https://sputnik.az/20240927/rusiyani-nuve-doktrinasina-yeniden-baxmaga-abs-ve-ngiltere-sovq-edibler-467700943.html
Rusiyanı nüvə doktrinasına yenidən baxmağa ABŞ və İngiltərə sövq ediblər
Rusiyanı nüvə doktrinasına yenidən baxmağa ABŞ və İngiltərə sövq ediblər
Sputnik Azərbaycan
Böyük Britaniya və ABŞ-ın cavabı NATO-nun "Rusiyanı məhv etmək" qlobal planının həyata keçirilməsində Ukraynadan vasitəçi kimi istifadə siyasətini davam... 27.09.2024, Sputnik Azərbaycan
2024-09-27T20:40+0400
2024-09-27T20:40+0400
2024-09-27T20:40+0400
rusiya
dünya xəbərləri
nato
bmt
abş
ukrayna
böyük britaniya
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1b/426069124_0:159:3076:1889_1920x0_80_0_0_fb5654d9c16e004a84b6fa0d28295005.jpg
BAKI, 27 sentyabr — Sputnik. Rusiyanın nüvə doktrinasına yenidən baxmasının səbəblərindən biri də Böyük Britaniyanın ABŞ-a Ukraynaya Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli silah zərbələri endirməsinə icazə vermək üçün təzyiq etməsi olub. Bunu "RİA Novosti"yə BMT-nin Nyu-Yorkdakı Şiller İnstitutunun nümayəndəsi Riçard Blek deyib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə açıq şəkildə bəyan edib ki, Avrasiyanın müzakirə olunan yeni təhlükəsizlik arxitekturası Qərb ölkələri üçün açıqdır və Qərbə yalnız Rusiya Federasiyası və onun müttəfiqləri ilə birgə işləmək lazımdır. "Böyük Britaniya və ABŞ-ın cavabı NATO-nun "Rusiyanı məhv etmək" qlobal planının həyata keçirilməsində Ukraynadan vasitəçi kimi istifadə siyasətini davam etdirmək oldu" – Blek qeyd edib. O, NATO-nun Rusiya Federasiyası ilə "çılğın müharibəsi"nə qarşı Qərb ölkələrində "kütləvi ictimai nümayişlər" keçirilməli olduğu fikrini bildirib. Çərşənbə günü, sentyabrın 25-də Putin Rusiya Təhlükəsizlik Şurasının nüvə qarşısının alınması üzrə iclasında ölkənin nüvə silahından istifadə şərtlərinə aydınlıq gətirməyi təklif edib. Xüsusilə, prezident vurğulayıb ki, əgər düşmən adi silahlardan istifadə etməklə belə, Rusiya Federasiyasının suverenliyinə kritik təhlükə törədirsə, xarici təcavüz zamanı dövlət nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1b/426069124_174:0:2903:2047_1920x0_80_0_0_cb29da9a2805b2e7313dd0f38e95ae41.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, nato, bmt, abş, ukrayna, böyük britaniya
rusiya, nato, bmt, abş, ukrayna, böyük britaniya
Rusiyanı nüvə doktrinasına yenidən baxmağa ABŞ və İngiltərə sövq ediblər
Böyük Britaniya və ABŞ-ın cavabı NATO-nun "Rusiyanı məhv etmək" qlobal planının həyata keçirilməsində Ukraynadan vasitəçi kimi istifadə siyasətini davam etdirmək oldu.
BAKI, 27 sentyabr — Sputnik. Rusiyanın nüvə doktrinasına yenidən baxmasının səbəblərindən biri də Böyük Britaniyanın ABŞ-a Ukraynaya Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli silah zərbələri endirməsinə icazə vermək üçün təzyiq etməsi olub.
Bunu "RİA Novosti"yə BMT-nin Nyu-Yorkdakı Şiller İnstitutunun nümayəndəsi Riçard Blek deyib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə açıq şəkildə bəyan edib ki, Avrasiyanın müzakirə olunan yeni təhlükəsizlik arxitekturası Qərb ölkələri üçün açıqdır və Qərbə yalnız Rusiya Federasiyası və onun müttəfiqləri ilə birgə işləmək lazımdır.
"Böyük Britaniya və ABŞ-ın cavabı NATO-nun "Rusiyanı məhv etmək" qlobal planının həyata keçirilməsində Ukraynadan vasitəçi kimi istifadə siyasətini davam etdirmək oldu" – Blek qeyd edib.
O, NATO-nun Rusiya Federasiyası ilə "çılğın müharibəsi"nə qarşı Qərb ölkələrində "kütləvi ictimai nümayişlər" keçirilməli olduğu fikrini bildirib.
Çərşənbə günü, sentyabrın 25-də Putin Rusiya Təhlükəsizlik Şurasının nüvə qarşısının alınması üzrə iclasında ölkənin nüvə silahından istifadə şərtlərinə aydınlıq gətirməyi təklif edib. Xüsusilə, prezident vurğulayıb ki, əgər düşmən adi silahlardan istifadə etməklə belə, Rusiya Federasiyasının suverenliyinə kritik təhlükə törədirsə, xarici təcavüz zamanı dövlət nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.