DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Borrell: Livanda münaqişənin genişlənməsi genişmiqyaslı müharibəyə yaxındır

© Yves Herman, Pool via APAİ diplomatiya rəhbəri Josep Borrell
Aİ diplomatiya rəhbəri Josep Borrell  - Sputnik Azərbaycan, 1920, 24.09.2024
Abunə olmaq
Livanda döyüşlər nəticəsində daha çox itki və dağıntılar qeydə alınır və oradakı eskalasiya son dərəcə təhlükəli və narahatedicidir.
BAKI, 24 sentyabr — Sputnik. Livanda vəziyyət tammiqyaslı müharibəyə yaxındır.
Aİ diplomatiya rəhbəri Josep Borrell bu barədə Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirib.
Borrelin sözlərinə görə, "Livanda döyüşlər nəticəsində daha çox itki və dağıntılar qeydə alınır."
"Livanda eskalasiya son dərəcə təhlükəli və narahatedicidir. Deyə bilərəm ki, biz, demək olar ki, genişmiqyaslı müharibə vəziyyətindəyik".
Xatırladaq ki, İsrail Ordusu Livanda şiə "Hizbullah" hərəkatının son iki onillikdə tikilmiş hərbi infrastrukturuna zərbələr endirməyə başlayıb. Livanda başlayan hücum əməliyyatı "Şimal oxları" adlanıb.
Xəbər lenti
0