DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranda neft zavodunda partlayış olub

© iStock.com / ajlberİran
İran - Sputnik Azərbaycan, 1920, 23.09.2024
Abunə olmaq
Məlumatı İran Qızıl Aypara Cəmiyyətinin Gərmsardakı bölməsi yayıb. Bildirilib ki, hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub.
BAKI, 23 sentyabr — Sputnik. İranın Gərmsar rayonunda neft zavodunda partlayış və yanğın olub.
İranın mediası xəbər verir ki, məlumatı İran Qızıl Aypara Cəmiyyətinin Gərmsardakı bölməsi yayıb.
Bildirilib ki, hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub.
Hadisə nəticəsində zərərçəkənlər barədə məlumat yayılmayıb.
Xatırladaq ki, bundan öncə İranın şimal-şərqindəki Təbəs şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində ən azı 51 nəfər ölüb, 17 nəfər yaralanıb. Partlayış tunellərdən birində metan qazının sızması səbəbindən baş verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0