https://sputnik.az/20240923/reuters-randa-sepah-uzvlerine-rabite-vasitelerinden-istifade-qadagan-edilib-467591392.html
Reuters: İranda SEPAH üzvlərinə rabitə vasitələrindən istifadə qadağan edilib
Reuters: İranda SEPAH üzvlərinə rabitə vasitələrindən istifadə qadağan edilib
Sputnik Azərbaycan
Mənbələr bildiriblər ki, Livanda baş verən partlayışlardan sonra İranın hərbi və nüvə obyektlərində təhlükəsizlik tədbirləri də xeyli gücləndirilib. 23.09.2024, Sputnik Azərbaycan
2024-09-23T23:16+0400
2024-09-23T23:16+0400
2024-09-23T23:16+0400
iran
dünya xəbərləri
livan
iran islam inqilabı keşikçilər korpusu
mobil
sepah
israil
"hizbullah" təşkilatı
https://cdnn1.img.sputnik.az/img/41231/48/412314876_0:183:3505:2154_1920x0_80_0_0_5c6cd452eaf307ead6fb148ee2c8684d.jpg
BAKI, 23 sentyabr — Sputnik. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) Livanda çoxsaylı qurğu partlayışlarından sonra öz üzvlərinə rabitə vasitələrindən istifadə etməyi qadağan edib. Bu barədə "RİA Novosti" "Reuters"-ə istinadən məlumat yayıb. "Reuters"un mənbələrindən biri həmçinin bildirib ki, SEPAH rəhbərliyi Livanda baş verənlərdən çox narahatdır və bütün cihazları yoxlamaq üçün genişmiqyaslı əməliyyat təşkil edib. Bu əməliyyat çərçivəsində SEPAH nümayəndələri "Hizbullah"dan texniki ekspertizanın nəticələrini və partladılmış cihazların bəzi nümunələrini istəyiblər. İran həmçinin İsrail xüsusi xidmət orqanları ilə əlaqəsi ola biləcək və onlardan pul mükafatları ala biləcək şəxsləri müəyyənləşdirmək üçün SEPAH-ın şəxsi heyəti, xüsusilə də orta və yüksək rütbəli zabitlərlə bağlı hərtərəfli təhqiqata başlayıb. Verilən məlumata görə, Livanda baş verən partlayışlardan sonra İranın hərbi və nüvə obyektlərində təhlükəsizlik tədbirləri də xeyli gücləndirilib. Xatırladaq ki, sentyabrın 17-də və 18-də Livanın müxtəlif ərazilərində rabitə vasitələri, o cümlədən peycerlər və ratsiyalar partladılıb. Rəsmi məlumatlara görə, 37 nəfər həlak olub, üç mindən çox insan yaralanıb. Həlak olanlar arasında İranın Livandakı səfiri Moctaba Amani də var. "Hizbullah" və Livan hakimiyyəti baş verənlərə görə İsraili günahlandırıb. İsrail hakimiyyəti hələ ki, öz iştirakını nə təsdiq, nə də təkzib edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Livanda baş verənləri dəhşətli terror aktı və böyük münaqişənin qızışdırılması cəhdi adlandırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41231/48/412314876_194:0:3309:2336_1920x0_80_0_0_da54dced6d8b7249e07c87b45838acf1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, livan, iran islam inqilabı keşikçilər korpusu, mobil, sepah, israil, "hizbullah" təşkilatı
iran, livan, iran islam inqilabı keşikçilər korpusu, mobil, sepah, israil, "hizbullah" təşkilatı
Reuters: İranda SEPAH üzvlərinə rabitə vasitələrindən istifadə qadağan edilib
Mənbələr bildiriblər ki, Livanda baş verən partlayışlardan sonra İranın hərbi və nüvə obyektlərində təhlükəsizlik tədbirləri də xeyli gücləndirilib.
BAKI, 23 sentyabr — Sputnik. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) Livanda çoxsaylı qurğu partlayışlarından sonra öz üzvlərinə rabitə vasitələrindən istifadə etməyi qadağan edib. Bu barədə "RİA Novosti" "Reuters"-ə istinadən məlumat yayıb.
"Ötən həftə "Hizbullah" müttəfiqləri ( Livanda şiə hərəkatı) tərəfindən istifadə edilən minlərlə peycer və ratsiyanın Livanda partladılmasından sonra SEPAH bütün üzvlərinə istənilən rabitə vasitələrindən istifadəni qadağan edib", - agentlik yazır.
"Reuters"un mənbələrindən biri həmçinin bildirib ki, SEPAH rəhbərliyi Livanda baş verənlərdən çox narahatdır və bütün cihazları yoxlamaq üçün genişmiqyaslı əməliyyat təşkil edib. Bu əməliyyat çərçivəsində SEPAH nümayəndələri "Hizbullah"dan texniki ekspertizanın nəticələrini və partladılmış cihazların bəzi nümunələrini istəyiblər.
İran həmçinin İsrail xüsusi xidmət orqanları ilə əlaqəsi ola biləcək və onlardan pul mükafatları ala biləcək şəxsləri müəyyənləşdirmək üçün SEPAH-ın şəxsi heyəti, xüsusilə də orta və yüksək rütbəli zabitlərlə bağlı hərtərəfli təhqiqata başlayıb.
"Bura onların İrandakı və xaricdəki bank hesablarının, habelə onların və ailə üzvlərinin səyahət tarixçələrinin hərtərəfli yoxlanılması daxildir", - mənbə aydınlıq gətirib.
Verilən məlumata görə, Livanda baş verən partlayışlardan sonra İranın hərbi və nüvə obyektlərində təhlükəsizlik tədbirləri də xeyli gücləndirilib.
Xatırladaq ki, sentyabrın 17-də və 18-də Livanın müxtəlif ərazilərində rabitə vasitələri, o cümlədən peycerlər və ratsiyalar partladılıb. Rəsmi məlumatlara görə, 37 nəfər həlak olub, üç mindən çox insan yaralanıb. Həlak olanlar arasında İranın Livandakı səfiri Moctaba Amani də var. "Hizbullah" və Livan hakimiyyəti baş verənlərə görə İsraili günahlandırıb. İsrail hakimiyyəti hələ ki, öz iştirakını nə təsdiq, nə də təkzib edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Livanda baş verənləri dəhşətli terror aktı və böyük münaqişənin qızışdırılması cəhdi adlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.