Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Qazaxıstanın müdafiə naziri ölkəmizdə səfərdədir

© Sputnik / Пресс-служба Минобороны РФ / Mediabanka keçidQazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov
Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov - Sputnik Azərbaycan, 1920, 23.09.2024
Abunə olmaq
24-26 sentyabr tarixlərində Bakıda 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.
BAKI, 23 sentyabr - Sputnik. Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 23-də ölkəmizə səfər edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qardaş ölkənin naziri ölkəmizə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə gəlib.
"Səfər çərçivəsində ölkələrimiz arasında hərbi əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərin müzakirəsi planlaşdırılıb", - məlumatda deyilir.
Sərgi 24-26 sentyabr tarixlərində keçiriləcək.
© Sputnik / Murad OrujovADEX, arxiv şəkli
Вторая Азербайджанская международная Оборонная Выставка ADEX 2016  - Sputnik Azərbaycan, 1920, 23.09.2024
ADEX, arxiv şəkli
“ADEX” sərgisi ilə paralel olaraq, 14-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçiriləcək. Sərgilər Bakı Ekspo Mərkəzində təşkil ediləcək.
“ADEX” sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir.
“ADEX” sərgisi Azərbaycan Respublikasının və dünya şirkətlərinin hərbi-sənaye komplekslərinin gücü və qüdrətinin genişmiqyaslı nümayişi, hərbi-texniki sahədə yerli və xarici ekspertlər arasında konstruktiv ünsiyyət, təcrübə mübadiləsi və səmərəli əlaqələrin qurulmasına şərait yaradır.
Tədbiri ziyarət edən peşəkarlar müxtəlif ölkələri təmsil edən şirkətlərin təqdim etdiyi müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycanın güc strukturlarının satınalma potensialı ilə tanış ola biləcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0