https://sputnik.az/20240926/ceyhun-bayramov-bmt-nin-sivilizasiyalar-alyansinin-ali-numayendesi-ile-gorusub---foto-467691320.html
Ceyhun Bayramov BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb - FOTO
Ceyhun Bayramov BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb - FOTO
Sputnik Azərbaycan
İşğal dövrünün ağır humanitar nəticələrinə baxmayaraq, münaqişəyə son qoyulmasından dərhal sonra Azərbaycanın sülh gündəliyi təşəbbüsü ilə çıxış etdiyi və... 26.09.2024, Sputnik Azərbaycan
2024-09-26T17:57+0400
2024-09-26T17:57+0400
2024-09-26T18:10+0400
ceyhun bayramov
siyasət
bmt
bmt baş assambleyası
azərbaycan
sivilizasiya
alyans
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1a/467691010_0:160:3072:1888_1920x0_80_0_0_d875475f9aa716d2e161b90cafb1544d.jpg
BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan və UNAOC arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, gələcək plan və birgə layihələr, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub. Azərbaycanın UNAOC ilə uğurlu və məhsuldar əməkdaşlıq etdiyi diqqətə çatdırılıb, əməkdaşlıq dinamikamızın inkişafında şəxsən töhfə vermiş ali nümayəndənin fəaliyyəti xüsusilə qeyd edilib. Ölkəmizin sivilizasiyalararası dialoqda oynadığı rolundan bəhs olunub, bu istiqamətdə həyata keçirilən birgə layihələrin əhəmiyyətindən danışılıb. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh prosesi barədə qarşı tərəf ətraflı məlumatlandırılıb. Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı dövründə ölkəmizin təkcə humanitar sahədə deyil, mədəniyyət sahəsində də genişmiqyaslı və dağıdıcı nəticələrlə qarşı-qarşıya qaldığı, mədəni irsimizin məqsədyönlü şəkildə talana, məhvə və qanunsuz dəyişikliklərə uğradıldığı ifadə olunub. İşğal dövrünün ağır humanitar nəticələrinə baxmayaraq, münaqişəyə son qoyulmasından dərhal sonra Azərbaycanın sülh gündəliyi təşəbbüsü ilə çıxış etdiyi və normallaşma prosesinin irəlilədilməsində ən aktiv tərəf olduğu diqqətə çatdırılıb. Sülh müqaviləsinin imzalanmasına maneə törədən bir sıra açıq məsələlərin mövcudluğu, xüsusilə Ermənistanın Konstitusiyası da daxil olmaqla, bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam edən ərazi iddiaların sülh gündəliyinin irəli aparılmasına mane olduğu diqqətə çatdırılıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1a/467691010_171:0:2902:2048_1920x0_80_0_0_be3a96e8a0e8873bb3eab57b0112dc83.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, bmt, bmt baş assambleyası, azərbaycan, sivilizasiya, alyans
ceyhun bayramov, bmt, bmt baş assambleyası, azərbaycan, sivilizasiya, alyans
Ceyhun Bayramov BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb - FOTO
17:57 26.09.2024 (Yenilənib: 18:10 26.09.2024) İşğal dövrünün ağır humanitar nəticələrinə baxmayaraq, münaqişəyə son qoyulmasından dərhal sonra Azərbaycanın sülh gündəliyi təşəbbüsü ilə çıxış etdiyi və normallaşma prosesinin irəlilədilməsində ən aktiv tərəf olduğu diqqətə çatdırılıb.
BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və UNAOC arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, gələcək plan və birgə layihələr, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Azərbaycanın UNAOC ilə uğurlu və məhsuldar əməkdaşlıq etdiyi diqqətə çatdırılıb, əməkdaşlıq dinamikamızın inkişafında şəxsən töhfə vermiş ali nümayəndənin fəaliyyəti xüsusilə qeyd edilib.
Ölkəmizin sivilizasiyalararası dialoqda oynadığı rolundan bəhs olunub, bu istiqamətdə həyata keçirilən birgə layihələrin əhəmiyyətindən danışılıb.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh prosesi barədə qarşı tərəf ətraflı məlumatlandırılıb.
Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı dövründə ölkəmizin təkcə humanitar sahədə deyil, mədəniyyət sahəsində də genişmiqyaslı və dağıdıcı nəticələrlə qarşı-qarşıya qaldığı, mədəni irsimizin məqsədyönlü şəkildə talana, məhvə və qanunsuz dəyişikliklərə uğradıldığı ifadə olunub.
İşğal dövrünün ağır humanitar nəticələrinə baxmayaraq, münaqişəyə son qoyulmasından dərhal sonra Azərbaycanın sülh gündəliyi təşəbbüsü ilə çıxış etdiyi və normallaşma prosesinin irəlilədilməsində ən aktiv tərəf olduğu diqqətə çatdırılıb. Sülh müqaviləsinin imzalanmasına maneə törədən bir sıra açıq məsələlərin mövcudluğu, xüsusilə Ermənistanın Konstitusiyası da daxil olmaqla, bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam edən ərazi iddiaların sülh gündəliyinin irəli aparılmasına mane olduğu diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.