https://sputnik.az/20240922/vii-cagiris-milli-meclisin-ilk-plenar-iclasi-sentyabrin-30-da-olacaq-467566733.html
VII çağırış Milli Məclisin ilk plenar iclası sentyabrın 30-da olacaq
VII çağırış Milli Məclisin ilk plenar iclası sentyabrın 30-da olacaq
Sputnik Azərbaycan
VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək. 22.09.2024, Sputnik Azərbaycan
2024-09-22T08:00+0400
2024-09-22T08:00+0400
2024-09-22T08:00+0400
azərbaycan xəbərləri
milli məclis
ziyad səmədzadə
milli məclisə seçkilər
növbədənkənar seçkilər
iclas
plenar iclas
https://cdnn1.img.sputnik.az/img/40522/87/405228747_0:235:4513:2773_1920x0_80_0_0_0e626c74476d38a0e22e09cd0d7beaa2.jpg
BAKI, 22 sentyabr - Sputnik. Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.Beləliklə, payız sessiyası çərçivəsində parlamentin ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.Milli Məclisin Daxili Nizamnaməsinin ikinci maddəsinə görə, Milli Məclisin ilk iclasını ən qocaman deputat aparmalıdır.VII çağırış Milli Məclisin ən yaşlı deputatı isə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən seçilən Ziyad Səmədzadədir. Onun 84 yaşı var.Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbəti çağırışın birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin sədri seçilənədək birinci iclası aparır.Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin sədri və onun müavinləri seçilir, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir.Qeyd edək ki, sentyabırn 21-də Konstitusiya Məhkəməsi sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərin nəticəsini təsdiqləyib.
https://sputnik.az/20240921/konstitusiya-mehkemesi-bu-gun-milli-meclise-seckilerin-neticelerine-baxacaq-467556764.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40522/87/405228747_250:0:4261:3008_1920x0_80_0_0_fc14e183734d2fcb32da1134c8315820.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
milli məclis, ziyad səmədzadə, milli məclisə seçkilər, növbədənkənar seçkilər, iclas, plenar iclas
milli məclis, ziyad səmədzadə, milli məclisə seçkilər, növbədənkənar seçkilər, iclas, plenar iclas
VII çağırış Milli Məclisin ilk plenar iclası sentyabrın 30-da olacaq
VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.
BAKI, 22 sentyabr - Sputnik. Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Beləliklə, payız sessiyası çərçivəsində parlamentin ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.
VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.
Milli Məclisin Daxili Nizamnaməsinin ikinci maddəsinə görə, Milli Məclisin ilk iclasını ən qocaman deputat aparmalıdır.
VII çağırış Milli Məclisin ən yaşlı deputatı isə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən seçilən Ziyad Səmədzadədir. Onun 84 yaşı var.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbəti çağırışın birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin sədri seçilənədək birinci iclası aparır.
Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin sədri və onun müavinləri seçilir, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir.
Qeyd edək ki, sentyabırn 21-də Konstitusiya Məhkəməsi sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərin nəticəsini təsdiqləyib.