https://sputnik.az/20240923/rusiyanin-tikinti-nehengleri-azerbaycan-bazarinda-bazarda-keyfiyyet-ve-reqabet-guclenecek-467500156.html
Rusiyanın tikinti nəhəngləri Azərbaycan bazarında-Bazarda keyfiyyət və rəqabət güclənəcək
Rusiyanın tikinti nəhəngləri Azərbaycan bazarında-Bazarda keyfiyyət və rəqabət güclənəcək
Sputnik Azərbaycan
Elnur Azadov bildirib ki, tikinti materiaları bazarında söz sahibi olan istehsalçıların Azərbaycanda fəaliyyəti rəqabət mühitinin yaranmasına, keyfiyyətə və... 23.09.2024, Sputnik Azərbaycan
2024-09-23T08:43+0400
2024-09-23T08:43+0400
2024-09-23T08:43+0400
azərbaycan
iqtisadiyyat
rusiya
tikinti
tikinti şirkətləri
tikinti sektoru
ekspert
millət vəkili
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0d/465361058_0:157:3083:1891_1920x0_80_0_0_03ba5c9c19d821baf6ba667e30b69b02.jpg
BAKI, 23 sentyabr — Sputnik. "Rusiyanın tikinti şirkətlərinin ölkəmizdə fəaliyyəti rəqabəti gücləndirir. Rəqabət olan yerdə isə qiymətlərin aşağı düşməsi gözlənilir. Bu sözsüz ki, keyfiyyətə də təsirsiz ötüşməyəcək. Çünki, rəqabət bilavasitə keyfiyyətə təsir edir". Bunu Sputnik Azərbaycan-a Rusiyanın ölkəmizdə tikinti sektorunda layihələr reallaşdırmasına münasibət bildirən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev bildirib. O, bildirib ki, xarici ölkələrin tikinti şirkətləri Azərbaycana nə qədər maraq göstərərsə, sərmayə qoyarsa ölkəmiz və vətəndaşların mənafeyi üçün o qədər əhəmiyyətlidir. Deputat xüsusi vurğulayıb ki, Azərbaycan demokratik ölkə olaraq dünyaya açıqdır. Xarici ölkələrlə əlaqələrin möhkəmləndirilməsinə önəm verir. Onun sözlərinə görə, Azərbaycanın beynəlxlaq əməkdaşlıq sahəsində həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində də böyük rol oynayır. Millət vəkili bildirib ki, dövlət başçısı da xarici investorlarının Azəbaycana sərmayə qoymasının əhəmiyyətini qyed edib. O bunun üçün xarici investprlara şərait yaradılacağını söyləyib. deputat xüsusi vurğulayıb ki, bu gün xarici şirkətlər işğaldan azad olunmuş ərazilərimizdə tikinti işlərində yaxından iştirak edirlər. "Rusiyanın tikinti şirkətləri texnoloji baxımdan çox güclüdür" "Rusiyanın tikinti şirkətlərinin Azərbaycanda tikinti sektorunda layihələr həyata keçirməyə maraq göstərməsi müsbət addımdır. Çünki, Rusiyanın inşaat materialları bazarı çox güclü inkişaf edib". Bunu isə Sputnik Azərbaycan-a açıqlamasında daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov söyləyib. O, bildirib ki, Rusiyanın tikinti sektorunda fəaliyyət göstərən şirkətlər arasında ciddi rəqabət var. Onlar daim yeni bazarlar axtarmaqda davam edirlər. Tikinti bazarında "rus malı"na inam və təlabat hələ də böyükdür "Rusiyanın tikinti sektorunda fəalliyyət göstərən şirkıtləri texnoloji baxımından çox güclüdür. Onların tikinti materialları istehsal edən zavodlarının çox güclü laboratoriyaları var. Ona görə də, Rusiyanın tikinti materialları digər ölkələrdə bazarda özünə alıcı toplaya bilir. Azərbaycanda Rusiyada istehsal olunan tikinti materiallarının keyfiyyətinə böyük inam var. Bu ölkədən Azərbaycana idxal edilən tikinti materialları keyfiyyətinə görə alıcıların rəğbətini qazanıb. Artıq son illər Azərbaycanda da tikinti materialları istehsal edən zavodların sayı artıb. Tikinti materiaları bazarında söz sahibi olan istehsalçıların Azərbaycanda fəaliyyəti rəqabət mühitinin yaranmasına, keyfiyyətə və qiymətə müsbət təsir edəcək", deyə Elnur Azadov bildirib. Həmsöhbətimiz deyir ki, hazırda tikinti şirkətlərinin istehsal etdiyi tikinti materiallarının 90 faizi yerli istehsaldır. Amma elə tikinti materialları var ki, hələ də tikinti şirkətləri onları Rusiyadan idxal edirlər: "Rusiya bazarından Azərbaycana taxta-şalban materialları daim idxal olunur. Çünki, Rusiyanın bu sahədə böyük istehsalat bazaları var. Bəzi elektrik təhcizatı malları var ki, məhz Rusiya istehsalı olan məhsullara böyük təlabat var. Armatur istehsalında keyfiyyətə görə Rusiya məhsulları fərqlənir". E. Azadov deyir ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra xarici tikinti şirkətlərin Azərbaycanda fəaliyyətinə təlabat yaranıb. Azad olunmuş torpaqlarımızda böyük tikinti-quruculuq işləri həmçinin tikinti materiallarına təlabatı da artırıb. Ekspert buna görə hələ bir neçə il ölkəmizdə tikinti materiallarına tələbin yüksək olacağını, bu sektorda fəaliyyət göstərən şirkətlərin Azərbaycanda istehsal müəssisələri yaratmasının müsbət addım olduğunu bildirib. Rusiyanın tikinti sahəsində təcrübəsindən yararlanmaq lazımdır Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə deyir ki, Rusiyanın şəhərsalma, eləcə də yol tikintisi ilə bağlı böyük təcrübəsi var. Bu təcrübələrin Azərbaycanla bölüşülməsi, eləcə də şimal qonşumuzun ölkəmizdəki tikinti layihələrində iştirakı keyfiyyətin yüksəlməsinə xidmət edəcək. "Rusiyanın yerləşdiyi ərazilərin çoxu bataqlılardan ibarət olub. Xüsusilə Rusiyada yolların çoxu bataqlıqlar qurudularaq salınıb. Bataqlıq ərazilərindən yol çəkilməsi böyük peşəkarlıq tələb edir. Bu yollar elə peşəkarlıqla salınmalıdır ki, çökmələr olmasın. Bu baxımdan Rusiyanın təcrübəsindən Azərbaycanda da istifadə edilə bilər", Elnur Fərzəliyev bildirib. Ekspert deyib ki, Rusiyanın tikinti şirkətlərinin ölkəmizdə yeni istehsal müəssisələri yaratması qiymətə təsir edəcək. Yerli bazarda keyfiyyətli, amma ucuz tikinti materiallarının faizi yüksələcək. Bu isə tikinti sektorunda, inşaatda keyfiyyətin yüksəlməsinə xidmət edəcək. Rusiya investorları Azərbaycana tikinti sektoruna sərmayə qoyur Qeyd edək ki, Rusiyanın tikinti şirkətləri Azərbaycanda layihələr reallaşdırmaq niyyətindədir. Oktyabrın 3-4-də Rusiya İxrac Mərkəzinin dəstəyi ilə tikinti sənayesində fəaliyyət göstərən şirkətlərin nümayəndələri Azərbaycana işgüzar səfərə gələcəklər. Bu barədə Rusiya İxrac Mərkəzinin saytında yayılan məlumatda deyilir. Missiyanın biznes proqramında Rusiya səfirliyinin və ticarət missiyasının, iki ölkənin inkişaf institutlarının nümayəndələri də iştirak edəcəklər. Rusiya şirkətlərinin əməkdaşlıq variantlarını müzakirə edəcəyi maraqlı tərəflər arasında tikinti məhsulları idxalçıları, inşaatçılar, proqramçılar və memarlıq büroları var. Bildirilir ki, Bakıda 20-yə yaxın yerli istehsalçı potensial tərəfdaşlarla əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edəcək. Rusiyanın müxtəlif regionlarından olan şirkətlər Azərbaycanda müasir tikinti materialları və avadanlıqları, dizayn üzrə innovativ həllər təqdim edəcəklər. Missiya çərçivəsində maraqlı potensial tərəfdaşlar və alıcılar seçiləcək, eləcə də Azərbaycanın ixtisaslaşmış müəssisələrində yerində görüşlər təşkil olunacaq. Onu da xatırladaq ki, Rusiya Federasiyasının Bakıdakı ticarət nümayəndəsi Ruslan Mirsayapov bildirmişdi ki, Novosibirsk kompozit üzlük panelləri istehsalçısı Ələt azad iqtisadi zonasında müasir zavod tikir. "Rusiyanın Azərbaycan Respublikasındakı Ticarət Nümayəndəliyinin nəzdində fəaliyyət göstərən biznes klubunun üzvü Azərbaycanda UHOM tikinti hipermarketi üçün layihə həyata keçirir", - deyə Mirsayapov bildirib. O, əlavə edib ki, tikinti materiallarının istehsalı və tədarükü sahəsində qarşılıqlı fəaliyyət çox vacibdir, çünki respublikada sənaye və mülki tikintinin həcmi artır. Ticarət nümayəndəsi qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti sektorunda mühüm layihələr həyata keçirilir, o cümlədən Rusiya istehsalı olan məhsullardan istifadə edilir. Məlumat üçün bildirək ki, may ayında Azərbaycan İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonanın İnkişafı Agentliyinin və Tatarıstan Respublikasının Ximqrad texnopolisinin xüsusi layihənin operatoru olacaq birgə müəssisə yaratmaq planları barədə məlumat yayılmışdı. Saahəsi 10 hektar olan zona Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşir. Şirkətin əsas vəzifəsi bu sənaye parkında istehsal müəssisələri yaratmaq üçün rusiyalı sahibkarları Azərbaycana fəal şəkildə cəlb etmək olacaq. Layihə çərçivəsində Azərbaycan tərəfi mühəndislik və nəqliyyat infrastrukturunu təmin etməyi, sənaye binalarının tikintisini və ən əlverişli şəraiti təmin etməyi öhdəsinə götürür. Gözlənilir ki, bu əməkdaşlıq Azərbaycan iqtisadiyyatına Rusiya investisiyalarını artıracaq və tikinti materialları istehsalı sektoru, şübhəsiz ki, rusiyalı investorların diqqətindən yayınmayacaq.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0d/465361058_176:0:2907:2048_1920x0_80_0_0_162a945d4545e5ed834329f999b480fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, rusiya, tikinti, tikinti şirkətləri, tikinti sektoru, ekspert, millət vəkili
azərbaycan, rusiya, tikinti, tikinti şirkətləri, tikinti sektoru, ekspert, millət vəkili
Rusiyanın tikinti nəhəngləri Azərbaycan bazarında-Bazarda keyfiyyət və rəqabət güclənəcək
Elnur Azadov bildirib ki, tikinti materiaları bazarında söz sahibi olan istehsalçıların Azərbaycanda fəaliyyəti rəqabət mühitinin yaranmasına, keyfiyyətə və qiymətə müsbət təsir edəcək.
BAKI, 23 sentyabr — Sputnik. "Rusiyanın tikinti şirkətlərinin ölkəmizdə fəaliyyəti rəqabəti gücləndirir. Rəqabət olan yerdə isə qiymətlərin aşağı düşməsi gözlənilir. Bu sözsüz ki, keyfiyyətə də təsirsiz ötüşməyəcək. Çünki, rəqabət bilavasitə keyfiyyətə təsir edir".
Bunu Sputnik Azərbaycan-a Rusiyanın ölkəmizdə tikinti sektorunda layihələr reallaşdırmasına münasibət bildirən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev bildirib.
O, bildirib ki, xarici ölkələrin tikinti şirkətləri Azərbaycana nə qədər maraq göstərərsə, sərmayə qoyarsa ölkəmiz və vətəndaşların mənafeyi üçün o qədər əhəmiyyətlidir.
Deputat xüsusi vurğulayıb ki, Azərbaycan demokratik ölkə olaraq dünyaya açıqdır. Xarici ölkələrlə əlaqələrin möhkəmləndirilməsinə önəm verir. Onun sözlərinə görə, Azərbaycanın beynəlxlaq əməkdaşlıq sahəsində həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində də böyük rol oynayır.
Millət vəkili bildirib ki, dövlət başçısı da xarici investorlarının Azəbaycana sərmayə qoymasının əhəmiyyətini qyed edib. O bunun üçün xarici investprlara şərait yaradılacağını söyləyib. deputat xüsusi vurğulayıb ki, bu gün xarici şirkətlər işğaldan azad olunmuş ərazilərimizdə tikinti işlərində yaxından iştirak edirlər.
"Rusiyanın tikinti şirkətləri texnoloji baxımdan çox güclüdür"
"Rusiyanın tikinti şirkətlərinin Azərbaycanda tikinti sektorunda layihələr həyata keçirməyə maraq göstərməsi müsbət addımdır. Çünki, Rusiyanın inşaat materialları bazarı çox güclü inkişaf edib".
Bunu isə Sputnik Azərbaycan-a açıqlamasında daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov söyləyib.
O, bildirib ki, Rusiyanın tikinti sektorunda fəaliyyət göstərən şirkətlər arasında ciddi rəqabət var. Onlar daim yeni bazarlar axtarmaqda davam edirlər.
Tikinti bazarında "rus malı"na inam və təlabat hələ də böyükdür
"Rusiyanın tikinti sektorunda fəalliyyət göstərən şirkıtləri texnoloji baxımından çox güclüdür. Onların tikinti materialları istehsal edən zavodlarının çox güclü laboratoriyaları var. Ona görə də, Rusiyanın tikinti materialları digər ölkələrdə bazarda özünə alıcı toplaya bilir. Azərbaycanda Rusiyada istehsal olunan tikinti materiallarının keyfiyyətinə böyük inam var. Bu ölkədən Azərbaycana idxal edilən tikinti materialları keyfiyyətinə görə alıcıların rəğbətini qazanıb. Artıq son illər Azərbaycanda da tikinti materialları istehsal edən zavodların sayı artıb. Tikinti materiaları bazarında söz sahibi olan istehsalçıların Azərbaycanda fəaliyyəti rəqabət mühitinin yaranmasına, keyfiyyətə və qiymətə müsbət təsir edəcək", deyə Elnur Azadov bildirib.
Həmsöhbətimiz deyir ki, hazırda tikinti şirkətlərinin istehsal etdiyi tikinti materiallarının 90 faizi yerli istehsaldır. Amma elə tikinti materialları var ki, hələ də tikinti şirkətləri onları Rusiyadan idxal edirlər: "Rusiya bazarından Azərbaycana taxta-şalban materialları daim idxal olunur. Çünki, Rusiyanın bu sahədə böyük istehsalat bazaları var. Bəzi elektrik təhcizatı malları var ki, məhz Rusiya istehsalı olan məhsullara böyük təlabat var. Armatur istehsalında keyfiyyətə görə Rusiya məhsulları fərqlənir".
E. Azadov deyir ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra xarici tikinti şirkətlərin Azərbaycanda fəaliyyətinə təlabat yaranıb. Azad olunmuş torpaqlarımızda böyük tikinti-quruculuq işləri həmçinin tikinti materiallarına təlabatı da artırıb. Ekspert buna görə hələ bir neçə il ölkəmizdə tikinti materiallarına tələbin yüksək olacağını, bu sektorda fəaliyyət göstərən şirkətlərin Azərbaycanda istehsal müəssisələri yaratmasının müsbət addım olduğunu bildirib.
Rusiyanın tikinti sahəsində təcrübəsindən yararlanmaq lazımdır
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə deyir ki, Rusiyanın şəhərsalma, eləcə də yol tikintisi ilə bağlı böyük təcrübəsi var. Bu təcrübələrin Azərbaycanla bölüşülməsi, eləcə də şimal qonşumuzun ölkəmizdəki tikinti layihələrində iştirakı keyfiyyətin yüksəlməsinə xidmət edəcək.
"Rusiyanın yerləşdiyi ərazilərin çoxu bataqlılardan ibarət olub. Xüsusilə Rusiyada yolların çoxu bataqlıqlar qurudularaq salınıb. Bataqlıq ərazilərindən yol çəkilməsi böyük peşəkarlıq tələb edir. Bu yollar elə peşəkarlıqla salınmalıdır ki, çökmələr olmasın. Bu baxımdan Rusiyanın təcrübəsindən Azərbaycanda da istifadə edilə bilər", Elnur Fərzəliyev bildirib.
Ekspert deyib ki, Rusiyanın tikinti şirkətlərinin ölkəmizdə yeni istehsal müəssisələri yaratması qiymətə təsir edəcək. Yerli bazarda keyfiyyətli, amma ucuz tikinti materiallarının faizi yüksələcək. Bu isə tikinti sektorunda, inşaatda keyfiyyətin yüksəlməsinə xidmət edəcək.
Rusiya investorları Azərbaycana tikinti sektoruna sərmayə qoyur
Qeyd edək ki, Rusiyanın tikinti şirkətləri Azərbaycanda layihələr reallaşdırmaq niyyətindədir. Oktyabrın 3-4-də Rusiya İxrac Mərkəzinin dəstəyi ilə tikinti sənayesində fəaliyyət göstərən şirkətlərin nümayəndələri Azərbaycana işgüzar səfərə gələcəklər. Bu barədə Rusiya İxrac Mərkəzinin saytında yayılan məlumatda deyilir. Missiyanın biznes proqramında Rusiya səfirliyinin və ticarət missiyasının, iki ölkənin inkişaf institutlarının nümayəndələri də iştirak edəcəklər. Rusiya şirkətlərinin əməkdaşlıq variantlarını müzakirə edəcəyi maraqlı tərəflər arasında tikinti məhsulları idxalçıları, inşaatçılar, proqramçılar və memarlıq büroları var.
Bildirilir ki, Bakıda 20-yə yaxın yerli istehsalçı potensial tərəfdaşlarla əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edəcək. Rusiyanın müxtəlif regionlarından olan şirkətlər Azərbaycanda müasir tikinti materialları və avadanlıqları, dizayn üzrə innovativ həllər təqdim edəcəklər. Missiya çərçivəsində maraqlı potensial tərəfdaşlar və alıcılar seçiləcək, eləcə də Azərbaycanın ixtisaslaşmış müəssisələrində yerində görüşlər təşkil olunacaq.
Onu da xatırladaq ki, Rusiya Federasiyasının Bakıdakı ticarət nümayəndəsi Ruslan Mirsayapov bildirmişdi ki, Novosibirsk kompozit üzlük panelləri istehsalçısı Ələt azad iqtisadi zonasında müasir zavod tikir.
"Rusiyanın Azərbaycan Respublikasındakı Ticarət Nümayəndəliyinin nəzdində fəaliyyət göstərən biznes klubunun üzvü Azərbaycanda UHOM tikinti hipermarketi üçün layihə həyata keçirir", - deyə Mirsayapov bildirib. O, əlavə edib ki, tikinti materiallarının istehsalı və tədarükü sahəsində qarşılıqlı fəaliyyət çox vacibdir, çünki respublikada sənaye və mülki tikintinin həcmi artır.
Ticarət nümayəndəsi qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti sektorunda mühüm layihələr həyata keçirilir, o cümlədən Rusiya istehsalı olan məhsullardan istifadə edilir.
Məlumat üçün bildirək ki, may ayında Azərbaycan İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonanın İnkişafı Agentliyinin və Tatarıstan Respublikasının Ximqrad texnopolisinin xüsusi layihənin operatoru olacaq birgə müəssisə yaratmaq planları barədə məlumat yayılmışdı. Saahəsi 10 hektar olan zona Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşir. Şirkətin əsas vəzifəsi bu sənaye parkında istehsal müəssisələri yaratmaq üçün rusiyalı sahibkarları Azərbaycana fəal şəkildə cəlb etmək olacaq. Layihə çərçivəsində Azərbaycan tərəfi mühəndislik və nəqliyyat infrastrukturunu təmin etməyi, sənaye binalarının tikintisini və ən əlverişli şəraiti təmin etməyi öhdəsinə götürür. Gözlənilir ki, bu əməkdaşlıq Azərbaycan iqtisadiyyatına Rusiya investisiyalarını artıracaq və tikinti materialları istehsalı sektoru, şübhəsiz ki, rusiyalı investorların diqqətindən yayınmayacaq.