CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kiberhücumlar kritik infrastrukturların fəaliyyətini poza bilər - İlqar Musayev

© Depositphotos.com / Gorodenkoff Haker, arxiv
Haker, arxiv - Sputnik Azərbaycan, 1920, 25.09.2024
Abunə olmaq
Xidmət rəisi qeyd edib ki, kiberhücumlar kritik infrastrukturların fəaliyyətini poza, məlumatları manipulyasiya edə və demokratik təsisatlara inamı zədələyə bilər.
BAKI, 25 sentyabr — Sputnik. Kibertəhlükəsizliyin yalnız texniki məsələ olmadığını, siyasi, iqtisadi və sosial ölçülərə də sahib olduğunu qəbul etməliyik.
Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev sentyabrın 25-də Bakıda keçirilən 1-ci beynəlxalq kiberdiplomatiya konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, kiberhücumlar kritik infrastrukturların fəaliyyətini poza, məlumatları manipulyasiya edə və demokratik təsisatlara inamı zədələyə bilər.
"Buna görə texniki tədbirlərlə yanaşı, qlobal kibertəhlükəsizliyi gücləndirmək üçün diplomatik səyləri, hüquqi çərçivələri və potensialı artırmaq təşəbbüslərini əhatə edən kompleks yanaşma tərtib etməliyik. Bu gün burada hökumət nümayəndələri, diplomatlar, kibertəhlükəsizlik üzrə mütəxəssislər, beynəlxalq təşkilatların nümayəndələri, akademik dairələr və özəl sektorun nümayəndələri iştirak edirlər. Konfransda belə zəngin tərkibli iştirakçıların fikir və təcrübə mübadiləsi kibertəhlükəsizlik, kiberdiplomatiya sahəsində daha əhatəli və səmərəli yanaşmanın inkişafına mütləq töhfə verəcək", İlqar Musayev əlavə edib.
Qeyd edək ki, Bakıda regionda ilk dəfə Azərbaycanın ev sahibliyi edəcəyi kiberdiplomatiya üzrə beynəlxalq konfrans keçirilir. Tədbir Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə həyata keçirilir. Diplomatik nümayəndələr, bəzi ölkələrdə yeni diplomatik vəzifəyə çevrilən kibersəfirlər, o cümlədən sahə üzrə qlobal aktorlar diplomatiyanın informasiya təhlükəsizliyindəki rolunu müzakirə etmək üçün Azərbaycanda bir araya gəliblər.
Azərbaycanda seçkilər, arxiv - Sputnik Azərbaycan, 1920, 25.09.2024
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Seçkilər zamanı Azərbaycana qarşı kiber hücumlara cəhdlər olub
Xəbər lenti
0