https://sputnik.az/20240922/dubayda-2026-ci-ilin-evvelinde-hava-taksileri-istifadeye-verilecek-467480004.html
Dubayda 2026-cı ilin əvvəlində hava taksiləri istifadəyə veriləcək
Dubayda 2026-cı ilin əvvəlində hava taksiləri istifadəyə veriləcək
Sputnik Azərbaycan
RTA nümayəndəsinin sözlərinə görə, infrastruktur obyektlərindən əlavə, aerotaksi üçün monitorinq və təhlükəsizlik xidməti yaradılacaq. 22.09.2024, Sputnik Azərbaycan
2024-09-22T13:40+0400
2024-09-22T13:40+0400
2024-09-22T14:35+0400
dubay
dünya xəbərləri
hava
hava
hava
hava
taksi
https://cdnn1.img.sputnik.az/img/41426/29/414262923_0:160:3072:1888_1920x0_80_0_0_f3266ac66b91a8c5b39aa5423a9c2266.jpg
BAKI, 22 sentyabr — Sputnik. Dubayda hava taksiləri 2026-cı ilin birinci rübünə qədər istifadəyə veriləcək. Bunu Dubay Nəqliyyat və Yollar İdarəsinin (RTA) nəqliyyat texnologiyaları departamentinin direktoru Xalid Əl Avadi "Novosti"yə deyib. "2026-cı ilin birinci rübünə qədər hava taksi xidmətininin istifadəsi planlaşdırlır. Hazırda tərəfdaşlarımız olan ABŞ-ın "Joby Aviation" şirkəti ilə nəqliyyat vasitəsinin özünün sınaqdan keçirilməsi və sertifikatlaşdırılması üzərində işləyirik. Biz həmçinin "vertiportlar"ı inkişaf etdirəcək Böyük Britaniyanın "Skyports" şirkəti ilə "vertiport" stansiyasının layihələndirilməsi mərhələsinə başlayırıq", Əl Avadi qeyd edib. Onun sözlərinə görə, ümumilikdə Dubayda taksilər üçün dörd şaquli hava limanının tikintisi planlaşdırılır. Onlardan ikisi 2026-cı ilin əvvəlinə qədər istifadəyə veriləcək. RTA nümayəndəsinin sözlərinə görə, infrastruktur obyektlərindən əlavə, aerotaksi üçün monitorinq və təhlükəsizlik xidməti yaradılacaq. "Biz bu xidməti mümkün qədər əlçatan etmək üçün tərəfdaşlarımızla işləyirik. İnanırıq ki, bu, adi helikopterlərdən istifadə etməkdən daha ucuz başa gələcək. Bu xidmətin qiyməti daha ucuz və ya təxminən limuzin avtomobilinin kirayəsinin qiyməti ilə eyni olacaq", agentliyin həmsöhbəti fikrini yekunlaşdırıb.
dubay
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41426/29/414262923_171:0:2902:2048_1920x0_80_0_0_47670f748dd4242fdf5923e43ebaa073.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dubay, hava, hava, hava, hava, taksi
dubay, hava, hava, hava, hava, taksi
Dubayda 2026-cı ilin əvvəlində hava taksiləri istifadəyə veriləcək
13:40 22.09.2024 (Yenilənib: 14:35 22.09.2024) RTA nümayəndəsinin sözlərinə görə, infrastruktur obyektlərindən əlavə, aerotaksi üçün monitorinq və təhlükəsizlik xidməti yaradılacaq.
BAKI, 22 sentyabr — Sputnik. Dubayda hava taksiləri 2026-cı ilin birinci rübünə qədər istifadəyə veriləcək.
Bunu Dubay Nəqliyyat və Yollar İdarəsinin (RTA) nəqliyyat texnologiyaları departamentinin direktoru Xalid Əl Avadi "Novosti"yə deyib.
"2026-cı ilin birinci rübünə qədər hava taksi xidmətininin istifadəsi planlaşdırlır. Hazırda tərəfdaşlarımız olan ABŞ-ın "Joby Aviation" şirkəti ilə nəqliyyat vasitəsinin özünün sınaqdan keçirilməsi və sertifikatlaşdırılması üzərində işləyirik. Biz həmçinin "vertiportlar"ı inkişaf etdirəcək Böyük Britaniyanın "Skyports" şirkəti ilə "vertiport" stansiyasının layihələndirilməsi mərhələsinə başlayırıq", Əl Avadi qeyd edib.
Onun sözlərinə görə, ümumilikdə Dubayda taksilər üçün dörd şaquli hava limanının tikintisi planlaşdırılır. Onlardan ikisi 2026-cı ilin əvvəlinə qədər istifadəyə veriləcək.
RTA nümayəndəsinin sözlərinə görə, infrastruktur obyektlərindən əlavə, aerotaksi üçün monitorinq və təhlükəsizlik xidməti yaradılacaq.
"Biz bu xidməti mümkün qədər əlçatan etmək üçün tərəfdaşlarımızla işləyirik. İnanırıq ki, bu, adi helikopterlərdən istifadə etməkdən daha ucuz başa gələcək. Bu xidmətin qiyməti daha ucuz və ya təxminən limuzin avtomobilinin kirayəsinin qiyməti ilə eyni olacaq", agentliyin həmsöhbəti fikrini yekunlaşdırıb.