA Novosti" öz müxbirlərinə və şahidlərinə istinadən xəbər verib.
Oxşar səslər İsrailin mərkəzi hissəsində yerləşən bir çox başqa şəhərlərdə də eşidilir. "Tseva Adom" raket xəbərdarlığı sistemi xəbər verib ki, həyəcan siqnalı paytaxtla Netaniya arasında yerləşən yaşayış məntəqələrində işə salınıb.
İsraillə Livanın "Hizbullah" hərəkatı arasında münaqişənin yenidən kəskinləşməsinin başlanmasından bəri ilk dəfə sirenaların işə düşdüyü dəqiqləşdirilib. Mümkün nəticələrlə bağlı hələlik heç bir məlumat ortaya çıxmayıb.
Bundan əvvəl bildirilmişdi ki, sentyabrın 23-də İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə kütləvi hücumlara başlayıb. Bir çox dövlətlər tərəfləri dərhal atəşkəsə çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.