https://sputnik.az/20240924/cecenistanda-saxlanilan-uc-azerbaycan-vetendasi-olkeye-getirilib-467613687.html
Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib
Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib
Sputnik Azərbaycan
BAKI, 24 sentyabr — Sputnik. Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşının ölkəyə qayıdışı təmin edilib. 24.09.2024, Sputnik Azərbaycan
2024-09-24T19:15+0400
2024-09-24T19:15+0400
2024-09-24T19:16+0400
çeçenistan
azərbaycan xəbərləri
azərbaycan
azərbaycan
vətəndaş
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e8/01/07/461805013_0:160:3072:1888_1920x0_80_0_0_bc2662ed58336a7c66b54bc1b9c8942c.jpg
BAKI, 24 sentyabr — Sputnik. Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşının ölkəyə qayıdışı təmin edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir. Qeyd edilib ki, Azərbaycan vətəndaşları 1975-ci il təvəllüdlü Şirinov Elxan Əkbər oğlunun, 1982-ci il təvəllüdlü Məhərrəmov Vüqar Nazim oğlunun və 2004-cü il təvəllüdlü Rzayev Nihad Tafdıq oğlunun saxlanıldığı barədə məlumat daxil olan kimi, onların ölkəyə geri qaytarılması məqsədilə dərhal Rusiya Xarici İşlər Nazirliyinə nota ünvanlanıb, Rusiya XİN-i və digər aidiyyəti qurumları ilə danışıqlar aparılıb. Bildirilib ki, bununla yanaşı, saxlanılmış vətəndaşlar ilə səfirlik tərəfindən telefon danışığı baş tutub. "Azərbaycan vətəndaşlarının ölkəyə geri qaytarılması istiqamətində aparılmış iş nəticəsində, qeyd edilən vətəndaşlarımızın 21 sentyabr tarixində Rusiya ilə dövlət sərhəd keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib", - məlumatda deyilir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/07/461805013_171:0:2902:2048_1920x0_80_0_0_95939a1416d58aabd425824ae39874a9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çeçenistan, azərbaycan, azərbaycan, vətəndaş, rusiya
çeçenistan, azərbaycan, azərbaycan, vətəndaş, rusiya
Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib
19:15 24.09.2024 (Yenilənib: 19:16 24.09.2024) BAKI, 24 sentyabr — Sputnik. Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşının ölkəyə qayıdışı təmin edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.
Qeyd edilib ki, Azərbaycan vətəndaşları 1975-ci il təvəllüdlü Şirinov Elxan Əkbər oğlunun, 1982-ci il təvəllüdlü Məhərrəmov Vüqar Nazim oğlunun və 2004-cü il təvəllüdlü Rzayev Nihad Tafdıq oğlunun saxlanıldığı barədə məlumat daxil olan kimi, onların ölkəyə geri qaytarılması məqsədilə dərhal Rusiya Xarici İşlər Nazirliyinə nota ünvanlanıb, Rusiya XİN-i və digər aidiyyəti qurumları ilə danışıqlar aparılıb.
Bildirilib ki, bununla yanaşı, saxlanılmış vətəndaşlar ilə səfirlik tərəfindən telefon danışığı baş tutub.
"Azərbaycan vətəndaşlarının ölkəyə geri qaytarılması istiqamətində aparılmış iş nəticəsində, qeyd edilən vətəndaşlarımızın 21 sentyabr tarixində Rusiya ilə dövlət sərhəd keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib", - məlumatda deyilir.