https://sputnik.az/20240923/turkiye-set-brks-ve-asean-ile-emekdasligi-guclendirmek-niyyetindedir--erdogan-467582023.html
Türkiyə ŞƏT, BRİKS və ASEAN ilə əməkdaşlığı gücləndirmək niyyətindədir – Ərdoğan
Türkiyə ŞƏT, BRİKS və ASEAN ilə əməkdaşlığı gücləndirmək niyyətindədir – Ərdoğan
Sputnik Azərbaycan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitinə dəvəti qəbul edib. 23.09.2024, Sputnik Azərbaycan
2024-09-23T13:13+0400
2024-09-23T13:13+0400
2024-09-23T13:13+0400
ərdoğan
dünya xəbərləri
şanxay əməkdaşlıq təşkilatı
briks
rusiya-asean sammiti
https://cdnn1.img.sputnik.az/img/07e8/09/17/467581856_0:260:3072:1988_1920x0_80_0_0_fddd3c8918bab5583cd5af87a308ddb9.jpg
BAKI, 23 sentyabr — Sputnik. Türkiyə ŞƏT, BRİKS və ASEAN ilə əməkdaşlığı gücləndirmək niyyətindədir və bu istiqamətdə mühüm addımlar atır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bundan əvvəl Türkiyənin BRİKS-ə tam üzv olmaq üçün müraciət etdiyini, ərizəyə baxılacağını bildirmişdi. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitinə dəvəti qəbul edib. Xatırladaq ki, BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur. Rusiya Federasiyasından başqa, Braziliya, Hindistan, Çin və Cənubi Afrika, 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulublar. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyası özünün sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbirlər təşkil edir. ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Buraya Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir. 2024-cü ilin iyulunda Astanada keçirilən sammitdə Belarus rəsmi olaraq onlara qoşuluB. Müşahidəçi ölkələr Əfqanıstan və Monqolustan, ŞƏT üzrə dialoq üzrə tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə, Şri-Lankadır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/17/467581856_341:0:3072:2048_1920x0_80_0_0_b4dce25746eee1cc22b23dded1e5fe4f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ərdoğan, şanxay əməkdaşlıq təşkilatı, briks , rusiya-asean sammiti
ərdoğan, şanxay əməkdaşlıq təşkilatı, briks , rusiya-asean sammiti
Türkiyə ŞƏT, BRİKS və ASEAN ilə əməkdaşlığı gücləndirmək niyyətindədir – Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitinə dəvəti qəbul edib.
BAKI, 23 sentyabr — Sputnik. Türkiyə ŞƏT, BRİKS və ASEAN ilə əməkdaşlığı gücləndirmək niyyətindədir və bu istiqamətdə mühüm addımlar atır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bundan əvvəl Türkiyənin BRİKS-ə tam üzv olmaq üçün müraciət etdiyini, ərizəyə baxılacağını bildirmişdi. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitinə dəvəti qəbul edib.
"Qərb dünyası ilə əməkdaşlığı inkişaf etdirərkən, Şərqi də diqqətdən kənarda qoymuruq. Biz Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), BRİKS və ASEAN ilə dialoqumuzu gücləndirmək niyyətindəyik. Bu istiqamətdə son vaxtlar mühüm addımlar atmışıq. Biz tam fərqli bir ab-havaya nail olmuşuq. Biz bundan sonra da Türkiyəyə diqqət yönəldərək və ölkəmizin maraqlarını ön plana çıxararaq, müxtəlif regional təşkilatlarla əməkdaşlığımızı inkişaf etdirməyə davam edəcəyik", - Türkiyənin dövlət agentliyi olan "Anadolu" Amerika Birləşmiş Ştatlarında səfərdə olan Türkiyə liderinin sözlərini sitat gətirib.
Xatırladaq ki, BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur. Rusiya Federasiyasından başqa, Braziliya, Hindistan, Çin və Cənubi Afrika, 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulublar. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyası özünün sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbirlər təşkil edir.
ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Buraya Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir. 2024-cü ilin iyulunda Astanada keçirilən sammitdə Belarus rəsmi olaraq onlara qoşuluB. Müşahidəçi ölkələr Əfqanıstan və Monqolustan, ŞƏT üzrə dialoq üzrə tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə, Şri-Lankadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.