https://sputnik.az/20240925/azerbaycanla-cin-arasinda-demiryolu-ile-tranzit-dasimalarin-hecmi-3-defeye-yaxin-artib-467633715.html
Azərbaycanla Çin arasında dəmiryolu ilə tranzit daşımaları dəfələrlə artıb
Azərbaycanla Çin arasında dəmiryolu ilə tranzit daşımaları dəfələrlə artıb
Sputnik Azərbaycan
Görüşdə iki ölkənin dəmir yolları arasında əməkdaşlığın daha da genişləndirilməsi müzakirə edilib. 25.09.2024, Sputnik Azərbaycan
2024-09-25T11:43+0400
2024-09-25T11:43+0400
2024-09-25T11:44+0400
çin
iqtisadiyyat
dəmiryol stansiyası
dövlət gömrük komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1d/460942754_0:312:3000:2000_1920x0_80_0_0_1ed0028d026d13a16b0ae0725df9abae.jpg
BAKI, 24 sentyabr — Sputnik. Çində səfərdə olan Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çin Dövlət Dəmir Yollarının İdarə Heyətinin sədri Liu Cenfan ilə görüşüb. Görüşdə iki ölkənin dəmir yolları arasında əməkdaşlığın daha da genişləndirilməsi müzakirə edilib. Həmçinin görüşdə cari ilin yanvar-avqust aylarında Azərbaycan və Çin arasında dəmiryolu ilə tranzit daşımaların həcminin ötən ilin analoji dövrü ilə müqayisədə 275 faiz artdığı qeyd olunub. Liu Cenfan Çinin Orta Dəhlizin cənub marşrutunun inkişafında və Azərbaycan, Qazaxıstan, Gürcüstan dəmir yollarının birgə iştirakı ilə yaradılmış "Middle Corridor Multimodal" şirkətinin işinə qoşulmaqda maraqlı olduğunu bildirib. Xatırladaq ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz çoxdur. Ticarət dövriyyəsində Çindən idxal əsas yer tutur. Hesabat dövründə Azərbaycanın ümumi idxalının 18,1 faizi Çinin payına düşüb. Beləliklə, bu ilin 5 ayında Azərbaycanın mal aldığı ölkələr içərisində Çin ilk yeri tutub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1d/460942754_333:0:3000:2000_1920x0_80_0_0_87b1cdfb0d789110b499a63f1571bab9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin, dəmiryol stansiyası, dövlət gömrük komitəsi
çin, dəmiryol stansiyası, dövlət gömrük komitəsi
Azərbaycanla Çin arasında dəmiryolu ilə tranzit daşımaları dəfələrlə artıb
11:43 25.09.2024 (Yenilənib: 11:44 25.09.2024) Görüşdə iki ölkənin dəmir yolları arasında əməkdaşlığın daha da genişləndirilməsi müzakirə edilib.
BAKI, 24 sentyabr — Sputnik. Çində səfərdə olan Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çin Dövlət Dəmir Yollarının İdarə Heyətinin sədri Liu Cenfan ilə görüşüb.
Görüşdə iki ölkənin dəmir yolları arasında əməkdaşlığın daha da genişləndirilməsi müzakirə edilib.
Həmçinin görüşdə cari ilin yanvar-avqust aylarında Azərbaycan və Çin arasında dəmiryolu ilə tranzit daşımaların həcminin ötən ilin analoji dövrü ilə müqayisədə 275 faiz artdığı qeyd olunub.
Liu Cenfan Çinin Orta Dəhlizin cənub marşrutunun inkişafında və Azərbaycan, Qazaxıstan, Gürcüstan dəmir yollarının birgə iştirakı ilə yaradılmış "Middle Corridor Multimodal" şirkətinin işinə qoşulmaqda maraqlı olduğunu bildirib.
Xatırladaq ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz çoxdur.
Ticarət dövriyyəsində Çindən idxal əsas yer tutur. Hesabat dövründə Azərbaycanın ümumi idxalının 18,1 faizi Çinin payına düşüb. Beləliklə, bu ilin 5 ayında Azərbaycanın mal aldığı ölkələr içərisində Çin ilk yeri tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.