https://sputnik.az/20240923/yeddinci-cagiris-milli-meclisin-sedri-sedrin-birinci-muavini-ve-muavinleri-secilib-467588906.html
Yeddinci çağırış Milli Məclisin sədri, sədrin birinci müavini və müavinləri seçilib
Yeddinci çağırış Milli Məclisin sədri, sədrin birinci müavini və müavinləri seçilib
Sputnik Azərbaycan
Sahibə Qafarova yenidən Milli Məclisin sədri seçilib. Bu barədə məsələ VII çağırış parlamentin ilk iclasında səsverməyə çıxarılıb. 23.09.2024, Sputnik Azərbaycan
2024-09-23T13:07+0400
2024-09-23T13:07+0400
2024-09-23T13:07+0400
milli məclis
azərbaycan xəbərləri
sədr
müavin
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40522/87/405228747_0:235:4513:2773_1920x0_80_0_0_0e626c74476d38a0e22e09cd0d7beaa2.jpg
BAKI, 23 sentyabr — Sputnik. Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir. İclasa sədrlik edən Ziyad Səmədzadə yeddinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. Sonra Ziyad Səmədzadə iclasın gündəliyini təqdim edib. Gündəliyə əsasən Milli Məclis sədrinin seçilməsi məsələsi müzakirə olunub. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədrliyinə namizədliyi irəli sürülüb. Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə minnətdarlığını bildirib. Sonra səsvermə olub və Sahibə Qafarova Milli Məclisin sədri seçilib. Milli Məclis sədrinin I müavini postuna namizəd irəli sürülüb. Əli Əhmədovun namizədliyi Milli Məclisin bu gün yeni tərkibdə keçirilən ilk iclasında irəli sürülüb. Əli Əhmədov Milli Məclis sədrinin I müavini seçilib. Ziyafət Əsgərovun namizədliyi Milli Məclisin bu gün yeni tərkibdə keçirilən ilk iclasında irəli sürülüb. Ziyafət Əsgərov Milli Məclis sədrinin müavini seçilib. Musa Qasımlı Milli Məclis sədrinin müavini olub. VII Çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında bu posta seçilib. Musa Qasımlı parlamentdəki bitərəflərin nümayəndəsi kimi bu postda təmsil olunacaq. Rafael Hüseynov Milli Məclis sədrinin müavini olub. Rafael Hüseynov VII Çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında bu posta seçilib. Rəfael Hüseynov parlamentdəki azlığın nümayəndəsi kimi bu postda təmsil olunacaq. Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40522/87/405228747_250:0:4261:3008_1920x0_80_0_0_fc14e183734d2fcb32da1134c8315820.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
milli məclis, sədr, müavin, azərbaycan
milli məclis, sədr, müavin, azərbaycan
Yeddinci çağırış Milli Məclisin sədri, sədrin birinci müavini və müavinləri seçilib
Sahibə Qafarova yenidən Milli Məclisin sədri seçilib. Bu barədə məsələ VII çağırış parlamentin ilk iclasında səsverməyə çıxarılıb.
BAKI, 23 sentyabr — Sputnik. Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.
İclasa sədrlik edən Ziyad Səmədzadə yeddinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. Sonra Ziyad Səmədzadə iclasın gündəliyini təqdim edib. Gündəliyə əsasən Milli Məclis sədrinin seçilməsi məsələsi müzakirə olunub. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədrliyinə namizədliyi irəli sürülüb. Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə minnətdarlığını bildirib.
Sonra səsvermə olub və Sahibə Qafarova Milli Məclisin sədri seçilib.
Milli Məclis sədrinin I müavini postuna namizəd irəli sürülüb. Əli Əhmədovun namizədliyi Milli Məclisin bu gün yeni tərkibdə keçirilən ilk iclasında irəli sürülüb. Əli Əhmədov Milli Məclis sədrinin I müavini seçilib.
Ziyafət Əsgərovun namizədliyi Milli Məclisin bu gün yeni tərkibdə keçirilən ilk iclasında irəli sürülüb. Ziyafət Əsgərov Milli Məclis sədrinin müavini seçilib.
Musa Qasımlı Milli Məclis sədrinin müavini olub. VII Çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında bu posta seçilib. Musa Qasımlı parlamentdəki bitərəflərin nümayəndəsi kimi bu postda təmsil olunacaq.
Rafael Hüseynov Milli Məclis sədrinin müavini olub. Rafael Hüseynov VII Çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında bu posta seçilib. Rəfael Hüseynov parlamentdəki azlığın nümayəndəsi kimi bu postda təmsil olunacaq.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.