https://sputnik.az/20240926/bakida-beynelxalq-yasil-steam-azerbaycan-festivali-kecirilecek-467674657.html
Bakıda Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək
Bakıda Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək
Sputnik Azərbaycan
Bildirilib ki, 2024-cu ildə Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun sifarişi ilə üç min müəllim STEAM layihəsinə cəlb olunub. Layihəyə cəlb olunan... 26.09.2024, Sputnik Azərbaycan
2024-09-26T12:00+0400
2024-09-26T12:00+0400
2024-09-26T12:00+0400
elm və təhsil nazirliyi
təhsil
layihə
yaşıl
azərbaycan
həmrəylik
komanda
iştirakçı
qeydiyyat
oktyabr
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1a/467671769_0:0:1170:659_1920x0_80_0_0_78dca117226a07e3cc732542cd05fc43.jpg
BAKI, 26 sentyabr — Sputnik. Oktyabrın 24-25-də Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı (SAF) keçiriləcək. Bunu STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov SAF-2024 - Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, builki festival "Əylən, öyrən" devizi ilə keçiriləcək:İqrar Nəzərov bildirib ki, STEAM Azərbaycan layihəsi hazırda 398 dövlət ümumtəhsil məktəbini, 220 min şagirdi əhatə edir:"SAF-2024 festivalında bütün kateqoriyalar yaşıl təşəbbüslər, yaşıl həllərə həsr olunub. Builki yarış "Bizim peykimiz", "Yaşıl kodlaşdırma", "Dron dizaynı", "Hidrogen maşınları", "Gələcəyin mühəndisləri", "Kinematoqrafiya", "Yaşıl təşəbbüslər" , "Robotların mühafizəsi", "Fəaliyyət zonası" kateqoriyaları üzrə keçiriləcək. Yarışda iştirak üçün 2500 nəfər, 625 komanda qeydiyyatdan keçib. Festivalda iştirak edən komandaların 225-i Bakı və Abşeron, 348-i regionlar, 54-ü xarici ölkələrdəndir. Hazırda 15 xarici ölkə iştirakçısı qeydiyyatdan keçib, ümumilikdə 20 ölkənin yarışda iştirakı gözlənilir. Yarışda 30 beynəlxalq münsif yer alacaq". Bildirilib ki, 2024-cu ildə Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun sifarişi ilə üç min müəllim STEAM layihəsinə cəlb olunub. Layihəyə cəlb olunan müəllimlərin 70 faizi ibtidai sinif müəllimidir. Layihə rəhbəri qeyd edib ki, STEAM layihəsinin universitetlərdə təşkil edilməsinə başlanılıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin pedaqoji bazasında STEAM layihəsi yaradılır. İqrar Nəzərov universitetdə seçmə fənn kimi STEAM yanaşmasının qoyulduğunu söyləyib. Diqqətə çatdırılıb ki, təhsilin bütün pillələrində STEAM yanaşması olmalıdır. Qeyd edək ki, STEAM Azərbaycan Festivalı ilk dəfə 9-10 dekabr 2021-ci il tarixlərində təşkil olunub. STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. Festival çərçivəsində keçirilən yarışlarda ölkədə fəaliyyət göstərən bütün ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin təhsilalanları komandalar şəklində müxtəlif kateqoriyalar üzrə iştirak hüququna malikdirlər. Festivalda iştirak üçün qeydiyyatın başlandığı tarix elan edildikdən sonra komandalar müvafiq kateqoriyalar üzrə qaydalarla tanış olur və müraciət etmək istədikləri kateqoriya üzrə festivalın rəsmi veb-səhifəsində qeydiyyat formasını doldura bilərlər. Xatırladaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində STEAM Azərbaycan layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1a/467671769_97:0:1100:752_1920x0_80_0_0_5b0444932450f422287ddf144d3e673b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
elm və təhsil nazirliyi, layihə, yaşıl, azərbaycan, həmrəylik, komanda, iştirakçı, qeydiyyat, oktyabr
elm və təhsil nazirliyi, layihə, yaşıl, azərbaycan, həmrəylik, komanda, iştirakçı, qeydiyyat, oktyabr
Bakıda Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək
Bildirilib ki, 2024-cu ildə Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun sifarişi ilə üç min müəllim STEAM layihəsinə cəlb olunub. Layihəyə cəlb olunan müəllimlərin 70 faizi ibtidai sinif müəllimidir.
BAKI, 26 sentyabr — Sputnik. Oktyabrın 24-25-də Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı (SAF) keçiriləcək.
Bunu STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov SAF-2024 - Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, builki festival "Əylən, öyrən" devizi ilə keçiriləcək:
"Bu il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Bu münasibətlə bu il SAF-ın loqosunda da dəyişikliklər etmişik. Festivalın bu il yenilənmiş loqosu yarış meydançası, mühəndislik və innovasiya, eləcə də yaşıl həyat, uşaq və gəncləri simvolizə edir".
İqrar Nəzərov bildirib ki, STEAM Azərbaycan layihəsi hazırda 398 dövlət ümumtəhsil məktəbini, 220 min şagirdi əhatə edir:
"SAF-2024 festivalında bütün kateqoriyalar yaşıl təşəbbüslər, yaşıl həllərə həsr olunub. Builki yarış "Bizim peykimiz", "Yaşıl kodlaşdırma", "Dron dizaynı", "Hidrogen maşınları", "Gələcəyin mühəndisləri", "Kinematoqrafiya", "Yaşıl təşəbbüslər" , "Robotların mühafizəsi", "Fəaliyyət zonası" kateqoriyaları üzrə keçiriləcək. Yarışda iştirak üçün 2500 nəfər, 625 komanda qeydiyyatdan keçib. Festivalda iştirak edən komandaların 225-i Bakı və Abşeron, 348-i regionlar, 54-ü xarici ölkələrdəndir. Hazırda 15 xarici ölkə iştirakçısı qeydiyyatdan keçib, ümumilikdə 20 ölkənin yarışda iştirakı gözlənilir. Yarışda 30 beynəlxalq münsif yer alacaq".
Bildirilib ki, 2024-cu ildə Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun sifarişi ilə üç min müəllim STEAM layihəsinə cəlb olunub. Layihəyə cəlb olunan müəllimlərin 70 faizi ibtidai sinif müəllimidir.
Layihə rəhbəri qeyd edib ki, STEAM layihəsinin universitetlərdə təşkil edilməsinə başlanılıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin pedaqoji bazasında STEAM layihəsi yaradılır. İqrar Nəzərov universitetdə seçmə fənn kimi STEAM yanaşmasının qoyulduğunu söyləyib.
Diqqətə çatdırılıb ki, təhsilin bütün pillələrində STEAM yanaşması olmalıdır.
Qeyd edək ki, STEAM Azərbaycan Festivalı ilk dəfə 9-10 dekabr 2021-ci il tarixlərində təşkil olunub.
STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.
Festival çərçivəsində keçirilən yarışlarda ölkədə fəaliyyət göstərən bütün ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin təhsilalanları komandalar şəklində müxtəlif kateqoriyalar üzrə iştirak hüququna malikdirlər. Festivalda iştirak üçün qeydiyyatın başlandığı tarix elan edildikdən sonra komandalar müvafiq kateqoriyalar üzrə qaydalarla tanış olur və müraciət etmək istədikləri kateqoriya üzrə festivalın rəsmi veb-səhifəsində qeydiyyat formasını doldura bilərlər.
Xatırladaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində STEAM Azərbaycan layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.