https://sputnik.az/20240922/azerbaycandaki-5-ulduzlu-hotellerde-orta-qiymet-33--artib-467550175.html
Azərbaycandakı 5 ulduzlu hotellərdə orta qiymət 33 % artıb
Azərbaycandakı 5 ulduzlu hotellərdə orta qiymət 33 % artıb
Sputnik Azərbaycan
Hesabat dövründə ən yüksək qiymət 349,9 manat olmaqla Qəbələdə qeydə alınıb. 22.09.2024, Sputnik Azərbaycan
2024-09-22T08:42+0400
2024-09-22T08:42+0400
2024-09-22T08:42+0400
hotel
cəmiyyət
naftalan
qusar
qusar rayonunun ləzə kəndi
lənkəran
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427254259_0:205:3073:1933_1920x0_80_0_0_e62e82bf80c0b2c02753f8dcca22a616.jpg
BAKI, 22 sentyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 5 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 215,6 manat təşkil edib. Sputnik Azərbaycan Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,3 % çoxdur. Hesabat dövründə ən yüksək qiymət 349,9 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 12,8 % çoxdur. İkinci yerdə 327 manat olmaqla Quba hotelləri qərarlaşıb (ötən ilki rəqəm göstərilməyib). 5 ulduzlu hotellər arasında üçüncü yeri isə 308,8 manat olmaqla Abşeron hotelləri tutub. Bu rayonda orta qiymət son 1 ildə 82,7% artıb. Naftalanda 5 ulduzlu hotellərdə bir gecə qalmaq 275,6 manata (+ 6,6 %), Şamaxıda 207,7 manata (+7,7 % ), Bakıda 193,9 manata (+ 29,6 %), Lənkəranda 183,3 manata (- 22,2 %), Qaxda 161,8 manata (+ 21 %), Şəmkirdə 157,6 manata (+ 38,2 %), İsmayıllıda 156,6 manat, Şəkidə 149,4 manat ( + 13,6%), Naxçıvanda 127,5 manat (+27,5 %), Qusarda 108,3 manat (-2 dəfə) başa gəlib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
qusar rayonunun ləzə kəndi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427254259_125:0:2856:2048_1920x0_80_0_0_0a1d099f221104bab3923b4447d14988.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hotel, naftalan, qusar, qusar rayonunun ləzə kəndi, lənkəran
hotel, naftalan, qusar, qusar rayonunun ləzə kəndi, lənkəran
Azərbaycandakı 5 ulduzlu hotellərdə orta qiymət 33 % artıb
Hesabat dövründə ən yüksək qiymət 349,9 manat olmaqla Qəbələdə qeydə alınıb.
BAKI, 22 sentyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 5 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 215,6 manat təşkil edib.
Sputnik Azərbaycan Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,3 % çoxdur.
Hesabat dövründə ən yüksək qiymət 349,9 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 12,8 % çoxdur.
İkinci yerdə 327 manat olmaqla Quba hotelləri qərarlaşıb (ötən ilki rəqəm göstərilməyib).
5 ulduzlu hotellər arasında üçüncü yeri isə 308,8 manat olmaqla Abşeron hotelləri tutub. Bu rayonda orta qiymət son 1 ildə 82,7% artıb.
Naftalanda 5 ulduzlu hotellərdə bir gecə qalmaq 275,6 manata (+ 6,6 %), Şamaxıda 207,7 manata (+7,7 % ), Bakıda 193,9 manata (+ 29,6 %), Lənkəranda 183,3 manata (- 22,2 %), Qaxda 161,8 manata (+ 21 %), Şəmkirdə 157,6 manata (+ 38,2 %), İsmayıllıda 156,6 manat, Şəkidə 149,4 manat ( + 13,6%), Naxçıvanda 127,5 manat (+27,5 %), Qusarda 108,3 manat (-2 dəfə) başa gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.