https://sputnik.az/20240923/fransa-sirketi-cin-bazarinda-uzunmuddetli-movqeyini-guclendirecek-467500710.html
Fransa şirkəti Çin bazarında uzunmüddətli mövqeyini gücləndirəcək
Fransa şirkəti Çin bazarında uzunmüddətli mövqeyini gücləndirəcək
Sputnik Azərbaycan
MTQ həm də elektrik enerjisi istehsalı zamanı atmosferə daha çox emissiyaya malik kömürə alternativdir. 23.09.2024, Sputnik Azərbaycan
2024-09-23T23:47+0400
2024-09-23T23:47+0400
2024-09-23T23:47+0400
fransa
dünya xəbərləri
maye
təbii qaz yatağı
çin
avropa
abş
enerji
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1a/461591196_0:0:3072:1728_1920x0_80_0_0_a70ac684f03ebd475e720e3d668e0d07.jpg
BAKI, 23 sentyabr — Sputnik. Fransanın Total Energies şirkəti Çinin CNOOC dövlət neft və qaz korporasiyası ilə Çinə mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükünə dair müqaviləni 2034-cü ilə qədər uzadıb. TotalEnergies qeyd edib ki, bu qərar şirkətin Çin bazarında artan uzunmüddətli mövqeyini gücləndirəcək. Ölkədə mayeləşdirilmiş təbii qaz "enerji keçidi" adlanan prosesdə mühüm əhəmiyyət kəsb edir, ondan bərpa olunan enerji mənbələrindən yaranan fasilələr zamanı xidməti bərpa etmək üçün istifadə edilir. MTQ həm də elektrik enerjisi istehsalı zamanı atmosferə daha çox emissiyaya malik kömürə alternativdir. Fransız TotalEnergies dünyanın ən böyük enerji şirkətlərindən biridir. Avropada, Yaxın Şərqdə və Şimali Afrikada, Asiya-Sakit okean regionunda və ABŞ-da neft və qaz hasil etməklə 120-yə yaxın ölkədə fəaliyyət göstərir. Şirkətin işçi heyəti 100 min nəfərdən çoxdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1a/461591196_12:0:2743:2048_1920x0_80_0_0_28f60e1e1e154ca1ccc62756a8213526.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fransa, maye, təbii qaz yatağı, çin, avropa, abş, enerji
fransa, maye, təbii qaz yatağı, çin, avropa, abş, enerji
Fransa şirkəti Çin bazarında uzunmüddətli mövqeyini gücləndirəcək
MTQ həm də elektrik enerjisi istehsalı zamanı atmosferə daha çox emissiyaya malik kömürə alternativdir.
BAKI, 23 sentyabr — Sputnik. Fransanın Total Energies şirkəti Çinin CNOOC dövlət neft və qaz korporasiyası ilə Çinə mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükünə dair müqaviləni 2034-cü ilə qədər uzadıb.
"Uzunmüddətli mayeləşdirilmiş təbii qaz satışını artırmaq strategiyasına uyğun olaraq, TotalEnergies Çinə ildə 1,25 milyon ton LNG tədarükü üçün CNOOC Korporasiyası ilə alqı-satqı müqaviləsini (SPA) 2034-cü ilə qədər beş il uzadacağını elan edib", - məlumatda deyilir.
TotalEnergies qeyd edib ki, bu qərar şirkətin Çin bazarında artan uzunmüddətli mövqeyini gücləndirəcək. Ölkədə mayeləşdirilmiş təbii qaz "enerji keçidi" adlanan prosesdə mühüm əhəmiyyət kəsb edir, ondan bərpa olunan enerji mənbələrindən yaranan fasilələr zamanı xidməti bərpa etmək üçün istifadə edilir.
MTQ həm də elektrik enerjisi istehsalı zamanı atmosferə daha çox emissiyaya malik kömürə alternativdir.
Fransız TotalEnergies dünyanın ən böyük enerji şirkətlərindən biridir. Avropada, Yaxın Şərqdə və Şimali Afrikada, Asiya-Sakit okean regionunda və ABŞ-da neft və qaz hasil etməklə 120-yə yaxın ölkədə fəaliyyət göstərir. Şirkətin işçi heyəti 100 min nəfərdən çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.