CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı həbsxanasında daha bir ölüm

© Sputnik / Murad OrujovBakıda həbsxana, arxiv
Bakıda həbsxana, arxiv - Sputnik Azərbaycan, 1920, 23.09.2024
Abunə olmaq
Müəssisədə cəza çəkən məhkumun xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.
BAKI, 23 sentyabr — Sputnik. Azərbaycanda məhkum həbsdə ölüb. Sputnik Azərbaycan-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkum Mirvahid Bağırov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 25-ci ölüm hadisəsidir.
Xatırladaq ki, bundan əvvəl Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Mahir Qayıbalıyev dünyasını dəyişmişdi. Onun da xəstəlikdən öldüyü bildirilirdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0