DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BMT-nin baş katibi Lavrovla danışıqlar aparmağı planlaşdırır

© AP Photo / K.M. Chaudary Antonio Quterres
 Antonio Quterres - Sputnik Azərbaycan, 1920, 25.09.2024
Abunə olmaq
Lavrov deyib ki, BMT-nin Baş katibi üzv ölkələr razılaşana qədər bütün məsələlərdə neytral mövqe tutmağa borcludur.
BAKI, 25 sentyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres sentyabrın 26-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmağı planlaşdırır.
"TASS" bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrikə istinadən xəbər verib.
O, dəqiqləşdirib ki, Lavrov və Quterreş arasında görüş Baş Assambleyanın 79-cu sessiyası çərçivəsində baş tutacaq.
"Bəli, hələlik görüş cümə axşamı gününə planlaşdırılıb" – Düjarrik bildirib.
Lavrov: BMT-nin baş katibi neytral mövqe tutmalıdır
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, BMT katibliyi və təşkilatın baş katibi istənilən məsələdə neytral mövqe tutmalıdır. O, keçmiş baş katiblərinin BMT Katibliyinin ənənələrinin, o cümlədən Katiblik ilə BMT-yə üzv dövlətlər arasında əlaqələrin formalaşmasına böyük töhfə verdiyini vurğulayıb. Misal olaraq Kofi Annanın adını çəkib.
"Əsas odur ki, Annan, həqiqətən də BMT Nizamnaməsinin 100-cü maddəsinə riayət etmək üçün hər şeyi edib. Bu maddəyə əsasən, Katiblik baş katibin rəhbərlik etdiyi inzibati orqandır və üzv ölkələr razılaşana qədər bütün məsələlərdə neytral mövqe tutmağa borcludur. Bu gün isə BMT Qərbin mikrofon diplomatiyası ilə məşğul olduğu və Kiyev rejiminin cinayətlərini ört-basdır etməyə çalışdığı platformaya çevrilib" - Lavrov deyib.
O, BMT Təhlükəsizlik Şurasının gündəliyində Ukrayna Prezidenti Vladimir Zelenskinin həmişə ucaldıldığına, onu demokratik və qlobal dəyərlərin daşıyıcısı kimi təqdim edilməsinin yer aldığına diqqət yönəldib.
Bundan əvvəl Lavrov müsahibəsində Qərbin ukraynalıların əli ilə başlatdığı münaqişədə Moskvanın qalib gələcəyinə əmin olduğunu bildirib.
Xatırladaq ki, sentyabrın 10-da Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası işə başlayıb. Yüksək Səviyyə Həftəsi onun əsas tədbiri olacaqdır. Onun gedişatı zamanı dövlət başçıları və nazirlər cari məsələləri müzakirə etmək üçün toplaşırlar.
Daha əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, Sergey Lavrov BMT Baş Assambleyasının yüksək həftəsi çərçivəsində bir sıra ikitərəfli və çoxtərəfli görüşlər keçirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0