https://sputnik.az/20240925/bmt-nin-bas-katibi-ukraynada-sulhe-cagirib-467625700.html
BMT-nin baş katibi Ukraynada sülhə çağırıb
BMT-nin baş katibi Ukraynada sülhə çağırıb
Sputnik Azərbaycan
Ölkə liderləri arasında əsas müzakirə mövzularından biri də Ukrayna böhranı olacaq. 25.09.2024, Sputnik Azərbaycan
2024-09-25T08:06+0400
2024-09-25T08:06+0400
2024-09-25T08:07+0400
bmt
dünya xəbərləri
antonio quterreş
birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş
sülh
ukrayna
qərb
qərb
rusiya federasiyası
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437323904_0:0:2145:1208_1920x0_80_0_0_d70294743aa48e506e7db197ab644e92.jpg
BAKI, 25 sentyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres Ukraynada sülhə çağırıb və deyib ki, davam edən döyüşlərin bədəlini mülki insanlar ödəyir. Bu barədə "RİA Novosti" Quterreşin BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinin ümumi müzakirələrində çıxışı zamanı söylədiklərinə istinadən xəbər verib. "Ukraynada müharibə davam edir və onun səngiməsinə dair heç bir əlamət yoxdur. Bunun əvəzini mülki vətəndaşlar ölənlərin sayının artması, məhv edilmiş insanların həyatı və icmaların darmadağın edilməsi ilə ödəyir. Artıq BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT qətnamələrinə əsaslanan ədalətli sülhün vaxtı gəlib çatıb", Quterreş qeyd edib. Ölkə liderləri arasında əsas müzakirə mövzularından biri də Ukrayna böhranı olacaq. Eyni zamanda, yəqin ki, təkcə onun diplomatik həlli deyil, həm də gələcək eskalasiya müzakirə olunacaq: bir sıra KİV hesab edir ki, ABŞ və Böyük Britaniya Baş Assambleyada Rusiya ərazilərinə zərbələr endirmək üçün Kiyevə icazə verə bilər. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski "RİA Novosti"yə verdiyi müsahibədə Qərbin Rusiya Federasiyasının bu cür addımlarla bağlı xəbərdarlıqlarını eşidib-eşitmədiyinə dair nəticə çıxarmadan əvvəl həftənin sonuna qədər gözləməyə çağırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437323904_0:0:2145:1610_1920x0_80_0_0_3aaf8b468609074205b24c31bcde9a12.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bmt, antonio quterreş, birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş, sülh, ukrayna, qərb, qərb, rusiya federasiyası
bmt, antonio quterreş, birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş, sülh, ukrayna, qərb, qərb, rusiya federasiyası
BMT-nin baş katibi Ukraynada sülhə çağırıb
08:06 25.09.2024 (Yenilənib: 08:07 25.09.2024) Ölkə liderləri arasında əsas müzakirə mövzularından biri də Ukrayna böhranı olacaq.
BAKI, 25 sentyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres Ukraynada sülhə çağırıb və deyib ki, davam edən döyüşlərin bədəlini mülki insanlar ödəyir.
Bu barədə "RİA Novosti" Quterreşin BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinin ümumi müzakirələrində çıxışı zamanı söylədiklərinə istinadən xəbər verib.
"Ukraynada müharibə davam edir və onun səngiməsinə dair heç bir əlamət yoxdur. Bunun əvəzini mülki vətəndaşlar ölənlərin sayının artması, məhv edilmiş insanların həyatı və icmaların darmadağın edilməsi ilə ödəyir. Artıq BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT qətnamələrinə əsaslanan ədalətli sülhün vaxtı gəlib çatıb", Quterreş qeyd edib.
Ölkə liderləri arasında əsas müzakirə mövzularından biri də Ukrayna böhranı olacaq. Eyni zamanda, yəqin ki, təkcə onun diplomatik həlli deyil, həm də gələcək eskalasiya müzakirə olunacaq: bir sıra KİV hesab edir ki, ABŞ və Böyük Britaniya Baş Assambleyada Rusiya ərazilərinə zərbələr endirmək üçün Kiyevə icazə verə bilər.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski "RİA Novosti"yə verdiyi müsahibədə Qərbin Rusiya Federasiyasının bu cür addımlarla bağlı xəbərdarlıqlarını eşidib-eşitmədiyinə dair nəticə çıxarmadan əvvəl həftənin sonuna qədər gözləməyə çağırıb.