https://sputnik.az/20240925/azerbaycan-elektrik-enerji-istehsalinda-berpaolunan-enerji-menbelerinin-payini-artiracaq-467640110.html
Azərbaycan elektrik enerji istehsalında bərpaolunan enerji mənbələrinin payını artıracaq
Azərbaycan elektrik enerji istehsalında bərpaolunan enerji mənbələrinin payını artıracaq
Sputnik Azərbaycan
Nazir qeyd edib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. 25.09.2024, Sputnik Azərbaycan
2024-09-25T22:23+0400
2024-09-25T22:23+0400
2024-09-25T19:00+0400
elektrik enerjisi
iqtisadiyyat
kənd təsərrüfatı
kənd təsərrüfatı nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426771234_0:0:2695:1517_1920x0_80_0_0_7abdfa4a6f1c5a9849253b10faeecc72.jpg
BAKI, 25 sentyabr — Sputnik. Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını, elektrik enerjisi istehsalında isə bərpaolunan enerji mənbələrinin payını 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Avropa və Mərkəzi Asiya ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirilməsi" mövzusunda keçirilən regional iqlim konfransında bildirib. Nazir qeyd edib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. "Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritet təşkil edir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu Çərçivə Konvensiyası üzrə Tərəflərin Konfransına bu il Azərbaycan ev sahibliyi edəcək. COP29-un Azərbaycanda aqrar və ekoloji siyasətlərin qabaqcıl beynəlxalq təcrübələrə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq", M.Məmmədov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə innovativ yanaşmaların və alətlərin istifadəsi ətraf mühitin qorunması ilə yanaşı, kənd təsərrüfatının davamlılığına, ekoloji təmiz ərzaqla təminatına, habelə kənd yerlərində rifahın artmasına töhfə verəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426771234_0:0:2695:2021_1920x0_80_0_0_cf698d6cb6e71388ad42a1195e39e35c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
elektrik enerjisi, kənd təsərrüfatı, kənd təsərrüfatı nazirliyi
elektrik enerjisi, kənd təsərrüfatı, kənd təsərrüfatı nazirliyi
Azərbaycan elektrik enerji istehsalında bərpaolunan enerji mənbələrinin payını artıracaq
Nazir qeyd edib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub.
BAKI, 25 sentyabr — Sputnik. Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını, elektrik enerjisi istehsalında isə bərpaolunan enerji mənbələrinin payını 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Avropa və Mərkəzi Asiya ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirilməsi" mövzusunda keçirilən regional iqlim konfransında bildirib.
Nazir qeyd edib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub.
"Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritet təşkil edir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu Çərçivə Konvensiyası üzrə Tərəflərin Konfransına bu il Azərbaycan ev sahibliyi edəcək. COP29-un Azərbaycanda aqrar və ekoloji siyasətlərin qabaqcıl beynəlxalq təcrübələrə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq", M.Məmmədov bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə innovativ yanaşmaların və alətlərin istifadəsi ətraf mühitin qorunması ilə yanaşı, kənd təsərrüfatının davamlılığına, ekoloji təmiz ərzaqla təminatına, habelə kənd yerlərində rifahın artmasına töhfə verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.