https://sputnik.az/20240923/bu-sexsler-mesuliyyete-celb-edilecekler-467579253.html
Bu şəxslər məsuliyyətə cəlb ediləcəklər
Bu şəxslər məsuliyyətə cəlb ediləcəklər
Sputnik Azərbaycan
Onlar su polisləri tərəfindən cinayət və inzibati xətalar məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətinə cəlb ediləcəklər. 23.09.2024, Sputnik Azərbaycan
2024-09-23T23:29+0400
2024-09-23T23:29+0400
2024-09-23T23:29+0400
balıq ovu
cəmiyyət
su
polis
azərbaycan
nəqliyyat
ehtiyat
kürü
https://cdnn1.img.sputnik.az/img/42380/02/423800232_0:320:2421:1682_1920x0_80_0_0_619f7b04f4b3266d633b95dce1760a4d.jpg
BAKI, 23 sentyabr — Sputnik. Balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-dən etibarən bitib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Su Nəqliyyatında Polis İdarəsindən bildirilib. Qeyd edilib ki, xidməti ərazilər olan dövlət qoruqları, milli parklar, dəniz və digər su hövzələrində sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırılır ki, ov zamanı kimyəvi,zəhərli və partlayıcı maddələrdən,eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır:O da qeyd olunub ki, su polisləri tərəfindən su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların qanunsuz ovlanmasının qarşısını almaq və Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini, müxtəlif təyinatlı naqilləri, eləcə də dəniz qumunu oğurlayan şəxslərə qarşı da mübarizəni mütəmadi olaraq davam etdirirlər. "Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda deyilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42380/02/423800232_82:0:2421:1754_1920x0_80_0_0_93055936b0f981bd22f2c134e2adacbe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
balıq ovu, su, polis, azərbaycan, nəqliyyat, ehtiyat, kürü
balıq ovu, su, polis, azərbaycan, nəqliyyat, ehtiyat, kürü
Bu şəxslər məsuliyyətə cəlb ediləcəklər
Onlar su polisləri tərəfindən cinayət və inzibati xətalar məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətinə cəlb ediləcəklər.
BAKI, 23 sentyabr — Sputnik. Balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-dən etibarən bitib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Su Nəqliyyatında Polis İdarəsindən bildirilib.
Qeyd edilib ki, xidməti ərazilər olan dövlət qoruqları, milli parklar, dəniz və digər su hövzələrində sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırılır ki, ov zamanı kimyəvi,zəhərli və partlayıcı maddələrdən,eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır:
"Su bioresurslarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında mövcud qanunları kobud şəkildə pozaraq qanunsuz balıq ovlayan şəxslər saxlanılaraq su polisləri tərəfindən cinayət və inzibati xətalar məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətinə cəlb ediləcəklər".
O da qeyd olunub ki, su polisləri tərəfindən su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların qanunsuz ovlanmasının qarşısını almaq və Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini, müxtəlif təyinatlı naqilləri, eləcə də dəniz qumunu oğurlayan şəxslərə qarşı da mübarizəni mütəmadi olaraq davam etdirirlər.
"Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.