İsrail Livanın atəşi altında: onlarla mərmi və hücum münaqişəni daha da qızışdırır
İsrail Livanın atəşi altında: onlarla mərmi və hücum münaqişəni daha da qızışdırır
Sputnik Azərbaycan
İsrailin hava hücumundan müdafiə sistemləri mərmilərin yalnız bir hissəsinin qarşısını ala biliblər, qalan hissəsi ölkənin şimalına düşüb. 23.09.2024, Sputnik Azərbaycan
BAKI, 23 sentyabr — Sputnik. İsrail şimaldan, Livan tərəfindən atəşə tutulub: İsrail ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə, ölkəyə 35-ə yaxın mərmi atılıb. Təxminən 25 mərmi Safed şəhəri və Amiad kəndinə yönəlib. Hava hücumundan müdafiə sistemləri mərmilərin yalnız bir hissəsinin qarşısını ala biliblər, qalan hissəsi Amiad ərazisinə və açıq ərazilərə düşüb. Zərbələrin də qeydə alındığı Aşağı Qalileyaya doğru daha 10 mərmi atılıb. İsrail təcili yardım xidməti atəş nəticəsində bir neçə nəfərin yaralandığını bildirib. 59 yaşlı kişi yüngül qəlpə yaraları alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabildir. 25 yaşlı gənc bomba sığınacağına gedən yolda yaralanıb, daha 3 sakin isə ağır şok keçirib. Eyni zamanda Livanın Səhiyyə Nazirliyi İsrailinbu ölkənin cənubundakı yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində qadın və uşaqlar da daxil olmaqla 100 nəfərin həlak olduğu, 400-dən çox insanın isə yaralandığını bildirib. Münaqişənin gərginləşməsi sentyabrın 17-18-də Livanın müxtəlif bölgələrində peycerlərin və rabitə vasitələrinin silsilə partlayışlarından sonra başlayıb. Nəticədə bir çox insan həlak olub, üç minə yaxın insan isə yaralanıb. Daha sonra İsrail Hərbi Hava Qüvvələri Beyrutun cənub ətrafındakı yaşayış binasına zərbələr endirərək, "Hizbullah"ın yüksək rütbəli komandiri İbrahim Aqil də daxil olmaqla 50-dən çox insanın ölümünə səbəb olub.Buna cavab olaraq şiə müqavimət qüvvələri İsrailin "Ramat David" aviabazasına və Hayfanın şimalındakı "Rafael" hərbi-sənaye kompleksinə hücum ediblər. Bəzi raketlər şəhərin kənarındakı yaşayış məntəqələrinə düşüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İsrailin hava hücumundan müdafiə sistemləri mərmilərin yalnız bir hissəsinin qarşısını ala biliblər, qalan hissəsi ölkənin şimalına düşüb.
BAKI, 23 sentyabr — Sputnik. İsrail şimaldan, Livan tərəfindən atəşə tutulub: İsrail ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə, ölkəyə 35-ə yaxın mərmi atılıb.
Təxminən 25 mərmi Safed şəhəri və Amiad kəndinə yönəlib. Hava hücumundan müdafiə sistemləri mərmilərin yalnız bir hissəsinin qarşısını ala biliblər, qalan hissəsi Amiad ərazisinə və açıq ərazilərə düşüb. Zərbələrin də qeydə alındığı Aşağı Qalileyaya doğru daha 10 mərmi atılıb.
İsrail təcili yardım xidməti atəş nəticəsində bir neçə nəfərin yaralandığını bildirib. 59 yaşlı kişi yüngül qəlpə yaraları alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabildir. 25 yaşlı gənc bomba sığınacağına gedən yolda yaralanıb, daha 3 sakin isə ağır şok keçirib.
Eyni zamanda Livanın Səhiyyə Nazirliyi İsrailinbu ölkənin cənubundakı yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində qadın və uşaqlar da daxil olmaqla 100 nəfərin həlak olduğu, 400-dən çox insanın isə yaralandığını bildirib.
İsrail təhlükəsizlik qüvvələri və xilasedicilər Livan tərəfindən atılan raketin düşdüyü yerdə işləyirlər.
Münaqişənin gərginləşməsi sentyabrın 17-18-də Livanın müxtəlif bölgələrində peycerlərin və rabitə vasitələrinin silsilə partlayışlarından sonra başlayıb. Nəticədə bir çox insan həlak olub, üç minə yaxın insan isə yaralanıb. Daha sonra İsrail Hərbi Hava Qüvvələri Beyrutun cənub ətrafındakı yaşayış binasına zərbələr endirərək, "Hizbullah"ın yüksək rütbəli komandiri İbrahim Aqil də daxil olmaqla 50-dən çox insanın ölümünə səbəb olub.
Buna cavab olaraq şiə müqavimət qüvvələri İsrailin "Ramat David" aviabazasına və Hayfanın şimalındakı "Rafael" hərbi-sənaye kompleksinə hücum ediblər. Bəzi raketlər şəhərin kənarındakı yaşayış məntəqələrinə düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.