https://sputnik.az/20240926/rnn-rest-astara-demir-yolu-xettinin-tezlikle-acilmasinda-maraqliyiq-467679248.html
RİNN: Rəşt-Astara dəmir yolu xəttinin tezliklə açılmasında maraqlıyıq
RİNN: Rəşt-Astara dəmir yolu xəttinin tezliklə açılmasında maraqlıyıq
Sputnik Azərbaycan
Bildirilib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tam gücü ilə işləməsi üçün Sumqayıt-Yalama və Ələt-Astara dəmiryolu xəttinin yenidən qurulması Azərbaycan üçün... 26.09.2024, Sputnik Azərbaycan
2024-09-26T23:41+0400
2024-09-26T23:41+0400
2024-09-26T23:41+0400
dəmir yolu
iqtisadiyyat
körfəz
azərbaycan
əməkdaşlıq
"şimal-cənub" beynəlxalq nəqliyyat dəhlizi
sumqayıt
yalama” gömrük postu
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427124468_0:40:3192:1836_1920x0_80_0_0_b7df7a12339900ad4c29e0d20cad27d9.jpg
BAKI, 26 sentyabr — Sputnik. Rəşt-Astara dəmir yolu xəttinin tezliklə açılmasında maraqlıyıq. Bunu Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin 2-ci iqtisadi forumunda çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Şahin İsmayılov deyib. O bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tam gücü ilə işləməsi üçün Sumqayıt-Yalama və Ələt-Astara dəmiryolu xəttinin yenidən qurulması Azərbaycan üçün önəmlidir. Xatırladaq ki, hazırda Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində Sumqayıt-Yalama dəmir yolu yenidən qurulur. Yenidənqurma işlərinin 2024-cü ilin sonuna başa çatdırılması planlaşdırılıb. Məlumat üçün bildirək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında Şimal-Cənub nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna) sözügedən Sazişi ratifikasiya edib. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, Şimal-Cənub vasitəsilə 3 həftə olması gözlənilir). Rusiyanın nəqliyyat naziri Vitali Savelyev bildirib ki, Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin 2028-ci ilədək başa çatdırılması planlaşdırılır. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427124468_461:0:3192:2048_1920x0_80_0_0_b8e7ff2d826b88c1c47dfb368dcb02a6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dəmir yolu, körfəz, azərbaycan, əməkdaşlıq, "şimal-cənub" beynəlxalq nəqliyyat dəhlizi, sumqayıt, yalama” gömrük postu
dəmir yolu, körfəz, azərbaycan, əməkdaşlıq, "şimal-cənub" beynəlxalq nəqliyyat dəhlizi, sumqayıt, yalama” gömrük postu
RİNN: Rəşt-Astara dəmir yolu xəttinin tezliklə açılmasında maraqlıyıq
Bildirilib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tam gücü ilə işləməsi üçün Sumqayıt-Yalama və Ələt-Astara dəmiryolu xəttinin yenidən qurulması Azərbaycan üçün önəmlidir.
BAKI, 26 sentyabr — Sputnik. Rəşt-Astara dəmir yolu xəttinin tezliklə açılmasında maraqlıyıq. Bunu Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin 2-ci iqtisadi forumunda çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Şahin İsmayılov deyib.
O bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tam gücü ilə işləməsi üçün Sumqayıt-Yalama və Ələt-Astara dəmiryolu xəttinin yenidən qurulması Azərbaycan üçün önəmlidir.
"Dəhlizin tamamlanması üçün İran ərazisində 167 kilometrlik Rəşt-Astara dəmiryolu layihəsi var. Bu layihənin tezliklə tamamlanmasında maraqlıyıq. Bu dəmiryolu xətti bizim Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə daşımalarımızın artmasında çox böyük rol oynayacaq. Gördüyümüz işlər Azərbaycanın regional tranzit potensialının artırılmasına yönəlib", - nazirlik rəsmisi əlavə edib.
Xatırladaq ki, hazırda Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində Sumqayıt-Yalama dəmir yolu yenidən qurulur. Yenidənqurma işlərinin 2024-cü ilin sonuna başa çatdırılması planlaşdırılıb.
Məlumat üçün bildirək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında Şimal-Cənub nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub.
Ümumilikdə 13 ölkə (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna) sözügedən Sazişi ratifikasiya edib.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, Şimal-Cənub vasitəsilə 3 həftə olması gözlənilir).
Rusiyanın nəqliyyat naziri Vitali Savelyev bildirib ki, Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin 2028-ci ilədək başa çatdırılması planlaşdırılır.
"Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutunun inkişafı çərçivəsində 2023-cü ilin mayında hökumətlərarası saziş imzalanıb ki, bu da İran ərazisində Rəşt-Astara dəmir yolu xəttinin çatışmayan hissəsinin tikintisi ilə bağlı təxminən 20 illik müzakirələrin nəticəsidir. Biz 2028-ci ilə qədər tikintinin tam yerinə yetirilməsini gözləyirik", - Savelyev qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.