Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Zakir Həsənov "ADEX" sərgisində Milli Müdafiə Universitetinin stendilə tanış olub - VİDEO

© AR Ministry of DefenceMilli Müdafiə Universitetinə məxsus stend maraqla izlənilib
Milli Müdafiə Universitetinə məxsus stend maraqla izlənilib - Sputnik Azərbaycan, 1920, 26.09.2024
Abunə olmaq
Sentyabrın 24-də "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin Bakı Ekspo Mərkəzində açılış mərasimi keçirilib.
BAKI, 26 sentyabr — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Milli Müdafiə Universitetinə (MMU) və ölkəmizin digər təhsil müəssisələrinə məxsus stendlərlə tanış olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə nazirinə məlumat verilib ki, MMU-nun Heydər Əliyev adına Hərbi İnstitutunun komandası Türkiyə Respublikasında keçirilən "TEKNOFEST 2024" texnologiya müsabiqəsinin seçim turlarından müvəffəqiyyətlə keçərək final mərhələsinə yüksəlib. Komandamız müsabiqədə "Toratan dron ZN-44" layihəsi ilə iştirak edib.
MMU-nun stendində, həmçinin 2022-ci ildə Bakıda keçirilən "Texnofest Azərbaycan" Aerokosmik və Texnologiya festivalında "Pilotsuz Uçuş Aparatları" müsabiqəsinin "B" kateqoriyası üzrə 3-cü yerə layiq görülən Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarının hazırladığı "Xilaskar" pilotsuz uçuş aparatı da nümayiş olunub.
Xatırladaq ki, sentyabrın 24-də "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin Bakı Ekspo Mərkəzində açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti mərasimdə iştirak edib.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə müxtəlif ölkələri təmsil edən çoxsaylı şirkətlər və rəsmi nümayəndə heyəti bir araya gəlib.
Sərgi çərçivəsində ilk dəfə olaraq Müdafiə Nazirliyinin stendi də nümayiş olunur. Stenddə silahlanmada olan müasir silah sistemləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələrin təchizatı sərgilənir. Eyni zamanda Müdafiə Nazirliyinin tabeliyində olan təmir müəssisələrinin imkanları da təqdim edilir.
Sərgidə, həmçinin Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri barədə ətraflı məlumat verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0