https://sputnik.az/20240927/muharibeden-sonra-sehid-aileleri-ve-muharibe-istirakcilarina-hansi-xidmetler-gosterilib-467696771.html
Müharibədən sonra şəhid ailələri və müharibə iştirakçılarına hansı xidmətlər göstərilib?
Müharibədən sonra şəhid ailələri və müharibə iştirakçılarına hansı xidmətlər göstərilib?
Sputnik Azərbaycan
Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarına göstərilən xidmətin həcmi açıqlanıb/ 27.09.2024, Sputnik Azərbaycan
2024-09-27T11:58+0400
2024-09-27T11:58+0400
2024-09-27T12:16+0400
şəhid ailələri
cəmiyyət
əmək və əhalinin sosial müdafiə nazirliyi
xidmət
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441640521_0:104:1984:1220_1920x0_80_0_0_9e3492d8018bf9856dbf5dd0105f9d7c.jpg
BAKI, 27 sentyabr — Sputnik. Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 358 min xidmət göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. Nazirlik tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 200 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 67 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Müharibə ilə əlaqədar əlilliyi olan 2 204 şəxs 60 min reabilitasiya vasitəsi, o cümlədən 488 şəxs 594 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 23,2 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 11,2 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 358 min xidmət göstərilib.
https://sputnik.az/20240927/anim-gunune-hesr-olunan-flesmob-kecirilib---vdeo-467697158.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441640521_110:0:1874:1323_1920x0_80_0_0_d6c7bd3e7c10a65bf6122bcc16480825.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şəhid ailələri, əmək və əhalinin sosial müdafiə nazirliyi, xidmət
şəhid ailələri, əmək və əhalinin sosial müdafiə nazirliyi, xidmət
Müharibədən sonra şəhid ailələri və müharibə iştirakçılarına hansı xidmətlər göstərilib?
11:58 27.09.2024 (Yenilənib: 12:16 27.09.2024) Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarına göstərilən xidmətin həcmi açıqlanıb/
BAKI, 27 sentyabr — Sputnik. Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 358 min xidmət göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.
Nazirlik tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24 min şəxsə birdəfəlik ödəmə təyin olunub.
Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 200 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib.
Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 67 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.
Müharibə ilə əlaqədar əlilliyi olan 2 204 şəxs 60 min reabilitasiya vasitəsi, o cümlədən 488 şəxs 594 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.
Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 23,2 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 11,2 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 358 min xidmət göstərilib.