Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycanda "Zəngəzur" PUA-sı istehsal olunub

© Photo : TRENDAzərbaycanda “Zəngəzur” PUA istehsal olunub
Azərbaycanda “Zəngəzur” PUA istehsal olunub - Sputnik Azərbaycan, 1920, 25.09.2024
Abunə olmaq
İşağldan azad olunan ərazilərimiz minalardan təmizləndikdən sonra torpaqda qalan radiasiyaların aradan qaldırılmasında PUA-nın istifadəsi vaxta əhəmiyyətli dərəcədə qənaət edir.
BAKI, 25 sentyabr — Sputnik. Azərbaycanda "Zəngəzur" pilotsuz uçuş aparatı (PUA) istehsal olunub.
PUA ilk dəfə Bakıda keçirilən "ADEX-2024" Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.
"Zəngəzur" PUA-sı radioekoloji monitorinq üçün nəzərdə tutulub. İşağldan azad olunan ərazilərimiz minalardan təmizləndikdən sonra torpaqda qalan radiasiyaların aradan qaldırılmasında PUA-nın istifadəsi vaxta əhəmiyyətli dərəcədə qənaət edir.
PUA-nın təkmilləşdirilərək döyüş zamanı istifadəsi də nəzərdə tutulub.
Qeyd edək ki, regionda müdafiə sənayesinə həsr edilmiş ən nəhəng tədbir olan "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi davam edir. Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və "Caspian Event Organisers" şirkətinin təşkilati dəstəyi ilə "Bakı Ekspo Mərkəzi"ndə keçirilən həmin genişmiqyaslı tədbir regionun ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir.
Sərgilərdə 40 ölkədən 218-dək şirkət iştirak edir. İştirakçı ölkələr Azərbaycanla yanaşı, ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, İspaniya, İsrail, İtaliya, Litva, Macarıstan, Pakistan, Qətər, Rusiya Federasiyası, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləridir. Builki sərgilər iştirakçıların ümumi sayının 34 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. İştirakçı ölkələr arasında Macarıstan, Qətər, Sinqapur və Slovakiya 2022-ci illə müqayisədə sərgilərin yeni iştirakçılarıdır.
On dörd ölkə isə milli pavilyonla təmsil olunur. Belə ki, Azərbaycan, Belarus, Çexiya, Çin, İtaliya, İsrail, Macarıstan, Pakistan, Qətər, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukrayna sərgilərdə milli pavilyonla iştirak edirlər. 2022-ci il ilə müqayisədə iştirakçıların sayında 32 faiz artım qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0