https://sputnik.az/20240928/ran-srailin-hizbullaha-hucumuna-cavab-verecek---pezeskian-467720084.html
İran İsrailin “Hizbullah”a hücumuna cavab verəcək - Pezeşkian
İran İsrailin “Hizbullah”a hücumuna cavab verəcək - Pezeşkian
Sputnik Azərbaycan
Pezeşkian deyib ki, İran hökuməti İsrailin son cinayətinə qarşı tədbir görəcək və həmişə Livan xalqının tərəfində olacaq. 28.09.2024, Sputnik Azərbaycan
2024-09-28T11:54+0400
2024-09-28T11:54+0400
2024-09-28T11:54+0400
dünya xəbərləri
iran prezidenti məsud pezeşkian
məsud pezeşkian
benyamin netanyahu
israil
livan
"hizbullah"
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0b/467304922_0:0:2500:1407_1920x0_80_0_0_f1548fc83ab431c667eca895d23d0cfd.jpg
BAKI, 28 sentyabr - Sputnik. İran hökuməti Livan xalqına başsağlığı verir və İsrailin “Hizbullah”ın Beyrutun cənubundakı yeraltı qərargahına hava hücumundan sonra müvafiq tədbirlər görəcək.Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.“İran hökuməti İsrailin son cinayətinə qarşı tədbir görəcək və həmişə Livan xalqının tərəfində olacaq” - "Tasnim" agentliyi prezidentin sözlərindən sitat gətirib. İran lideri hadisəni hərbi cinayət adlandırıb.Ötn gün İsrail ordusu Livanın cənubunda yerləşən, “Hizbullah”a bağlı hədəflərə yeni zərbələr endirdiyini açıqlayıb.Livanın LBCI telekanalının məlumatına görə, İsrail Beyrutun cənubuna da zərbələr endirib, bütün paytaxtda güclü partlayışlar eşidilib. Paytaxtın səması qara tüstüyə bürünüb.İsrailin endirdiyi zərbələr 6 binanı yerlə-yeksan edib. Bu, “Hizbullah” və İsrail arasında təxminən bir il davam edən münaqişədə Beyruta edilən ən ağır hücum hesab edilir.İsrail televiziya kanalları hücumda on ton ağırlığında partlayıcısı olan bombalardan istifadə edildiyini bildirib. Livandakı mənbə “Reuters” agentliyinə deyib ki, “Hizbullah”ın yüksək rütbəli rəsmiləri adətən hücuma məruz qalan əraziyə toplaşırmış.Daha əvvəl Nyu-Yorka səfər edən İsrailin Baş naziri Benyamin Netanyahu İsrail ordusunun komandanlığı qarşıya qoyduğu bütün məqsədlərə çatana qədər “Hizbullah”a qarşı zərbələrini davam etdirəcəyini bildirmişdi.Netanyahu BMT Baş Assambleyasının 79-cu sessiyasında ümumi siyasi müzakirələr zamanı deyib ki, İsrail İran tərəfindən hücuma məruz qalacağı təqdirdə bu ölkəyə hücum edəcək."Əgər bizə hücum etsəniz, biz də sizə hücum edəcəyik" - Netanyahu İran rəhbərliyinə müraciətində bildirib.“Bütün Yaxın Şərqdə olduğu kimi, İranda da elə bir yer yoxdur ki, İsrailin ora əli çatmasın” - o, əlavə edib.Qeyd edək ki, ərəb nümayəndə heyətləri İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışının əvvəlində etiraz əlaməti olaraq BMT Baş Assambleyasının zalını tərk ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0b/467304922_277:0:2500:1667_1920x0_80_0_0_f8426f235178636a7b3ba9853dd31bca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran prezidenti məsud pezeşkian, məsud pezeşkian, benyamin netanyahu, israil, livan, "hizbullah"
iran prezidenti məsud pezeşkian, məsud pezeşkian, benyamin netanyahu, israil, livan, "hizbullah"
İran İsrailin “Hizbullah”a hücumuna cavab verəcək - Pezeşkian
Pezeşkian deyib ki, İran hökuməti İsrailin son cinayətinə qarşı tədbir görəcək və həmişə Livan xalqının tərəfində olacaq.
BAKI, 28 sentyabr - Sputnik. İran hökuməti Livan xalqına başsağlığı verir və İsrailin “Hizbullah”ın Beyrutun cənubundakı yeraltı qərargahına hava hücumundan sonra müvafiq tədbirlər görəcək.
Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“İran hökuməti İsrailin son cinayətinə qarşı tədbir görəcək və həmişə Livan xalqının tərəfində olacaq” - "Tasnim" agentliyi prezidentin sözlərindən sitat gətirib.
İran lideri hadisəni hərbi cinayət adlandırıb.
Ötn gün İsrail ordusu Livanın cənubunda yerləşən, “Hizbullah”a bağlı hədəflərə yeni zərbələr endirdiyini açıqlayıb.
Livanın LBCI telekanalının məlumatına görə, İsrail Beyrutun cənubuna da zərbələr endirib, bütün paytaxtda güclü partlayışlar eşidilib. Paytaxtın səması qara tüstüyə bürünüb.
İsrailin endirdiyi zərbələr 6 binanı yerlə-yeksan edib. Bu, “Hizbullah” və İsrail arasında təxminən bir il davam edən münaqişədə Beyruta edilən ən ağır hücum hesab edilir.
İsrail televiziya kanalları hücumda on ton ağırlığında partlayıcısı olan bombalardan istifadə edildiyini bildirib. Livandakı mənbə “Reuters” agentliyinə deyib ki, “Hizbullah”ın yüksək rütbəli rəsmiləri adətən hücuma məruz qalan əraziyə toplaşırmış.
Daha əvvəl Nyu-Yorka səfər edən İsrailin Baş naziri Benyamin Netanyahu İsrail ordusunun komandanlığı qarşıya qoyduğu bütün məqsədlərə çatana qədər “Hizbullah”a qarşı zərbələrini davam etdirəcəyini bildirmişdi.
Netanyahu BMT Baş Assambleyasının 79-cu sessiyasında ümumi siyasi müzakirələr zamanı deyib ki, İsrail İran tərəfindən hücuma məruz qalacağı təqdirdə bu ölkəyə hücum edəcək.
"Əgər bizə hücum etsəniz, biz də sizə hücum edəcəyik" - Netanyahu İran rəhbərliyinə müraciətində bildirib.
“Bütün Yaxın Şərqdə olduğu kimi, İranda da elə bir yer yoxdur ki, İsrailin ora əli çatmasın” - o, əlavə edib.
Qeyd edək ki, ərəb nümayəndə heyətləri İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışının əvvəlində etiraz əlaməti olaraq BMT Baş Assambleyasının zalını tərk ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.