https://sputnik.az/20240927/mda-baki-gence-ve-sumqayitda-menzillerin-guzestli-satisina-baslayir-460517907.html
MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq
MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq
Sputnik Azərbaycan
Güzəştli mənzillərin satışına dair elan prosesə ən azı 30 gün qalmış veriləcək. 27.09.2024, Sputnik Azərbaycan
2024-09-27T16:40+0400
2024-09-27T16:40+0400
2024-09-27T16:36+0400
mida
cəmiyyət
mənzil
layihə
satış
https://cdnn1.img.sputnik.az/img/07e5/03/16/426524389_0:67:1280:787_1920x0_80_0_0_7688857e598fb901b35b0999a4b754f4.jpg
BAKI, 27 sentyabr — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt və Lənkəran şəhərlərindəki Yaşayış Komplekslərində mənzillərin satışa çıxarılmasını planlaşdırır.Bu barədə məlumatı MİDA yayıb. Bildirilib ki, güzəştli mənzillərin satışına dair elan prosesə ən azı 30 gün qalmış veriləcək. Vətəndaşlar bu barədə media vasitəsilə, Agentliyin internet səhifəsi və sosial şəbəkələrdəki hesabları vasitəsilə məlumatlandırılacaq. Bununla yanaşı, istifadəçilərin "Güzəştli mənzil" sistemindəki elektron kabinetlərinə bildirişlər yerləşdiriləcək, həmçinin elektron poçt və SMS vasitəsilə məlumat göndəriləcək.Sumqayıt Yaşayış Kompleksi Mehdi Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində, 2 hektar ərazidə yerləşir. Kompleks 6 doqquzmərtəbəli, 4 onikimərtəbəli və 1 onbeşmərtəbəli olmaqla 11 binadan ibarətdir. Binalarda ümumilikdə 461 mənzil var. Mənzillərdən 13-ü studio tipli, 113-ü ikiotaqlı, 279-u üçotaqlı və 56-sı dördotaqlıdır. Mənzillərin sahəsi isə aşağıdakı kimidir:- Studio tipli mənzillər: 50.03 kv.m- İkiotaqlı mənzillər: 59.17 - 61.00 kv.m- Üçotaqlı mənzillər: 78.10 - 82.13 kv.m- Dördotaqlı mənzillər: 105.6 - 109.4 kv.mKompleksdə yaşayış binaları ilə yanaşı sosial-məişət obyektləri, uşaq oyun meydançaları və 80 yerlik bir uşaq bağçasının inşası nəzərdə tutulur.Lənkəran Yaşayış Kompleksi isə Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında, 1,5 hektar ərazidə yerləşir. Kompleks 5 doqquzmərtəbəli binadan ibarətdir. Binalarda ümumilikdə 240 mənzil var. Onlardan 32-si studio tipli, 36-sı ikiotaqlı, 104-ü üçotaqlı, 68-i dördotaqlıdır. Mənzillərin sahəsi isə belədir:- Studio tipli mənzillər: 40.1 kv.m- İkiotaqlı mənzillər: 57.68 - 57.70 kv.m- Üçotaqlı mənzillər: 72.82 - 76.74 kv.m- Dördotaqlı mənzillər: 98.7 - 114.61 kv.m (Report)14.11.23, 10:17MİDA Bakı, Gəncə və Sumqayıtda mənzillərin güzəştli satışına başlayır - QiymətlərMənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində, Gəncə Yaşayış Kompleksində və Sumqayıt layihəsində mənzillərin güzəştli satışına başlayır. Sputnik Azərbaycan xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km. "22" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, "10L" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 34 mənzilin, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən Sumqayıt layihəsi üzrə 1 mənzilin, ümumilikdə 432 mənzilin satışı 16 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcəkdir. "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcəkdir. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir. "Güzəştli mənzil" sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış olmaq mümkündür. Satışa çıxarılan mənzillər barədə ümumi məlumat: Satışa Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379, Gəncə Yaşayış Kompleksi üzrə 34, Sumqayıt layihəsi üzrə 1 mənzil olmaqla, ümumilikdə 432 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin: Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə - 28.02.2018-ci il tarixli 24956 və 08.05.2018-ci il tarixli 25318; Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə - 30.09.2020-ci il tarixli 30175, 20.10.2020-ci il tarixli 30325, 02.11.2020-ci il tarixli 30383; Gəncə Yaşayış Kompleksi üzrə - 13.05.2020-ci il tarixli 29272; Sumqayıt layihəsi üzrə - 04.06.2019-cu il tarixli 27459 nömrəli müsbət rəyi mövcuddur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, 2 saylı Sumqayıt Ərazi İdarəsi və 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lar verilib. Satış şərtləri və qiymətlər: Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur. Qeyd: "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər. Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə: 1 otaqlı mənzillərin qiyməti – 32 725 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 42 415 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan başlayır. Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə: Studio tipli mənzilin qiyməti – 34 085 manat, 2 otaqlı mənzillərin qiyməti – 49 028 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 61 897 manatdan, 4 otaqlı mənzillərin qiyməti – 83 895 manatdan başlayır. Gəncə Yaşayış Kompleksi üzrə: Studio tipli mənzillərin qiyməti – 29 623 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 940 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 61 668 manatdan, 4 otaqlı mənzillərin qiyməti – 81 685 manatdan başlayır. Sumqayıt layihəsi üzrə: 3 otaqlı mənzilin qiyməti – 63 325 manatdır. Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir. Xatırladaq ki, iyulun 29-da Mənzil İnşaatı Dövlət Agentliyinin keçirdiyi onlayn satış prosesində ilk mənzil seçimi oyunun başlamasından sonra 27-ci saniyədə reallaşıb. Həmin gün saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu "6" ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şosesi 8-ci km, "10L" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 510 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 243 mənzilin, ümumilikdə 1189 mənzilin onlayn satışı həyata keçirilib. MİDA-nın ötən ilin sentyabr ayında keçirdiyi onlayn mənzil satışında aşkarlanan qanun pozuntuları, sistemin tez-tez çökməsi əhali arasında bu qurumun şəffaflığına müəyyən şübhələr yaradıb. Bundan əvvəlki satış prosesi ilə bağlı DTX-nın apardığı araşdırmalar zamanı mənzillərin seçimi prosesinə kənar qanunsuz müdaxilə halları aşkarlanıb. Bu müdaxilələrdə əli olan şəxslər məsuliyyətə cəlb edilib. Bundan sonra insanların bu sosial layihədən bəhrələnə biləcəyinə ümidlər artıb. Lakin sonrakı proseslər MİDA-nın on-line satış metodundan narazı qalanların sayını artırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/16/426524389_72:0:1209:853_1920x0_80_0_0_5d34d1e053ee2fa19da7ae689c043c6d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mida, mənzil, layihə, satış
mida, mənzil, layihə, satış
MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq
Güzəştli mənzillərin satışına dair elan prosesə ən azı 30 gün qalmış veriləcək.
BAKI, 27 sentyabr — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt və Lənkəran şəhərlərindəki Yaşayış Komplekslərində mənzillərin satışa çıxarılmasını planlaşdırır.
Bu barədə məlumatı MİDA yayıb.
Bildirilib ki, güzəştli mənzillərin satışına dair elan prosesə ən azı 30 gün qalmış veriləcək. Vətəndaşlar bu barədə media vasitəsilə, Agentliyin internet səhifəsi və sosial şəbəkələrdəki hesabları vasitəsilə məlumatlandırılacaq. Bununla yanaşı, istifadəçilərin "Güzəştli mənzil" sistemindəki elektron kabinetlərinə bildirişlər yerləşdiriləcək, həmçinin elektron poçt və SMS vasitəsilə məlumat göndəriləcək.
Sumqayıt Yaşayış Kompleksi Mehdi Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində, 2 hektar ərazidə yerləşir. Kompleks 6 doqquzmərtəbəli, 4 onikimərtəbəli və 1 onbeşmərtəbəli olmaqla 11 binadan ibarətdir. Binalarda ümumilikdə 461 mənzil var. Mənzillərdən 13-ü studio tipli, 113-ü ikiotaqlı, 279-u üçotaqlı və 56-sı dördotaqlıdır. Mənzillərin sahəsi isə aşağıdakı kimidir:
- Studio tipli mənzillər: 50.03 kv.m
- İkiotaqlı mənzillər: 59.17 - 61.00 kv.m
- Üçotaqlı mənzillər: 78.10 - 82.13 kv.m
- Dördotaqlı mənzillər: 105.6 - 109.4 kv.m
Kompleksdə yaşayış binaları ilə yanaşı sosial-məişət obyektləri, uşaq oyun meydançaları və 80 yerlik bir uşaq bağçasının inşası nəzərdə tutulur.
Lənkəran Yaşayış Kompleksi isə Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında, 1,5 hektar ərazidə yerləşir. Kompleks 5 doqquzmərtəbəli binadan ibarətdir. Binalarda ümumilikdə 240 mənzil var. Onlardan 32-si studio tipli, 36-sı ikiotaqlı, 104-ü üçotaqlı, 68-i dördotaqlıdır. Mənzillərin sahəsi isə belədir:
- Studio tipli mənzillər: 40.1 kv.m
- İkiotaqlı mənzillər: 57.68 - 57.70 kv.m
- Üçotaqlı mənzillər: 72.82 - 76.74 kv.m
- Dördotaqlı mənzillər: 98.7 - 114.61 kv.m (Report)
MİDA Bakı, Gəncə və Sumqayıtda mənzillərin güzəştli satışına başlayır - Qiymətlər
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində, Gəncə Yaşayış Kompleksində və Sumqayıt layihəsində mənzillərin güzəştli satışına başlayır.
Sputnik Azərbaycan xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km. "22" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, "10L" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 34 mənzilin, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən Sumqayıt layihəsi üzrə 1 mənzilin, ümumilikdə 432 mənzilin satışı 16 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.
"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
"Güzəştli mənzil" sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:
Satışa Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379, Gəncə Yaşayış Kompleksi üzrə 34, Sumqayıt layihəsi üzrə 1 mənzil olmaqla, ümumilikdə 432 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:
Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə - 28.02.2018-ci il tarixli 24956 və 08.05.2018-ci il tarixli 25318;
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə - 30.09.2020-ci il tarixli 30175, 20.10.2020-ci il tarixli 30325, 02.11.2020-ci il tarixli 30383;
Gəncə Yaşayış Kompleksi üzrə - 13.05.2020-ci il tarixli 29272;
Sumqayıt layihəsi üzrə - 04.06.2019-cu il tarixli 27459 nömrəli müsbət rəyi mövcuddur.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, 2 saylı Sumqayıt Ərazi İdarəsi və 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lar verilib.
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.
Qeyd: "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə:
1 otaqlı mənzillərin qiyməti – 32 725 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 42 415 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan başlayır.
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
Studio tipli mənzilin qiyməti – 34 085 manat,
2 otaqlı mənzillərin qiyməti – 49 028 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 61 897 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 83 895 manatdan başlayır.
Gəncə Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti – 29 623 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 47 940 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 61 668 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 81 685 manatdan başlayır.
3 otaqlı mənzilin qiyməti – 63 325 manatdır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Xatırladaq ki, iyulun 29-da Mənzil İnşaatı Dövlət Agentliyinin keçirdiyi onlayn satış prosesində ilk mənzil seçimi oyunun başlamasından sonra 27-ci saniyədə reallaşıb. Həmin gün saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu "6" ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şosesi 8-ci km, "10L" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 510 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 243 mənzilin, ümumilikdə 1189 mənzilin onlayn satışı həyata keçirilib.
MİDA-nın ötən ilin sentyabr ayında keçirdiyi onlayn mənzil satışında aşkarlanan qanun pozuntuları, sistemin tez-tez çökməsi əhali arasında bu qurumun şəffaflığına müəyyən şübhələr yaradıb.
Bundan əvvəlki satış prosesi ilə bağlı DTX-nın apardığı araşdırmalar zamanı mənzillərin seçimi prosesinə kənar qanunsuz müdaxilə halları aşkarlanıb. Bu müdaxilələrdə əli olan şəxslər məsuliyyətə cəlb edilib. Bundan sonra insanların bu sosial layihədən bəhrələnə biləcəyinə ümidlər artıb. Lakin sonrakı proseslər MİDA-nın on-line satış metodundan narazı qalanların sayını artırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.