https://sputnik.az/20240926/xususi-rabite-ve-nformasiya-tehlukesizliyi-dovlet-xidmeti-emekdaslarinin-pese-bayramidir-467675116.html
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramıdır
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramıdır
Sputnik Azərbaycan
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 24 sentyabr tarixli... 26.09.2024, Sputnik Azərbaycan
2024-09-26T13:22+0400
2024-09-26T13:22+0400
2024-09-26T13:22+0400
xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət agentliyi
azərbaycan xəbərləri
azərbaycan
cop29
laboratoriya
https://cdnn1.img.sputnik.az/img/42205/36/422053621_0:0:3073:1728_1920x0_80_0_0_728924a77c5dc07c95359ac8097b6031.jpg
BAKI, 26 sentyabr — Sputnik. Bu gün Azərbaycanda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunur. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 24 sentyabr tarixli Sərəncamı ilə təsis olunub. Ölkəmizdə rabitənin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər bu sahəyə xüsusi diqqət və qayğı göstərirdi, rabitə və informasiya-kommunikasiya texnologiyaları kompleksinin müasir tələblər səviyyəsinə çatdırılması üçün genişmiqyaslı islahatlar həyata keçirirdi. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəqəmsal iqtisadiyyatın qurulmasına yönələn siyasəti Azərbaycanı bu sahədə rolunun genişləndiyi, modern telekommunikasiya infrastrukturunun qurulduğu bir ölkəyə çevirib. Tarixi ilk olaraq Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin Maddi-texniki təchizat şöbəsinin tərkibində "Rabitə və texniki bölmə" kimi yaradılmış qurum sonralar müstəqil şöbə, idarə və departament olaraq fəaliyyətini Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin strukturunda davam etdirib. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli, 708 nömrəli Fərmanına əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılıb. Məhz həmin Fərmanla ilk dəfə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət qurumlarının xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin, onların internet şəbəkəsi ilə əlaqəsinin, internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini təmin edən qurum kimi müəyyən olunub. 2020-ci il 16 mart tarixli 957 nömrəli Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyin bazasında ayrıca Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) təsis olunub. Dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, internet resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirmək və bu sistemlərin kibertəhlükəsizliyinin artırılması istiqamətində dövlət orqanlarına texniki və metodiki köməklik göstərilməsi də XRİTDX əsas vəzifələrindəndir. Yuxarıda göstərilən vəzifələrin icrası, habelə elektron imza və radiorabitə sistemlərinin tətbiqi ilə əlaqədar dövlət siyasətinin həyata keçirilməsi istiqamətində xidmət tərəfindən mühüm kompleks texniki və təşkilati tədbirlər həyata keçirilir. 2023-cü il Azərbaycanda informasiya təhlükəsizliyi mənzərəsini müəyyən edən əlamətdar nailiyyətlər və böyük nəticələr ilə yadda qaldı. Təməl irəliləyişlərdən tutmuş informasiya təhlükəsizliyi sahəsinin dinamik təkamülünə qədər ölkəmiz transformativ tərəqqinin önündə olub. Artıq Azərbaycanın işğaldan azad edilən bütün ərazilərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən xüsusi radiorabitə və "AzStateNet" şəbəkələri istifadəyə verilib. Azərbaycan informasiya təhlükəsizliyi sahəsində inkişaf edən rəqəmsal iqtisadiyyatın əsasını qoyan fundamental addımlar atıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də bu mənzərənin formalaşmasında, tərəqqinin istiqamətləndirilməsində və müxtəlif sektorlarda əhəmiyyətli dəyişikliklərin aparılması üçün mühüm rol oynayır. Buna misal olaraq, Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində fəaliyyətin əsas məqsədlərini, prinsiplərini, istiqamətlərini və prioritet vəzifələrini müəyyən edən "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası" təsdiq edilməsini, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorda fəaliyyət göstərən qurumları, tələbə və ekspertləri bir araya toplamış kiberfestivalın keçirilməsini, XRİTDX və "Prosol" şirkətinin birgə təşkilatçılığı ilə Bakıda "Kibertəhlükəsizlik günləri"ni, "Dövlət qurumlarının İT rəhbərlərinin Zirvə Toplantısı" kimi tədbirləri göstərmək olar. Cari il sentyabrınn 25-də Bakıda regionun ilk Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransı keçirildi. Tədbirdə 150-dən çox xarici və yerli kibertəhlükəsizlik və kiberdiplomatiya üzrə mütəxəssislər iştirak edib. Həmçinin konfransın məruzəçiləri, iştirakçıları yerli və xarici qonaqlar olub. Diplomatik nümayəndələr, bəzi ölkələrdə yeni diplomatik vəzifəyə çevrilən kibersəfirlər, o cümlədən sahə üzrə qlobal aktorlar diplomatiyanın informasiya təhlükəsizliyindəki rolunu müzakirə etmək üçün Azərbaycanda bir araya gəliblər. Qeyd olunmalıdır ki, ötən il Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu və XRİTDX arasında imzalanan memorandum çərçivəsində aparılan əməkdaşlıq nəticəsində adıçəkilən institutun müəllifi olduğu Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın regional təmsilçiliyi eksklüziv olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə verilib. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizi regional mərkəzə çevirmək istiqamətində strateji əhəmiyyətə malikdir. Sözügedən layihələr onu nümayiş etdirir ki, dövlət qurumları və qeyri-hökumət təşkilatları, o cümlədən tələbələr və xarici ekspertlər birgə işləyəndə həm möhtəşəm nəticə əldə edir, həm də İT sahəsinin inkişafına güclü təkan vermiş olurlar. Ölkəmizdə kibertəhlükəsizlik sahəsində təhsilin inkişaf etdirilməsinə ayrılan diqqət bu sahədə kadr bazasının formalaşdırılması və daha da təkmilləşdirilməsinin əsas məqsədlərdən biri kimi formalaşıb. Belə ki, cari il sentyabrın 24-də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Diplomatik Akademiyası (ADA) və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, kiberdiplomatiya sahəsində tədqiqat, təhsil və bacarıqların artırılmasını təşviq etmək üçün ölkəmizdə "Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi" fəaliyyətə başlayacaq. Mərkəz həm də tədqiqat və təhsil təşəbbüsləri ilə kiberdiplomatiya, informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə sahəsində beynəlxalq əməkdaşlıq, qarşılıqlı əlaqəni genişləndirməyi hədəfləyir. Bununla yanaşı, xidmətin Azərbaycan Texniki Universiteti ilə imzaladığı Anlaşma Memorandumu çərçivəsində universitetdə müvafiq olaraq "Zərərvericilərin Analizi Laboratoriyası" və Bakı Ali Neft Məktəbi ilə imzaladığı Anlaşma Memorandumu çərçivəsində təhsil ocağında "İnformasiya Təhlükəsizliyi Testləri Laboratoriyası"nın qurulması işlərinə başlanılıb. Bu layihələr tələbələr üçün informasiya təhlükəsizliyinin müasir üsullarını hazırlayıb tətbiq etmək, birgə tədqiqatlar və təcrübə mübadiləsi aparmaq, real layihələrdə iştirak etmək kimi fürsətlər yaradacaq. "2024-cü ildə biz texnoloji tərəqqiyə təkan vermək, rəqəmsal inklüzivliyi təşviq etmək və Azərbaycanı qlobal texnoloji mənzərənin ön sıralarına çıxarmaq missiyamızı daha da irəli aparmağa çalışacağıq. Xidmət ölkəmizdə qabaqcıl innovativ həllər tətbiq etmək, yerli istedadlar yetişdirmək, startap və sahibkarların inkişafı üçün əlverişli mühit yaratmaq istiqamətində mühüm olan hər şeyi etməyə hazırdır", - deyə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev bildirib. 2024-cü ilin əvvəlində Azərbaycan xalqı siyasi vacib bir qərar qəbul etdi. Fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilk dəfə ölkənin bütün ərazisində keçirilib. Bununla bağlı, Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş siyahılara əsasən seçki məntəqələrinin etibarlı, dayanıqlı videokonfrans və rabitə avadanlıqları ilə təmin olunması aidiyyəti qurumlarla birgə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən həyata keçirilib. Bildiyiniz kimi, Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən və Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) çox az bir zaman qalıb. Azərbaycanın bu tədbirə Şərqi Avropa qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi bu istiqamətdə də işlərdə səylərini əsirgəmir. Belə ki, Azərbaycana beynəlxalq tədbirlər zamanı çoxlu sayda kiberhücum olur. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən bu hücumların qarşısı alınır. Bu məlumatlar analiz edilir və onların yerləşdirildiyi resursların bloklanması üzrə işlər gedir. Son iki ayda XRİTDX tərəfindən dezinformasiya yayan 15 resurs bağlanılıb. Həmçinin qeyd olunmalıdır ki, bu günlərdə Azərbaycanda regionda müdafiə sənayesinə həsr edilmiş ən nəhəng tədbir olan "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə ilk dəfə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti tərəfindən dəstək göstərilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42205/36/422053621_0:0:2731:2048_1920x0_80_0_0_197c3af26dcc42d4b7b48a90cdca6202.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət agentliyi, azərbaycan, cop29, laboratoriya
xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət agentliyi, azərbaycan, cop29, laboratoriya
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramıdır
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 24 sentyabr tarixli Sərəncamı ilə təsis olunub.
BAKI, 26 sentyabr — Sputnik. Bu gün Azərbaycanda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunur.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 24 sentyabr tarixli Sərəncamı ilə təsis olunub.
Ölkəmizdə rabitənin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər bu sahəyə xüsusi diqqət və qayğı göstərirdi, rabitə və informasiya-kommunikasiya texnologiyaları kompleksinin müasir tələblər səviyyəsinə çatdırılması üçün genişmiqyaslı islahatlar həyata keçirirdi. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəqəmsal iqtisadiyyatın qurulmasına yönələn siyasəti Azərbaycanı bu sahədə rolunun genişləndiyi, modern telekommunikasiya infrastrukturunun qurulduğu bir ölkəyə çevirib.
Tarixi ilk olaraq Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin Maddi-texniki təchizat şöbəsinin tərkibində "Rabitə və texniki bölmə" kimi yaradılmış qurum sonralar müstəqil şöbə, idarə və departament olaraq fəaliyyətini Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin strukturunda davam etdirib. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli, 708 nömrəli Fərmanına əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılıb.
Məhz həmin Fərmanla ilk dəfə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət qurumlarının xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin, onların internet şəbəkəsi ilə əlaqəsinin, internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini təmin edən qurum kimi müəyyən olunub.
2020-ci il 16 mart tarixli 957 nömrəli Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyin bazasında ayrıca Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) təsis olunub.
Dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, internet resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirmək və bu sistemlərin kibertəhlükəsizliyinin artırılması istiqamətində dövlət orqanlarına texniki və metodiki köməklik göstərilməsi də XRİTDX əsas vəzifələrindəndir. Yuxarıda göstərilən vəzifələrin icrası, habelə elektron imza və radiorabitə sistemlərinin tətbiqi ilə əlaqədar dövlət siyasətinin həyata keçirilməsi istiqamətində xidmət tərəfindən mühüm kompleks texniki və təşkilati tədbirlər həyata keçirilir.
2023-cü il Azərbaycanda informasiya təhlükəsizliyi mənzərəsini müəyyən edən əlamətdar nailiyyətlər və böyük nəticələr ilə yadda qaldı. Təməl irəliləyişlərdən tutmuş informasiya təhlükəsizliyi sahəsinin dinamik təkamülünə qədər ölkəmiz transformativ tərəqqinin önündə olub. Artıq Azərbaycanın işğaldan azad edilən bütün ərazilərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən xüsusi radiorabitə və "AzStateNet" şəbəkələri istifadəyə verilib.
Azərbaycan informasiya təhlükəsizliyi sahəsində inkişaf edən rəqəmsal iqtisadiyyatın əsasını qoyan fundamental addımlar atıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də bu mənzərənin formalaşmasında, tərəqqinin istiqamətləndirilməsində və müxtəlif sektorlarda əhəmiyyətli dəyişikliklərin aparılması üçün mühüm rol oynayır. Buna misal olaraq, Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində fəaliyyətin əsas məqsədlərini, prinsiplərini, istiqamətlərini və prioritet vəzifələrini müəyyən edən "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası" təsdiq edilməsini, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorda fəaliyyət göstərən qurumları, tələbə və ekspertləri bir araya toplamış kiberfestivalın keçirilməsini, XRİTDX və "Prosol" şirkətinin birgə təşkilatçılığı ilə Bakıda "Kibertəhlükəsizlik günləri"ni, "Dövlət qurumlarının İT rəhbərlərinin Zirvə Toplantısı" kimi tədbirləri göstərmək olar.
Cari il sentyabrınn 25-də Bakıda regionun ilk Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransı keçirildi. Tədbirdə 150-dən çox xarici və yerli kibertəhlükəsizlik və kiberdiplomatiya üzrə mütəxəssislər iştirak edib. Həmçinin konfransın məruzəçiləri, iştirakçıları yerli və xarici qonaqlar olub. Diplomatik nümayəndələr, bəzi ölkələrdə yeni diplomatik vəzifəyə çevrilən kibersəfirlər, o cümlədən sahə üzrə qlobal aktorlar diplomatiyanın informasiya təhlükəsizliyindəki rolunu müzakirə etmək üçün Azərbaycanda bir araya gəliblər.
Qeyd olunmalıdır ki, ötən il Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu və XRİTDX arasında imzalanan memorandum çərçivəsində aparılan əməkdaşlıq nəticəsində adıçəkilən institutun müəllifi olduğu Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın regional təmsilçiliyi eksklüziv olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə verilib. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizi regional mərkəzə çevirmək istiqamətində strateji əhəmiyyətə malikdir. Sözügedən layihələr onu nümayiş etdirir ki, dövlət qurumları və qeyri-hökumət təşkilatları, o cümlədən tələbələr və xarici ekspertlər birgə işləyəndə həm möhtəşəm nəticə əldə edir, həm də İT sahəsinin inkişafına güclü təkan vermiş olurlar.
Ölkəmizdə kibertəhlükəsizlik sahəsində təhsilin inkişaf etdirilməsinə ayrılan diqqət bu sahədə kadr bazasının formalaşdırılması və daha da təkmilləşdirilməsinin əsas məqsədlərdən biri kimi formalaşıb. Belə ki, cari il sentyabrın 24-də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Diplomatik Akademiyası (ADA) və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, kiberdiplomatiya sahəsində tədqiqat, təhsil və bacarıqların artırılmasını təşviq etmək üçün ölkəmizdə "Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi" fəaliyyətə başlayacaq. Mərkəz həm də tədqiqat və təhsil təşəbbüsləri ilə kiberdiplomatiya, informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə sahəsində beynəlxalq əməkdaşlıq, qarşılıqlı əlaqəni genişləndirməyi hədəfləyir. Bununla yanaşı, xidmətin Azərbaycan Texniki Universiteti ilə imzaladığı Anlaşma Memorandumu çərçivəsində universitetdə müvafiq olaraq "Zərərvericilərin Analizi Laboratoriyası" və Bakı Ali Neft Məktəbi ilə imzaladığı Anlaşma Memorandumu çərçivəsində təhsil ocağında "İnformasiya Təhlükəsizliyi Testləri Laboratoriyası"nın qurulması işlərinə başlanılıb. Bu layihələr tələbələr üçün informasiya təhlükəsizliyinin müasir üsullarını hazırlayıb tətbiq etmək, birgə tədqiqatlar və təcrübə mübadiləsi aparmaq, real layihələrdə iştirak etmək kimi fürsətlər yaradacaq.
"2024-cü ildə biz texnoloji tərəqqiyə təkan vermək, rəqəmsal inklüzivliyi təşviq etmək və Azərbaycanı qlobal texnoloji mənzərənin ön sıralarına çıxarmaq missiyamızı daha da irəli aparmağa çalışacağıq. Xidmət ölkəmizdə qabaqcıl innovativ həllər tətbiq etmək, yerli istedadlar yetişdirmək, startap və sahibkarların inkişafı üçün əlverişli mühit yaratmaq istiqamətində mühüm olan hər şeyi etməyə hazırdır", - deyə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev bildirib.
2024-cü ilin əvvəlində Azərbaycan xalqı siyasi vacib bir qərar qəbul etdi. Fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilk dəfə ölkənin bütün ərazisində keçirilib. Bununla bağlı, Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş siyahılara əsasən seçki məntəqələrinin etibarlı, dayanıqlı videokonfrans və rabitə avadanlıqları ilə təmin olunması aidiyyəti qurumlarla birgə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən həyata keçirilib.
Bildiyiniz kimi, Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən və Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) çox az bir zaman qalıb. Azərbaycanın bu tədbirə Şərqi Avropa qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi bu istiqamətdə də işlərdə səylərini əsirgəmir. Belə ki, Azərbaycana beynəlxalq tədbirlər zamanı çoxlu sayda kiberhücum olur. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən bu hücumların qarşısı alınır. Bu məlumatlar analiz edilir və onların yerləşdirildiyi resursların bloklanması üzrə işlər gedir. Son iki ayda XRİTDX tərəfindən dezinformasiya yayan 15 resurs bağlanılıb.
Həmçinin qeyd olunmalıdır ki, bu günlərdə Azərbaycanda regionda müdafiə sənayesinə həsr edilmiş ən nəhəng tədbir olan "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə ilk dəfə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti tərəfindən dəstək göstərilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.