https://sputnik.az/20240927/ordaniya-artsaxdan-olan-11-yasli-ermeni-oglan-haqda-filmi-oskara-namized-gosterib-467701537.html
"Artsax"dan olan 11 yaşlı erməni oğlan haqda film Oskara namizəd göstərilib
"Artsax"dan olan 11 yaşlı erməni oğlan haqda film Oskara namizəd göstərilib
Sputnik Azərbaycan
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi hesab edir ki, Mədəniyyət Nazirliyi Amerika Kino Sənəti və Elmləri Akademiyasına rəsmi məktub göndərməlidir. 27.09.2024, Sputnik Azərbaycan
2024-09-27T13:36+0400
2024-09-27T13:36+0400
2024-09-27T15:40+0400
iordaniya
mədəniyyət
qızıl
oskar
"oskar" mükafatı
erməni
artsax
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1a/426791324_0:80:3355:1967_1920x0_80_0_0_39e251db9bb63ee6150f42bb89d1f860.jpg
BAKI, 27 sentyabr — Sputnik. İordaniya Kral Film Komissiyası iordaniyalı erməni rejissor Sarin Ayrapetyanın “Mənim şirin torpağım” (My Sweet Land) sənədli filmini “Ən yaxşı xarici film” nominasiyasında “Oskar”a təqdim etmək üçün yalnız namizəd göstərib. Lakin bu, filmin lonq-listə daxil ediləcəyi anlamına gəlmir. Bunu “Sputnik Azərbaycan”-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov deyib. Onun sözlərinə görə, erməni kinorejissorları ilk dəfə deyil ki, beynəlxalq kinofestivallarda Qarabağla bağlı film təqdim etməyə çalışırlar və əksər hallarda istəkləri arzu olaraq qalır. Qeyd edək ki, film "Artsax"ın (ermənilər Qarabağı belə adlandırır - red.) mənzərəli kəndində yaşayan və diş həkimi olmaq arzusunda olan 11 yaşlı Vrejdən bəhs edir. Müharibənin yenidən başlaması ilə onun həyatı kəskin şəkildə dəyişi. O, ailəsi ilə birlikdə evlərini və "Artsax"ı tərk etməyə məcbur olur. Daha sonra müharibəni uduzaraq viranə qalmış vətənlərinə qayıdırlar. Oğlan yeni sərt reallıqla üzləşir: ümidlərinin və aldığı travmaların ağırlığının öhdəsindən gəlməyə çalışaraq gələcək döyüşlərə hazırlaşır.***İordaniya Kral Film Komissiyası İordaniya əsilli erməni rejissor Sarin Ayrapetyanın "Mənim şirin torpağım" sənədli filmini "Ən yaxşı xarici film" nominasiyası üzrə Oskar mükafatına təqdim etmək üçün seçib. Bu barədə Deadline.com xəbər verir. Film "Artsax"ın mənzərəli kəndində yaşayan və diş həkimi olmaq arzusunda olan 11 yaşlı Vrejin həyat hekayəsindən bəhs edir. Müharibənin yenidən başlaması ilə Vrejin həyatı kəskin şəkildə dəyişir. O və ailəsi evlərini və "Artsax"ı tərk etməyə məcbur olurlar. Daha sonra müharibəni uduzaraq viran qalmış vətənlərinə qayıdırlar. Oğlan ümidlərinin, aldığı travmaların ağırlığının öhdəsindən gəlməyə çalışaraq yeni sərt reallıqla üzləşir və gələcək döyüşlərə hazırlaşır. Filmin premyerası artıq Sheffield DocFest sənədli film festivalında baş tutub və o, bir neçə festivalda, o cümlədən Əmman Beynəlxalq Film Festivalında nümayiş etdirilib. Burada o, "Ən yaxşı tammetrajlı sənədli film" və "Ən Yaxşı Ərəb tammetrajlı sənədli filmi" kimi "Fipresci" Mükafatını qazanıb. İrəvan premyerası "Qızıl ərik" film festivalı çərçivəsində baş tutub. Sputnik Azərbaycan sırf siyasi məqsədlə lentə alınmış bu filmin beynəlxalq arenada təbliğ olunmasına Azərbaycanın rəsmi qurumlarının necə reaksiya verəcəyi ilə maraqlanıb. Hələlik Azərbaycan rəsmi səviyyədə məsələyə münasibət bildirməyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1a/426791324_313:0:3044:2048_1920x0_80_0_0_98c2bc835e546cfb32f485549f86f97f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
iordaniya, qızıl, oskar, "oskar" mükafatı, erməni, artsax
iordaniya, qızıl, oskar, "oskar" mükafatı, erməni, artsax
"Artsax"dan olan 11 yaşlı erməni oğlan haqda film Oskara namizəd göstərilib
13:36 27.09.2024 (Yenilənib: 15:40 27.09.2024) Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi hesab edir ki, Mədəniyyət Nazirliyi Amerika Kino Sənəti və Elmləri Akademiyasına rəsmi məktub göndərməlidir.
BAKI, 27 sentyabr — Sputnik. İordaniya Kral Film Komissiyası iordaniyalı erməni rejissor Sarin Ayrapetyanın “Mənim şirin torpağım” (My Sweet Land) sənədli filmini “Ən yaxşı xarici film” nominasiyasında “Oskar”a təqdim etmək üçün yalnız namizəd göstərib. Lakin bu, filmin lonq-listə daxil ediləcəyi anlamına gəlmir.
Bunu “Sputnik Azərbaycan”-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov deyib.
Onun sözlərinə görə, erməni kinorejissorları ilk dəfə deyil ki, beynəlxalq kinofestivallarda Qarabağla bağlı film təqdim etməyə çalışırlar və əksər hallarda istəkləri arzu olaraq qalır.
“İordaniyanın təqdim etdiyi filmlər, hələ ki, bu kateqoriyada “Oskar”ın uzun siyahısına daxil edilməyiblər. Düşünmürəm ki, bu il onlar bunu bacaracaqlar. Mədəniyyət Nazirliyimiz Amerika Kino Sənəti və Elmləri Akademiyasına rəsmi məktub göndərməlidir. Onlar bizim faktlarımızı nəzərə alacaq və daxil edib-etməməyi özləri seçəcəklər. Təəssüf ki, biz "Oskar"ın təşkilatçılarına müraciət etməkdən başqa heç nə edə bilmərik” - Cabbarov deyib.
Qeyd edək ki, film "Artsax"ın (ermənilər Qarabağı belə adlandırır - red.) mənzərəli kəndində yaşayan və diş həkimi olmaq arzusunda olan 11 yaşlı Vrejdən bəhs edir. Müharibənin yenidən başlaması ilə onun həyatı kəskin şəkildə dəyişi. O, ailəsi ilə birlikdə evlərini və "Artsax"ı tərk etməyə məcbur olur. Daha sonra müharibəni uduzaraq viranə qalmış vətənlərinə qayıdırlar. Oğlan yeni sərt reallıqla üzləşir: ümidlərinin və aldığı travmaların ağırlığının öhdəsindən gəlməyə çalışaraq gələcək döyüşlərə hazırlaşır.
İordaniya Kral Film Komissiyası İordaniya əsilli erməni rejissor Sarin Ayrapetyanın "Mənim şirin torpağım" sənədli filmini "Ən yaxşı xarici film" nominasiyası üzrə Oskar mükafatına təqdim etmək üçün seçib.
Bu barədə Deadline.com xəbər verir.
Film "Artsax"ın mənzərəli kəndində yaşayan və diş həkimi olmaq arzusunda olan 11 yaşlı Vrejin həyat hekayəsindən bəhs edir.
Müharibənin yenidən başlaması ilə Vrejin həyatı kəskin şəkildə dəyişir. O və ailəsi evlərini və "Artsax"ı tərk etməyə məcbur olurlar. Daha sonra müharibəni uduzaraq viran qalmış vətənlərinə qayıdırlar. Oğlan ümidlərinin, aldığı travmaların ağırlığının öhdəsindən gəlməyə çalışaraq yeni sərt reallıqla üzləşir və gələcək döyüşlərə hazırlaşır.
Filmin premyerası artıq Sheffield DocFest sənədli film festivalında baş tutub və o, bir neçə festivalda, o cümlədən Əmman Beynəlxalq Film Festivalında nümayiş etdirilib. Burada o, "Ən yaxşı tammetrajlı sənədli film" və "Ən Yaxşı Ərəb tammetrajlı sənədli filmi" kimi "Fipresci" Mükafatını qazanıb.
İrəvan premyerası "Qızıl ərik" film festivalı çərçivəsində baş tutub.
Sputnik Azərbaycan sırf siyasi məqsədlə lentə alınmış bu filmin beynəlxalq arenada təbliğ olunmasına Azərbaycanın rəsmi qurumlarının necə reaksiya verəcəyi ilə maraqlanıb. Hələlik Azərbaycan rəsmi səviyyədə məsələyə münasibət bildirməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.