https://sputnik.az/20240926/akademik-azadligin-vacib-hissesi-tehsil-daresinden-qisa-etek-ve-salvar-aciqlamasi-467663458.html
Akademik azadlığın vacib hissəsi: Təhsil İdarəsindən qısa ətək və şalvar açıqlaması
Akademik azadlığın vacib hissəsi: Təhsil İdarəsindən qısa ətək və şalvar açıqlaması
Sputnik Azərbaycan
Şagirdlər dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və... 26.09.2024, Sputnik Azərbaycan
2024-09-26T09:27+0400
2024-09-26T09:27+0400
2024-09-26T09:27+0400
paltar
təhsil
şalvar
kamran əsədov
təhsil eksperti kamran əsədov
universitet
tələbə
şagird
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427050422_0:322:3069:2048_1920x0_80_0_0_e2dc0864d3ebf686e8806246db56c440.jpg
BAKI, 26 sentyabr — Sputnik. Nazirlər Kabinetinin 17.03.2022-ci il tarixli 96 nömrəli qərarına əsasən, ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir. Təhsilalanların geyim formalarının təsvirində ətəyin uzunluğunun diz xəttindən aşağı olması barədə məlumat da öz əksini tapıb. Bunu Sputnik Azərbaycan-ın sorğusuna cavabda Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirib. Qeyd edək ki, yeni tədris ili başlayandan şagird və məktəblilərin qısa ətək və qısa şalvarda (şortik) dərsə gəlmələri qalmaqala səbəb olub. Azərbaycan Tibb Universitetinin müəllimi Nazxanım Qasımova sosial şəbəkədə ali təhsil müəssisəsinin tələbələrindən birinin geyimi ilə bağlı etdiyi paylaşım edib. Həmin paylaşım ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb. Həmçinin müğənni Samir Piriyevin həyat yoldaşı Anara Piriyeva videomüraciət yayaraq 42 nömrəli tam orta məktəbin direktorundan şikayətçi olduğunu bildirib. O qeyd edib ki, sözügedən məktəbin direktoru onun qızının geyiminə haqsız yerə irad bildirib. Məlumat üçün bildirək ki, son vaxtlar sosial şəbəkələrdə də məktəblilərin məktəbə qısa geyimlərdə gəldiyi müzakirə olunur. İdarədən isə bildirilib ki, "Nazirlər Kabinetinin 17.03.2022-ci il tarixli 96 nömrəli qərarına əsasən məktəblər tərəfindən Pedaqoji Şuranın qərarı ilə valideynlərin rəyi nəzərə alınaraq 4 nümunədə geyim formasından biri seçilib: "Valideynlərə tövsiyəmiz ondan ibarətdir ki, məktəbdaxili qaydalara hörmətlə yanaşsınlar. Eyni görünüşə malik olan məktəbli forması şagirdlər arasında bərabərliyi təşviq edir". Xatırladaq ki, 2022-ci ildə hazırlanan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" sənədində bir sıra qadağalar nəzərdə tutulub. Həmin layihəyə görə, şagirdlər dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal ilə dərsə gələ bilməzlər. Azərbaycan Tibb Universitetinin mətbuat katibi günel Aslanova isə bildirib ki, ATU-nun Epidemiologiya kafedrasının assistenti N.Qasımova universitetin müvafiq şöbəsinə dəvət olunub və onunla bu barədə söhbət aparılıb, müəllimin bu məsələyə reaksiyasını ifadə etmə formasının yanlış olduğu onun nəzərinə çatdırılıb. "Bununla yanaşı, qeyd etməliyik ki, hər bir təhsil müəssisəsində olduğu kimi, ATU-nun da daxili nizam-intizam qaydaları var. Tələbələrin geyim tərzi ilə bağlı mövcud tələblərə hər kəs birmənalı olaraq riayət etməlidir. Bu tələblər mütəmadi olaraq tələbələrin diqqətinə çatdırılır", deyə Günel Aslanova bildirib. Ekspertlərin isə bu məsələdə mövqeləri fərqlidir. "Təhsil müəssisələrində geyimlə bağlı tələblər doğru yanaşmadır. Çünki təhsilin pilləsindən asılı olmayaraq təhsil müəssisəsi həm də tərbiyyə ocağıdır. Həm təhsilalanların, həm də təhsilverənlərin geyimi nəzarətdə saxlanılmalıdır. Ümumtəhsil müəssisələrində isə məktəbli forması müəyyənləşib. Valideynlər də uşaqlarını məktəbə məktəbli formasında göndərməlidirlər". "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bu sözləri söyləyib. O, bildirib ki, ali məktəblərdə forma tələbi olmasa da, tələbə təhsil müəssisəsinə gəldiyinin məsuliyyətini dərk etməlidir: "Düşünürəm ki, tələbə davranışı ilə bağlı qaydalar sərtləşdirilməlidir. Universitetlər mədəni və ictimai müəssisədir. Buraya tələbənin ürəyi istədiyi kimi geyinib gəlməsi yolverilməzdir. Universitetin daxili qaydaları ilə belə tələbələrə cəza metodları tətbiq olunmalıdır. Bizim tələbə modelimiz var. Bu modeli yaşadıb qorumaq lazımdır. Universitetə gedən tələbənin əsas məqsədi oxumaq, fərqlənmək olmaldır. Amma bu fərqlənmək geyimlə olmamalıdır". İlqar Orucov bildirib ki, Azərbaycanda ümumtəhsil müəssisələri ilə bağlı geyim modeli təsdiqlənib. Qaydalara əsasən şagirdlər məktəbə məktəblii formasında gəlməlidirlər. "Məktəbin məktəb forması var. Bu formanı geyinməyən şagirdin məsələsi sivil qaydada həll olunmalıdır. Valideyn övladını məktəbə məktəbli forması ilə göndərməlidir. Əks halda bu məktəbə hörmətsizlik kimi qəbul olunur. Çox təəssüf ki, bəzi valideynlər məktəbə, direktorlara qarşı hörmətsizlik edərək forma tələb edən məktəb direktorlarını təhqir edirlər. Belə valideynlər ictimai qınağa çəkilməlidir. Gələcəkdə qanunvericilikdə övladını məktəbə formasız göndərən valideynlərə qarşı da tədbirlər nəzərdə tutulmalıdır. Məktəbə formasız gələn şagirdlərin dərsdən kənarlaşdırılması məsələsi müzakirə olunmaqla yanaşı, onların valideynləri də məsuliyyətə cəlb olunmaldır", deyə İlqar Orucov bildirib. Digər təhsil ekperti Kamran Əsədov isə bildirib ki, qüvvədə olan qanunvericiliyə görə Azərbaycanda ali təhsil müəssisələri tələbələrin geyimlərinə ciddi məhdudiyyətlər tətbiq edə bilməz. Çünki bu, insan hüquqlarına və fərdi azadlıqlara ziddir. Bununla belə, bəzi xüsusi hallar və müəyyən peşə sahələrində (tibb, mühəndislik laboratoriyaları və s.) təhlükəsizlik və peşə etikasına əsaslanan qaydalar tətbiq oluna bilər: "Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər bir vətəndaşın fikir, söz və ifadə azadlığı hüququ var. Bu prinsip geyim azadlığını da əhatə edir. Yəni, qanun tələbələrin şəxsi geyim seçimlərinə məhdudiyyət qoyulmasını dəstəkləmir, əksinə, fərdi azadlıqların qorunmasını təmin edir. Təhsil müəssisələrinin daxili nizamnamələri olsa belə, bu qaydalar tələbələrin fərdi hüquqlarını pozmamalıdır. Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi də ifadə azadlığını müdafiə edir. Bu, geyim azadlığını da əhatə edir, çünki geyim fərdi ifadə vasitəsidir. Ali təhsil müəssisələri bu hüquqlara hörmət etməlidir. Geyim azadlığı tələbələrin fərdi kimliyini və mədəniyyətlərini ifadə etmək haqqına malik olduğunu göstərir". Ekspert deyir ki, bir çox universitetlərdə tələbələrin davranış qaydaları və geyiminə dair ümumi məhdudiyyətlər daxili nizamnamələrlə tənzimlənir. Bu məhdudiyyətlər bəzən formal, təntənəli tədbirlərdə xüsusi geyim qaydalarına əməl olunmasını tələb edə bilər . Lakin ümumi halda, tələbələrin geyim seçimlərinə müdaxilə edən məcburi qaydalar qəbul olunmur. K.Əsədovun fikrincə, tələbələrin geyimlərinə məhdudiyyət qoyulması onların yaradıcılığına, özünəinamına və təhsildəki motivasiyasına mənfi təsir göstərə bilər: "Təhsil müəssisələri tələbələrin şəxsiyyətlərini inkişaf etdirmək və azad fikirləri dəstəkləmək üçün geyim azadlığını təmin etməlidir. Məhdudiyyətlər tələbələrin akademik mühitdə özlərini rahat hiss etməməsinə və nəticədə təhsildə zəif performans göstərməsinə səbəb ola bilər. Həmçinin geyimlə bağlı məhdudiyyətlər və ya qadağalar bəzən sosial bərabərsizliyi və diskriminasiyanı gücləndirə bilər. Məsələn, tələbələrin geyimlərinə sosial vəziyyətlərinə görə fərqli yanaşılması onların özlərini diskriminasiya olunmuş hiss etməsinə və akademik fəaliyyətlərindən uzaqlaşmasına səbəb ola bilər. Universitetlər sosial bərabərliyi və tolerantlığı təşviq etməli və tələbələrə azad seçim hüququ verməlidir. Geyim məhdudiyyətləri tələbələr arasında gərginlik və narazılığa da səbəb ola bilər. Bu da, təhsil mühitinə mənfi təsir göstərir. Çünki tələbələr geyimlərində sərbəst olduqda özlərini daha rahat və azad hiss edirlər. Daha rahat mühit isə akademik uğurlara müsbət təsir edir. Bununla yanaşı, bəzi hallarda (tibb, mühəndislik və s.) təhlükəsizlik tələbləri olan sahələrdə müəyyən geyim qaydaları məcburi ola bilər, bu da zəruri bir ehtiyat tədbiridir". Ekspert bildirir ki, dünyanın qabaqcıl ali təhsil müəssisələrində tələbələrin geyim azadlığı əsas prinsiplərdən biridir. ABŞ, Böyük Britaniya, Kanada kimi ölkələrin universitetlərində tələbələrin geyimlərinə ciddi müdaxilə olunmur və onların fərdi seçimlərinə hörmət edilir. Bu da, akademik azadlığın və yaradıcılığın vacib bir parçası kimi qiymətləndirilir. Belə yanaşma tələbələrin akademik inkişafına və şəxsiyyətlərinin formalaşmasına müsbət təsir göstərir. "Beləliklə, tələbələrin geyimləri ilə bağlı məhdudiyyətlər qanunla dəstəklənmədiyi üçün universitetlər bu sahədə tələbələrə təzyiq göstərməməlidir. Həm Azərbaycan qanunvericiliyi, həm də beynəlxalq hüquq tələbələrin geyim azadlığını müdafiə edir. Geyim məhdudiyyətlərinin tətbiqi isə təhsilin keyfiyyətinə və tələbələrin akademik inkişafına mənfi təsir göstərə bilər. Universitetlər tələbələrin azad geyim seçimini təmin etməklə daha sağlam, yaradıcılığa və inkişaf üçün daha əlverişli akademik mühit yaratmalıdırlar", Kamran Əsədov bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427050422_50:0:2781:2048_1920x0_80_0_0_75d00ea65da05a7b7cf85052f5c49308.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
paltar, şalvar, kamran əsədov, təhsil eksperti kamran əsədov, universitet, tələbə, şagird
paltar, şalvar, kamran əsədov, təhsil eksperti kamran əsədov, universitet, tələbə, şagird
Akademik azadlığın vacib hissəsi: Təhsil İdarəsindən qısa ətək və şalvar açıqlaması
Şagirdlər dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal ilə dərsə gələ bilməzlər.
BAKI, 26 sentyabr — Sputnik. Nazirlər Kabinetinin 17.03.2022-ci il tarixli 96 nömrəli qərarına əsasən, ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir. Təhsilalanların geyim formalarının təsvirində ətəyin uzunluğunun diz xəttindən aşağı olması barədə məlumat da öz əksini tapıb.
Bunu Sputnik Azərbaycan-ın sorğusuna cavabda Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirib.
Qeyd edək ki, yeni tədris ili başlayandan şagird və məktəblilərin qısa ətək və qısa şalvarda (şortik) dərsə gəlmələri qalmaqala səbəb olub. Azərbaycan Tibb Universitetinin müəllimi Nazxanım Qasımova sosial şəbəkədə ali təhsil müəssisəsinin tələbələrindən birinin geyimi ilə bağlı etdiyi paylaşım edib. Həmin paylaşım ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb. Həmçinin müğənni Samir Piriyevin həyat yoldaşı Anara Piriyeva videomüraciət yayaraq 42 nömrəli tam orta məktəbin direktorundan şikayətçi olduğunu bildirib. O qeyd edib ki, sözügedən məktəbin direktoru onun qızının geyiminə haqsız yerə irad bildirib.
Məlumat üçün bildirək ki, son vaxtlar sosial şəbəkələrdə də məktəblilərin məktəbə qısa geyimlərdə gəldiyi müzakirə olunur.
İdarədən isə bildirilib ki, "Nazirlər Kabinetinin 17.03.2022-ci il tarixli 96 nömrəli qərarına əsasən məktəblər tərəfindən Pedaqoji Şuranın qərarı ilə valideynlərin rəyi nəzərə alınaraq 4 nümunədə geyim formasından biri seçilib: "Valideynlərə tövsiyəmiz ondan ibarətdir ki, məktəbdaxili qaydalara hörmətlə yanaşsınlar. Eyni görünüşə malik olan məktəbli forması şagirdlər arasında bərabərliyi təşviq edir".
Xatırladaq ki, 2022-ci ildə hazırlanan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" sənədində bir sıra qadağalar nəzərdə tutulub. Həmin layihəyə görə, şagirdlər dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal ilə dərsə gələ bilməzlər.
Azərbaycan Tibb Universitetinin mətbuat katibi günel Aslanova isə bildirib ki, ATU-nun Epidemiologiya kafedrasının assistenti N.Qasımova universitetin müvafiq şöbəsinə dəvət olunub və onunla bu barədə söhbət aparılıb, müəllimin bu məsələyə reaksiyasını ifadə etmə formasının yanlış olduğu onun nəzərinə çatdırılıb.
"Bununla yanaşı, qeyd etməliyik ki, hər bir təhsil müəssisəsində olduğu kimi, ATU-nun da daxili nizam-intizam qaydaları var. Tələbələrin geyim tərzi ilə bağlı mövcud tələblərə hər kəs birmənalı olaraq riayət etməlidir. Bu tələblər mütəmadi olaraq tələbələrin diqqətinə çatdırılır", deyə Günel Aslanova bildirib.
Ekspertlərin isə bu məsələdə mövqeləri fərqlidir.
"Təhsil müəssisələrində geyimlə bağlı tələblər doğru yanaşmadır. Çünki təhsilin pilləsindən asılı olmayaraq təhsil müəssisəsi həm də tərbiyyə ocağıdır. Həm təhsilalanların, həm də təhsilverənlərin geyimi nəzarətdə saxlanılmalıdır. Ümumtəhsil müəssisələrində isə məktəbli forması müəyyənləşib. Valideynlər də uşaqlarını məktəbə məktəbli formasında göndərməlidirlər".
"Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bu sözləri söyləyib. O, bildirib ki, ali məktəblərdə forma tələbi olmasa da, tələbə təhsil müəssisəsinə gəldiyinin məsuliyyətini dərk etməlidir: "Düşünürəm ki, tələbə davranışı ilə bağlı qaydalar sərtləşdirilməlidir. Universitetlər mədəni və ictimai müəssisədir. Buraya tələbənin ürəyi istədiyi kimi geyinib gəlməsi yolverilməzdir. Universitetin daxili qaydaları ilə belə tələbələrə cəza metodları tətbiq olunmalıdır. Bizim tələbə modelimiz var. Bu modeli yaşadıb qorumaq lazımdır. Universitetə gedən tələbənin əsas məqsədi oxumaq, fərqlənmək olmaldır. Amma bu fərqlənmək geyimlə olmamalıdır".
İlqar Orucov bildirib ki, Azərbaycanda ümumtəhsil müəssisələri ilə bağlı geyim modeli təsdiqlənib. Qaydalara əsasən şagirdlər məktəbə məktəblii formasında gəlməlidirlər.
"Məktəbin məktəb forması var. Bu formanı geyinməyən şagirdin məsələsi sivil qaydada həll olunmalıdır. Valideyn övladını məktəbə məktəbli forması ilə göndərməlidir. Əks halda bu məktəbə hörmətsizlik kimi qəbul olunur. Çox təəssüf ki, bəzi valideynlər məktəbə, direktorlara qarşı hörmətsizlik edərək forma tələb edən məktəb direktorlarını təhqir edirlər. Belə valideynlər ictimai qınağa çəkilməlidir. Gələcəkdə qanunvericilikdə övladını məktəbə formasız göndərən valideynlərə qarşı da tədbirlər nəzərdə tutulmalıdır. Məktəbə formasız gələn şagirdlərin dərsdən kənarlaşdırılması məsələsi müzakirə olunmaqla yanaşı, onların valideynləri də məsuliyyətə cəlb olunmaldır", deyə İlqar Orucov bildirib.
Digər təhsil ekperti Kamran Əsədov isə bildirib ki, qüvvədə olan qanunvericiliyə görə Azərbaycanda ali təhsil müəssisələri tələbələrin geyimlərinə ciddi məhdudiyyətlər tətbiq edə bilməz. Çünki bu, insan hüquqlarına və fərdi azadlıqlara ziddir. Bununla belə, bəzi xüsusi hallar və müəyyən peşə sahələrində (tibb, mühəndislik laboratoriyaları və s.) təhlükəsizlik və peşə etikasına əsaslanan qaydalar tətbiq oluna bilər:
"Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər bir vətəndaşın fikir, söz və ifadə azadlığı hüququ var. Bu prinsip geyim azadlığını da əhatə edir. Yəni, qanun tələbələrin şəxsi geyim seçimlərinə məhdudiyyət qoyulmasını dəstəkləmir, əksinə, fərdi azadlıqların qorunmasını təmin edir. Təhsil müəssisələrinin daxili nizamnamələri olsa belə, bu qaydalar tələbələrin fərdi hüquqlarını pozmamalıdır. Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi də ifadə azadlığını müdafiə edir. Bu, geyim azadlığını da əhatə edir, çünki geyim fərdi ifadə vasitəsidir. Ali təhsil müəssisələri bu hüquqlara hörmət etməlidir. Geyim azadlığı tələbələrin fərdi kimliyini və mədəniyyətlərini ifadə etmək haqqına malik olduğunu göstərir".
Ekspert deyir ki, bir çox universitetlərdə tələbələrin davranış qaydaları və geyiminə dair ümumi məhdudiyyətlər daxili nizamnamələrlə tənzimlənir. Bu məhdudiyyətlər bəzən formal, təntənəli tədbirlərdə xüsusi geyim qaydalarına əməl olunmasını tələb edə bilər . Lakin ümumi halda, tələbələrin geyim seçimlərinə müdaxilə edən məcburi qaydalar qəbul olunmur.
K.Əsədovun fikrincə, tələbələrin geyimlərinə məhdudiyyət qoyulması onların yaradıcılığına, özünəinamına və təhsildəki motivasiyasına mənfi təsir göstərə bilər:
"Təhsil müəssisələri tələbələrin şəxsiyyətlərini inkişaf etdirmək və azad fikirləri dəstəkləmək üçün geyim azadlığını təmin etməlidir. Məhdudiyyətlər tələbələrin akademik mühitdə özlərini rahat hiss etməməsinə və nəticədə təhsildə zəif performans göstərməsinə səbəb ola bilər. Həmçinin geyimlə bağlı məhdudiyyətlər və ya qadağalar bəzən sosial bərabərsizliyi və diskriminasiyanı gücləndirə bilər. Məsələn, tələbələrin geyimlərinə sosial vəziyyətlərinə görə fərqli yanaşılması onların özlərini diskriminasiya olunmuş hiss etməsinə və akademik fəaliyyətlərindən uzaqlaşmasına səbəb ola bilər. Universitetlər sosial bərabərliyi və tolerantlığı təşviq etməli və tələbələrə azad seçim hüququ verməlidir. Geyim məhdudiyyətləri tələbələr arasında gərginlik və narazılığa da səbəb ola bilər. Bu da, təhsil mühitinə mənfi təsir göstərir. Çünki tələbələr geyimlərində sərbəst olduqda özlərini daha rahat və azad hiss edirlər. Daha rahat mühit isə akademik uğurlara müsbət təsir edir. Bununla yanaşı, bəzi hallarda (tibb, mühəndislik və s.) təhlükəsizlik tələbləri olan sahələrdə müəyyən geyim qaydaları məcburi ola bilər, bu da zəruri bir ehtiyat tədbiridir".
Ekspert bildirir ki, dünyanın qabaqcıl ali təhsil müəssisələrində tələbələrin geyim azadlığı əsas prinsiplərdən biridir. ABŞ, Böyük Britaniya, Kanada kimi ölkələrin universitetlərində tələbələrin geyimlərinə ciddi müdaxilə olunmur və onların fərdi seçimlərinə hörmət edilir. Bu da, akademik azadlığın və yaradıcılığın vacib bir parçası kimi qiymətləndirilir. Belə yanaşma tələbələrin akademik inkişafına və şəxsiyyətlərinin formalaşmasına müsbət təsir göstərir.
"Beləliklə, tələbələrin geyimləri ilə bağlı məhdudiyyətlər qanunla dəstəklənmədiyi üçün universitetlər bu sahədə tələbələrə təzyiq göstərməməlidir. Həm Azərbaycan qanunvericiliyi, həm də beynəlxalq hüquq tələbələrin geyim azadlığını müdafiə edir. Geyim məhdudiyyətlərinin tətbiqi isə təhsilin keyfiyyətinə və tələbələrin akademik inkişafına mənfi təsir göstərə bilər. Universitetlər tələbələrin azad geyim seçimini təmin etməklə daha sağlam, yaradıcılığa və inkişaf üçün daha əlverişli akademik mühit yaratmalıdırlar", Kamran Əsədov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.