Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan və Rusiya kənd təsərrüfatı sahəsində qüvvələrini birləşdirmək istəyir

© Photo : Ministry of Agriculture (Azerbaijan)Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib
Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib
 - Sputnik Azərbaycan, 1920, 25.09.2024
Abunə olmaq
Azərbaycan-Rusiya İşçi Qrupunun iclasında qeyd olunub ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
BAKI, 25 sentyabr — Sputnik. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun beşinci iclası keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib ki, iclasda Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Rusiyanın kənd təsərrüfatı nazirinin müavini Sergey Levin, iki ölkənin müvafiq strukturları və aqrar sahədə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.
İclasda Azərbaycan və Rusiya arasında kənd təsərrüfatında mövcud vəziyyətə toxunulub, tərəflər Azərbaycan ilə Rusiya arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələrin inkişaf etdiyini vurğulayıblar.
© Photo : Ministry of Agriculture (Azerbaijan)Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib
Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib
 - Sputnik Azərbaycan, 1920, 25.09.2024
Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib
İşçi Qrupunun iclasında iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi sahələrində əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Qeyd olunub ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Tərəflər müzakirə olunan məsələlər üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib, gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
İclas çərçivəsində kənd təsərrüfatı sahəsində yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib, əlaqələrin genişləndirilməsi məqsədilə qurumlar arasında davamlı dialoqun qurulmasının vacibliyi vurğulanıb.
Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi artır
Qeyd edək ki, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi artır. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz və ya 127,5 milyon dollar çoxdur. Ötən dövründə Azərbaycanın Rusiyadan idxalı 10,6 faiz artaraq 1,9 milyard dollara çatıb.
Hesabat dövründə Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdə qərarlaşıb. Belə ki, cari ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiyaya 641 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Azərbaycandan Rusiyaya əsasən meyvə-tərəvəz, meyvə şirələri və digər məhsullar ixrac edilib. 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 9,57 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Azərbaycan Rusiyaya aqrar məhsulların əsas tədarükçülərindən biridir
Xatırladaq ki, bundan öncə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Oksana Lut ilə görüşüb. Görüşdə dövlət başçılarının birgə səyləri nəticəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin siyasi, ticari-iqtisadi, energetika, nəqliyyat-tranzit, humanitar və bir çox digər sahələrdə yüksək inkişaf dinamikası nümayiş etdirdiyi bildirilib.
Vurğulanıb ki, iki ölkə arasında iqtisadiyyatın bütün istiqamətlərində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsullarının əsas tədarükçülərindən biri olduğu qeyd edilib. Kənd təsərrüfatı məhsullarının təchizatının artırılması ilə bağlı qarşılıqlı maraq ifadə olunub.
Görüşdə iki ölkə arasında aqrar-sənaye kompleksinin müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0