DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pezeşkian: “Hizbullah” liderini öldürmək əmri ABŞ-dən verilib

© Iranian Presidency Office via APİran prezidenti Məsud Pezeşkian, arxiv
İran prezidenti Məsud Pezeşkian, arxiv - Sputnik Azərbaycan, 1920, 28.09.2024
Abunə olmaq
İsrail Müdafiə Ordusu Nəsrullahın ölümü ilə bağlı məlumat yayıb. Daha sonra təşkilat, lideri Həsən Nəsrullahın ölümünü təsdiqləyib.
BAKI, 28 sentyabr - Sputnik. İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahı öldürmək əmri ABŞ-dan verilib və Vaşinqton bunun məsuliyyətindən qaça bilməyəcək.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısı İslam Respublikasının dövlət televizisiyasının efirində söyləyib.
"Dünya unutmamalıdır ki, əmr ABŞ-dan verilib. Amerikalılar heç vaxt məsuliyyətdən qaça bilməyəcəklər", – o vurğulayıb.
Xatırladaq ki, İsrail Müdafiə Ordusu Nəsrullahın ölümü ilə bağlı məlumat yayıb. Daha sonra təşkilat, lideri Həsən Nəsrullahın ölümünü təsdiqləyib.
İran İsrailin hücumu nəticəsində həlak olan Livanın "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullahın xatirəsinə 5 günlük matəm elan edib.
Matəm elan olunması ilə bağlı Ayətullah Əli Xameneyi müvafiq qərar verib.
Xəbər lenti
0