Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Tələbələrə hansı güzəştlər olacaq?

© iStock.com / Drazen ZigicAuditoriyada tələbələr, arxiv
Auditoriyada tələbələr, arxiv - Sputnik Azərbaycan, 1920, 23.09.2024
Abunə olmaq
Bu günə kimi Fonda 54 minə yaxın müraciət daxil olub, 42 minə yaxın təhsil krediti müqaviləsi rəsmiləşib.
BAKI, 23 sentyabr — Sputnik. Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı hər hansı qayda dəyişikliyi və ya yeniliyin tətbiq edilməsi məqsədilə mütəmadi olaraq araşdırmalar aparılır, beynəlxalq təhlillər edilir.
Trtend-in xəbərinə görə, bu barədə Təhsil Tələbə Kredit Fondundan məlumat verilib. Qeyd edilib ki, Fonda ümumi rəhbərlik Himayəçilik Şurası tərəfindən həyata keçirilir:

"İldə bir neç dəfə Şuranın iclası keçirilir. Bu iclaslarda yeni təkliflər səsləndirilir, müzakirə olunur və qərarlar qəbul edilir. Yalnız bundan sonra Qaydalara əlavə və dəyişikliklər edilir. Qeyd olunan məsələ və ya digər yeniliklərlə bağlı hər hansı rəsmi qərar olarsa və qaydalara dəyişiklik edilərsə, ictimaiyyətə məlumat veriləcək".

Bildirilir ki, bu günə kimi Fonda 54 minə yaxın müraciət daxil olub, 42 minə yaxın təhsil krediti müqaviləsi rəsmiləşib.
"Yeni tədris ilində, yəni 2024-2025-ci tədris ilinin başlanğıcında elektron portala 7600-dən çox müraciət daxilolub, təqribən 4700 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib. Digər müraciətlər hazırda emal prosesindədir. Hal-hazırda da tələbələr TTK-ya müraciət edir. Tələbələr payız semestrinin sonuna kimi e-ttkf.edu.az portal vasitəsilə kredit üçün müraciət edə bilərlər", - məlumatda deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0