Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Pərakəndə ticarət şəbəkəsində əhalinin xərcləri

Abunə olmaq
Azərbaycan əhalisi ən çox vəsaiti - 21 milyard manata yaxın olmaqla ərzaq məhsullarına xərcləyib. Yanvar-avqust aylarında ölkə əhalisinin xərcləri haqqında daha ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində Azərbaycanda istehlakçılara 37,2 milyard manat məbləğində ərzaq məhsulları, içki və tütün məmulatları, 16,6 milyard məbləğində isə qeyri-ərzaq məhsulları satılıb.
Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,5%, o cümlədən ərzaq məhsulları, içki və tütün məmulatları üzrə 1,9%, qeyri-ərzaq məhsulları üzrə isə 5,5% artıb.
Eyni zamanda, Azərbaycan əhalisi ən çox vəsaiti - 21 milyarda yaxın olmaqla ərzaq məhsullarına xərcləyib, toxuculuq və ayaqqabılara 4,8 milyard, avtomobil yanacağına isə 2,1 milyard manat pul sərf edib.
Hesabat dövründə bir nəfər ayda orta hesabla 456,1 manatlıq mal, o cümlədən 252,2 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 203,9 manatlıq isə qeyri-ərzaq məhsulları alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0