CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiya aviaşirkəti Kaluqadan Bakıya uçuşlara başlaya bilər

© Sputnik / Sergey Pivovarov / Mediabanka keçidAzimut aviaşirkətinin təyyarəsi, arxiv
Azimut aviaşirkətinin təyyarəsi, arxiv - Sputnik Azərbaycan, 1920, 27.09.2024
Abunə olmaq
"Azimut" hazırda Kaluqadan 5 istiqamətdə uçuşlar həyata keçirir. Bakı və Mahaçqalaya iki əlavə marşrutun açılması planları müzakirə edilib.
BAKI, 27 sentyabr — Sputnik. Rusiyanın Kaluqa vilayətinin hökuməti "Azimut" aviaşirkəti ilə Kaluqa Beynəlxalq Hava Limanından Bakıya uçuşlara başlanılmasını müzakirə edir.
Bu barədə vilayətin qubernatoru Vladislav Şapşa "Telegram" kanalında məlumat verib.
"Azimut" hazırda Kaluqadan 5 istiqamətdə uçuşlar həyata keçirir. Biz Bakı və Mahaçqalaya iki əlavə marşrutun açılması planlarını müzakirə etdik", o bildirib.
Onu da qeyd edək ki, Rusiyanın "İrAero" aviaşirkəti Permdən Bakıya uçuşları gələn ilin mart ayının sonunadək uzadıb. Bu barədə müvafiq məlumat Bolşoe Savino hava limanının uçuş qrafikində yer alıb.
"Oktyabrın sonundan 2025-ci il martın 25-dək uçuşlar həftədə bir dəfə - çərşənbə axşamı günləri həyata keçiriləcək. "Superjet" təyyarəsində uçuş vaxtı təxminən üç saat olacaq", məlumatda deyilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0