Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Minimum maaş və pensiya qaldırılacaq - İkirəqəmli artımın olması təklif edilir

© Sputnik / Elvin Ahmadpensiya
pensiya - Sputnik Azərbaycan, 1920, 25.09.2024
Abunə olmaq
Deputat bildirib ki, bu addım xüsusən də az əməkhaqqı və az pensiya alan vətəndaşların sosial təminatının daha da yaxşılaşdırılmasına və onların sosial müdafiəsinin gücləndirilməsinə imkan yaradacaq.
BAKI, 25 sentyabr — Sputnik. Son illər Azərbaycanda minimum əməkhaqqının və minimum pensiyanın artırılması əsas hədəflərdən biridir və minimum əməkhaqqında 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə artım müşahidə etmişik. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, 2025-ci ilin əvvəlindən etibarən minimum əməkhaqqı və minimum pensiyada artımlar olacaq. Bu, o deməkdir ki, artıq növbəti ildən etibarən biz minimum əməkhaqqı və minimum pensiyada yeni artımlar müşahidə edəcəyik. Bunun Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib.
O bildirib ki, bu artımların məbləği ilə bağlı Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi tərəfindən müzakirələr davam edir: "Minimum əməkhaqqının artırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi tərəfindən təkliflər noyabrın 1-dək təqdim olunacaq. Bütövlükdə hər iki istiqamət üzrə təkliflərin büdcə paketi çərçivəsində təqdim ediləcəyi gözlənilir. Müzakirələr nəticəsində minimum əməkhaqqı və minimum pensiyada artım qərarının veriləcəyi nəzərdə tutulur. Daha sonra dövlət başçısının imzaladığı sərəncamlarla hər iki istiqamətdə artımların olacağı gözlənilir. Bu da 2025-ci ildən etibarən həm minimum əməkhaqqı alan, həm də minimum pensiya alan vətəndaşları əhatə edəcək".
© Photo : Social media page of Vügar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 25.09.2024
Vüqar Bayramov
"Gözlənti məhz ikirəqəmli artımın olması ilə bağlıdır"
Deputat qeyd edib ki, biz müzakirələr zamanı öz təkliflərimizi də uyğun dövlət qurumuna təqdim etmişik: "Xüsusən də minimum əməkhaqqının 2023-cü ilin yanvarından sonra ölkə üzrə orta aylıq nominal əməkhaqqındakı artım faizinə, eləcə də inflyasiya səviyyəsinə uyğun olaraq artırılmasını təklif edirik. Bu kontekstdən gözlənti məhz ikirəqəmli artımın olması ilə bağlıdır. Biz bununla bağlı müzakirələrdə iştirak edəcəyik. Bu müzakirələr büdcə paketi çərçivəsində həyata keçiriləcək. Bütün bunlar imkan verəcək ki, bu istiqamətdə təkliflərimizi təqdim edib, mövcud fiskal imkanlar daxilində həm minimum əməkhaqqında, həm də minimum pensiyada daha çox artımların həyata keçirilməsi reallaşa bilsin".
"Minimum maaş və minimum pensiyanın artırılması ilə bağlı işlər gedir"
"O baxımdan artıq dövlət başçısı tərəfindən göstərişlər verilib, minimum əməkhaqqının və minimum pensiyanın artırılması ilə bağlı işlər gedir. Bu, o deməkdir ki, yaxın aylarda biz hər iki istiqamətdə artımların həyata keçirilməsini müşahidə edə biləcəyik. Bu, xüsusən də az əməkhaqqı və az pensiya alan vətəndaşların sosial təminatının daha da yaxşılaşdırılmasına və onların sosial müdafiəsinin gücləndirilməsinə imkan yaradacaq" - deputat əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib ki, son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb. Onu da bildirməliyəm, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq. Yəni bu sosialyönümlü siyasət bir daha bizim ümumi siyasətimizi, niyyətimizi göstərir.
Xatırladaq ki, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib. Minimum aylıq əmək pensiyasının məbləği 2023-ci il fevralın 1-dən 280 manata çatdırılıb.
Xəbər lenti
0