https://sputnik.az/20240926/mudafie-nazirliyi-ile-azersilah-mudafie-senayesi-holdinqi-arasinda-sened-imzalanib-467686573.html
Müdafiə Nazirliyi ilə "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" arasında sənəd imzalanıb
Müdafiə Nazirliyi ilə "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" arasında sənəd imzalanıb
Sputnik Azərbaycan
Qeyd olunub ki, Memorandum qurumlar arasında öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı faydalı, uzunmüddətli, səmərəli... 26.09.2024, Sputnik Azərbaycan
2024-09-26T19:00+0400
2024-09-26T19:00+0400
2024-09-26T19:00+0400
müdafiə nazirliyi
hərbi
silah
adex-2024 beynəlxalq müdafiə sərgisi
saziş
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1a/467686406_0:1:961:542_1920x0_80_0_0_7101390c8ca1b0f8a9ac6be0c7288764.jpg
BAKI, 26 sentyabr — Sputnik. "ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində sentyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyəti arasında birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın qurulmasına dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Memorandum qurumlar arasında öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı faydalı, uzunmüddətli, səmərəli əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq etmək, həmçinin bu istiqamətdə koordinasiyalı fəaliyyətlərin təşkili məqsədi daşıyır.Regionda müdafiə sənayesinə həsr edilmiş ən nəhəng tədbir olan “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi davam edir.Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə “Bakı Ekspo Mərkəzi”ndə keçirilən genişmiqyaslı tədbir regionun ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1a/467686406_29:0:918:667_1920x0_80_0_0_8df79fca1186028c47cee0d9aad5dd5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, silah, adex-2024 beynəlxalq müdafiə sərgisi, saziş
müdafiə nazirliyi, silah, adex-2024 beynəlxalq müdafiə sərgisi, saziş
Müdafiə Nazirliyi ilə "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" arasında sənəd imzalanıb
Qeyd olunub ki, Memorandum qurumlar arasında öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı faydalı, uzunmüddətli, səmərəli əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq etmək məqsədi daşıyır.
BAKI, 26 sentyabr — Sputnik. "ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində sentyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyəti arasında birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Memorandum qurumlar arasında öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı faydalı, uzunmüddətli, səmərəli əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq etmək, həmçinin bu istiqamətdə koordinasiyalı fəaliyyətlərin təşkili məqsədi daşıyır.
Regionda müdafiə sənayesinə həsr edilmiş ən nəhəng tədbir olan “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi davam edir.
Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə “Bakı Ekspo Mərkəzi”ndə keçirilən genişmiqyaslı tədbir regionun ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.