Tanınmış teleaparıcının iki yaşlı qızı uşaq bağçasında nədən ölüb? Araşdırma başlandı

© Official website of President of Azerbaijan RepublicUşaq bağçası, arxiv şəkli
Uşaq bağçası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.09.2024
Abunə olmaq
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub, amma...
BAKI, 27 sentyabr — Sputnik. AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.
Hadisə ilə bağlı Səbail Rayon Prokurorluğu tərəfindən müvafiq ekspertizalar təyin olunub.
Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.
TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sentyabrın 26-sı saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb".
Qeyd edək ki, hadisə Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən "Candy kids" adlı özəl uşaq bağçasında qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0