https://sputnik.az/20240923/ceyhun-bayramov-qosulmama-herekatinin-nazirler-gorusunde-istirak-edib--467606133.html
Ceyhun Bayramov Qoşulmama Hərəkatının nazirlər görüşündə iştirak edib
Ceyhun Bayramov Qoşulmama Hərəkatının nazirlər görüşündə iştirak edib
Sputnik Azərbaycan
XİN Ceyhun Bayramovun Qoşulmama Hərəkatının nazirlər görüşündə çıxışına dair mətbuat məlumat yayıb. 23.09.2024, Sputnik Azərbaycan
2024-09-23T22:51+0400
2024-09-23T22:51+0400
2024-09-23T22:51+0400
siyasət
ceyhun bayramov
azərbaycan xin
qoşulmama hərəkatı
bmt
https://cdnn1.img.sputnik.az/img/07e8/04/1e/464287475_0:161:3071:1888_1920x0_80_0_0_03cfc6135ae818a62154f46ac0560dfd.jpg
BAKI, 23 sentyabr - Sputnik. Sentyabrın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Qoşulmama Hərəkatının (QH, Hərəkat) “Silahlı münaqişələr zamanı mülki şəxslərin qorunması: Fələstin xalqı ilə həmrəylik” mövzusunda nazirlər görüşündə iştirak və çıxış edib. Bu barədə XİN məlumat yayıb.Bildirilir ki, Ceyhun Bayramov beynəlxalq münasibətlərdə ədalətin və qanunun aliliyinin qorunmasında QH-nin rolununun, habelə qlobal sülh, təhlükəsizlik və inkişafa təhdid və çağırışların artması fonunda QH ölkələrinin səylərinin adekvat və operativ şəkildə koordinasiyasının əhəmiyyətini vurğulayıb."Azərbaycanın 2029-2023-cü illər ərzində QH-yə sədrliyi dövründə Hərəkatın fəaliyyətinin səmərəliliyinin artırılması və Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini əsirgəmədiyi, bu məqsədlə bir sıra konkret təşəbbüslərlə çıxış etdiyi diqqətə çatdırılıb. Azərbaycanın QH Sədrlik Üçlüyünün aktiv üzvü kimi Hərəkatın dünya miqyasında rolunun və təsir gücünün daha da artırılması işinə sadiq olduğu, cari ilin əvvəllərində keçirilmiş Kampala Zirvə toplantısının Hərəkat çərçivəsində indiyədək əldə edilmiş tərəqqiyə nəzər yetirilməsi və QH-nin yekun sənədlərində qarşıya qoyulmuş hədəflərin irəli aparılması baxımından fürsət rolunu oynadığı bildirilib", - məlumatda deyilir.Qeyd olunur ki, nazirin çıxışında Fələstin məsələsinin QH gündəliyində yer alan əsas maddələrdən olduğu və məsələyə dair QH-nin mövqeyinin Hərəkatın müxtəlif strukturları tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərdə öz əksini tapdığı diqqətə çatdırılıb:Sonda davamlı inkişaf və tərəqqi naminə dünyanın bütün nöqtələrində sülh və təhlükəsizliyin bərqərar olacağına ümidvarlıq ifadə edilib, QH çərçivəsində birgə səylərin artırılması və həmrəyliyin gücləndirilməsi vasitəsilə ortaq hədəflərə çatıla biləcəyi vurğulanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/1e/464287475_170:0:2901:2048_1920x0_80_0_0_ceb9f63c85eb38b0d35de976c2b0c586.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, azərbaycan xin, qoşulmama hərəkatı, bmt
ceyhun bayramov, azərbaycan xin, qoşulmama hərəkatı, bmt
Ceyhun Bayramov Qoşulmama Hərəkatının nazirlər görüşündə iştirak edib
XİN Ceyhun Bayramovun Qoşulmama Hərəkatının nazirlər görüşündə çıxışına dair mətbuat məlumat yayıb.
BAKI, 23 sentyabr - Sputnik. Sentyabrın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Qoşulmama Hərəkatının (QH, Hərəkat) “Silahlı münaqişələr zamanı mülki şəxslərin qorunması: Fələstin xalqı ilə həmrəylik” mövzusunda nazirlər görüşündə iştirak və çıxış edib. Bu barədə XİN məlumat yayıb.
Bildirilir ki, Ceyhun Bayramov beynəlxalq münasibətlərdə ədalətin və qanunun aliliyinin qorunmasında QH-nin rolununun, habelə qlobal sülh, təhlükəsizlik və inkişafa təhdid və çağırışların artması fonunda QH ölkələrinin səylərinin adekvat və operativ şəkildə koordinasiyasının əhəmiyyətini vurğulayıb.
"Azərbaycanın 2029-2023-cü illər ərzində QH-yə sədrliyi dövründə Hərəkatın fəaliyyətinin səmərəliliyinin artırılması və Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini əsirgəmədiyi, bu məqsədlə bir sıra konkret təşəbbüslərlə çıxış etdiyi diqqətə çatdırılıb. Azərbaycanın QH Sədrlik Üçlüyünün aktiv üzvü kimi Hərəkatın dünya miqyasında rolunun və təsir gücünün daha da artırılması işinə sadiq olduğu, cari ilin əvvəllərində keçirilmiş Kampala Zirvə toplantısının Hərəkat çərçivəsində indiyədək əldə edilmiş tərəqqiyə nəzər yetirilməsi və QH-nin yekun sənədlərində qarşıya qoyulmuş hədəflərin irəli aparılması baxımından fürsət rolunu oynadığı bildirilib", - məlumatda deyilir.
Qeyd olunur ki, nazirin çıxışında Fələstin məsələsinin QH gündəliyində yer alan əsas maddələrdən olduğu və məsələyə dair QH-nin mövqeyinin Hərəkatın müxtəlif strukturları tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərdə öz əksini tapdığı diqqətə çatdırılıb:
"QH tərəfindən həmçinin İsrail-Fələstin münaqişəsi zonasında beynəlxalq humanitar konvensiyaların və insan hüquqları qanunlarının pozulması hallarına dair narahatlığın bildirildiyi, mülki əhaliyə qarşı hərbi əməliyyatların dayandırılması və qurbanlara ədalətli yanaşılması xüsusunda çağırışlar etdiyi vurğulanıb. Azərbaycan tərəfinin məsələyə dair mövqeyinin dəyişməz qaldığı, beynəlxalq hüququn norma və prinsiplərinə, və eləcə də BMT-nin əlaqədar qətnamələrinə əsaslandığı ifadə olunub".
Sonda davamlı inkişaf və tərəqqi naminə dünyanın bütün nöqtələrində sülh və təhlükəsizliyin bərqərar olacağına ümidvarlıq ifadə edilib, QH çərçivəsində birgə səylərin artırılması və həmrəyliyin gücləndirilməsi vasitəsilə ortaq hədəflərə çatıla biləcəyi vurğulanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.