https://sputnik.az/20240923/sumuk-iliyinin-kocurulmesinde-esas-problem-donorun-tapilmamasidir---nazir-muavini-467579127.html
Sümük iliyinin köçürülməsində əsas problem donorun tapılmamasıdır - Nazir müavini
Sümük iliyinin köçürülməsində əsas problem donorun tapılmamasıdır - Nazir müavini
Sputnik Azərbaycan
N.Zeynalov bildirib ki, 10 il ərzində ölkəmiz bu sahədə böyük təcrübə qazanıb. Ölkəmizdə bu xəstələrin əksəriyyəti uşaqlar və yeniyetmələrdir. 23.09.2024, Sputnik Azərbaycan
2024-09-23T16:21+0400
2024-09-23T16:21+0400
2024-09-23T16:21+0400
sümük
səhiyyə
nazir müavini
səhiyyə nazirliyi
azərbaycan
donor
transplantasiya
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1c/460912349_0:157:3080:1890_1920x0_80_0_0_9ca090374f4878fa75334d80004a04f1.jpg
BAKI, 23 sentyabr — Sputnik. Sümük iliyinin köçürülməsi əsasən qan xəstəliklərinin müalicəsi üçün tətbiq olunan üsuldur. Sümük iliyinin köçürülməsi prosesi 70-dən artıq xəstəliklərin müalicəsində istifadə olunur. Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov sümük iliyi transplantasiyasının 10 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda deyib. N.Zeynalov bildirib ki, 10 il ərzində ölkəmiz bu sahədə böyük təcrübə qazanıb:Səhiyyə nazirinin müavini bu sahədə problemlərin mövcud olduğunu da bildirib. O, əsas problemin donorun tapılmaması ilə bağlı olduğunu qeyd edərək əlavə edib:"Dünya üzrə sümük iliyi geniş tətbiq olunan ölkələrdə 20 milyondan artıq donor haqqında məlumat var. İnsanlar arasında donor olmaq haqqında kampaniyaların aparılması vacibdir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1c/460912349_175:0:2906:2048_1920x0_80_0_0_b61b8832ca830b4a9104c6226ea534de.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sümük, nazir müavini, səhiyyə nazirliyi, azərbaycan, donor, transplantasiya
sümük, nazir müavini, səhiyyə nazirliyi, azərbaycan, donor, transplantasiya
Sümük iliyinin köçürülməsində əsas problem donorun tapılmamasıdır - Nazir müavini
N.Zeynalov bildirib ki, 10 il ərzində ölkəmiz bu sahədə böyük təcrübə qazanıb. Ölkəmizdə bu xəstələrin əksəriyyəti uşaqlar və yeniyetmələrdir.
BAKI, 23 sentyabr — Sputnik. Sümük iliyinin köçürülməsi əsasən qan xəstəliklərinin müalicəsi üçün tətbiq olunan üsuldur. Sümük iliyinin köçürülməsi prosesi 70-dən artıq xəstəliklərin müalicəsində istifadə olunur.
Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov sümük iliyi transplantasiyasının 10 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda deyib.
N.Zeynalov bildirib ki, 10 il ərzində ölkəmiz bu sahədə böyük təcrübə qazanıb:
"Ölkəmizdə bu xəstələrin əksəriyyəti uşaqlar və yeniyetmələrdir. Sümük iliyinin köçürülməsi üçün ölkəmizdə zəruri maddi-texniki baza və kadr hazırlığı mövcuddur. 10 il ərzində ölkəmizdə 200-ə yaxın xəstəyə sümük iliyi transplantasiyası həyata keçirilib. Bu müalicənin kontingenti əsasən talassemiyalı xəstələrdir. Müalicələrin nəticəsi də çox yaxşıdır".
Səhiyyə nazirinin müavini bu sahədə problemlərin mövcud olduğunu da bildirib. O, əsas problemin donorun tapılmaması ilə bağlı olduğunu qeyd edərək əlavə edib:
"Dünya üzrə sümük iliyi geniş tətbiq olunan ölkələrdə 20 milyondan artıq donor haqqında məlumat var. İnsanlar arasında donor olmaq haqqında kampaniyaların aparılması vacibdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.